25 Sentyabr 2025 21:51
409
SİYASƏT
A- A+
“Əl-Bavvabə”: Vaşinqton Bəyannaməsi Yerevan və Bakı arasında sülh səylərinin dəstəklənməsi baxımından mühümdür  

“Əl-Bavvabə”: Vaşinqton Bəyannaməsi Yerevan və Bakı arasında sülh səylərinin dəstəklənməsi baxımından mühümdür  


Misir və Azərbaycan arasında münasibətlərin qədim tarixi var. Bu münasibətlər yalnız rəsmi əməkdaşlıqla məhdudlaşmamış, həm də xalqlar arasında qarşılıqlı tarixi təmaslarda özünü göstərmiş, eləcə də mədəniyyət və elm sahələrini əhatə etmişdir. Bir çox azərbaycanlı Misirə gəlib burada yaşamış və təhsil almış, eləcə də Misirin elmi həyatına töhfələr vermişlər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovun bu ölkənin nüfuzlu “əl-Bavvabə nyuz” qəzetinə müsahibəsində yer alıb.

İkitərəfli əlaqələrin inkişaf dinamikasından söz açan səfir Misir Prezidenti Əbdülfəttah əs-Sisinin 2023-cü ildə Bakıya və Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ildə Misirə səfərlərinin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına təkan verdiyini vurğulayıb.

Diqqətə çatdırılıb ki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Buna baxmayaraq, mövcud ticarət mübadiləsi ölkələrimizin potensialına cavab vermir. Son rəqəmlərə görə, tərəflər arasında ticarət dövriyyəsinin həcmi təxminən 30 milyon ABŞ dolları təşkil edir. Son illərdə iki ölkə arasında 70-dən çox sənəd imzalanıb. Bu sənədlərin əksəriyyəti iqtisadi-ticarət əlaqələrinin möhkəmləndirilməsi məqsədini güdür.

Eyni zamanda, müsahibədə qeyd olunub ki, yaxın vaxtlarda Qahirədə Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası çərçivəsində biznes-forumun keçirilməsi nəzərdə tutulur. Bu biznes-forum iki ölkə arasında işgüzar əlaqələrin inkişafı üçün əhəmiyyətli xarakter daşıyır.

Mədəniyyət sahəsində əlaqələrə toxunan səfir E.Poluxov qeyd edib ki, Misir Opera Evində bir sıra müştərək tədbirlər təşkil edilib. Belə tədbirlər Azərbaycan mədəniyyətini və musiqisini Misir auditoriyasına tanıtmaq üçün əla fürsət sayılır. Bildirilib ki, bu yaxınlarda azərbaycanlı alimin Misirin məşhur şairi, “Əmir əş-şüara” ləqəbi ilə tanınmış Əhməd Şövqinin yaradıcılığı barədə tədqiqatı ərəb dilində çap edilərək təqdim olunacaq.

Müsahibədə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi yaddaşlara yazılmış 44 günlük müharibə nəticəsində torpaqlarımızın azad edilməsi və 2023-cü ilin sentyabrında suverenliyimizin bərpasına gətirib çıxarmış hadisələr barədə də danışılıb. Qeyd olunub ki, Vaşinqton Bəyannaməsi İrəvan və Bakı arasındakı münaqişənin sülh yolu ilə həllinə yönəlmiş səylərin dəstəklənməsi baxımından mühümdür. Ancaq sülh sazişinin imzalanması üçün Ermənistanda konstitusiya dəyişikliyi olmalıdır.

Müsahibədə, həmçinin Yaxın Şərqdə baş verən hadisələrlə bağlı ölkəmizin mövqeyi barədə suallara da cavab verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!