02 Sentyabr 2025 20:07
532
SİYASƏT
A- A+
Ekspertlər Zəngəzur dəhlizinin regional əməkdaşlığa töhfələri barədə nə deyirlər?

Ekspertlər Zəngəzur dəhlizinin regional əməkdaşlığa töhfələri barədə nə deyirlər?


Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti dünyanın diqqət mərkəzinə çevrilib. Dünyanın 21 ölkəsinin lideri və 10-dan çox beynəlxalq təşkilatın təmsilçisinin iştirak etdiyi bu toplantı regional və qlobal əməkdaşlıq üçün yeni imkanlar açır.

Sammitdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın artan tranzit rolunu ön plana çəkib. Dövlətimizin başçısı Zəngəzur və Orta dəhlizlərin strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, bu marşrutlar təkcə ölkəmizin logistika potensialını genişləndirmir, həm də regionu etibarlı və təhlükəsiz nəqliyyat şəbəkəsinin mərkəzinə çevirir.

Son illərdə Orta Dəhliz üzrə yükdaşımaların təxminən 90 faiz artması Azərbaycanın bu sahədə artan nüfuzunu açıq şəkildə göstərir. Naxçıvanla ölkənin əsas hissəsini birləşdirəcək yeni bağlantının yaradılması isə beynəlxalq ticarət və tranzit imkanlarını daha da gücləndirəcək.

Mövzu ilə bağlı AZƏRTAC-a danışan ekspertlər vurğulayıblar ki, Zəngəzur dəhlizi yalnız Orta Dəhlizin deyil, həm də Şimal-Cənub dəhlizinin strateji seqmentinə çevrilmək gücünə malikdir və bu, regionun tranzit imkanlarını kökündən dəyişə bilər.


Türkiyəli ekspert Engin Özer AZƏRTAC-a açıqlamasında bildirib ki, Ukrayna müharibəsi ilə birlikdə “Bir kəmər, bir yol” layihəsinin Rusiya istiqaməti faktiki olaraq dayanıb və Avropa ilə Çin arasındakı yüklərin böyük hissəsi dəniz marşrutuna yönəlib. Yəməndə və Qırmızı dənizdə yaşanan problemlər isə bu marşrutu daha da əlverişsiz edib.

Ekspertin sözlərinə görə, hazırda çinmənşəli bir çox gəmilər sığortalanmadığı üçün Avropaya Yəmən və Süveyş əvəzinə Ümid Burnu vasitəsilə hərəkət edir ki, bu da nəqliyyat xərclərini və vaxt itkisini artırır. Alternativ yol kimi nəzərdə tutulan Orta Dəhliz isə Zəngəzur dəhlizinin bağlı qalması səbəbindən müəyyən çətinliklərlə üzləşib.

“Çinin güclü təzyiqləri, Türkiyənin səyləri və ABŞ-ın qətiyyəti göstərir ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu layihə reallaşarsa, uzun illər Azərbaycanın sabitliyini təmin edəcək və ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək”, - deyə Engin Özer vurğulayıb.

Ekspert əlavə edib ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə “Bir kəmər, bir yol” layihəsi mahiyyətcə fərqli istiqamətlər daşıyır: biri Hindistan mallarını Avropaya, digəri isə Çin məhsullarını dünya bazarına çıxarmağı hədəfləyir. Azərbaycan isə hər iki layihədə paralel iştirak edərək beynəlxalq arenada balanslı mövqe nümayiş etdirə bilər. “Əgər Bakı bu balansı qoruyub saxlamağı bacararsa, ölkə üçün uzunmüddətli sabitlik və geosiyasi üstünlüklər təmin oluna bilər”, - deyə o əlavə edib.

Engin Özer Ermənistanın Çinə strateji tərəfdaşlıq səviyyəsində yaxınlaşması və Pakistanın İrəvanı tanıması fonunda regionda yeni geosiyasi reallıqlar yaranacağını bildirib. Onun sözlərinə görə, bu şəraitdə Zəngəzur dəhlizinin açılması məsələsi daha da aktuallaşır.

“Azərbaycan diplomatik müstəvidə üzərinə düşən bütün addımları atıb. Bundan sonrakı proses daha çox Ermənistanın və Çinin əməkdaşlığından asılı olacaq. Qeyd etmək lazımdır ki, dəhlizin qorunmasında Amerika şirkətlərinin iştirakı gözlənilmir, bu isə Çinin maraqlarına uyğundur. Yaxın aylarda bu istiqamətdə ciddi müzakirələrin aparılması istisna deyil”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin Çində Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatında keçirilən görüşdə səsləndirdiyi məqamlara münasibət bildirərək qeyd edib ki, dövlətimizin başçısının çıxışında diqqət xüsusi olaraq Zəngəzur dəhlizinə yönəldilib. “Azərbaycan üzərindən keçərək Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə birləşəcək bu xətt hazırda real və ən səmərəli marşrut kimi dəyərləndirilir. Son illərdə Orta Dəhliz üzrə daşınan yüklərin həcmi 90 faiz artıb. Bu göstərici Azərbaycanın tranzit imkanlarının nə dərəcədə etibarlı və səmərəli olduğunu təsdiqləyir. Yüklər artdıqca ən təhlükəsiz və qısa yol marşrutu kimi Azərbaycan üzərindən keçən Orta Dəhliz ön plana çıxır”, - deyə H.Babaoğlu bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Zəngəzur dəhlizi, sadəcə, regional deyil, həm də qlobal əhəmiyyət daşıyır: “Bu dəhliz həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin mühüm seqmentinə çevrilə bilər. Potensialı böyükdür və yaxın perspektivdə reallığa çevriləcəyi gözlənilir”.

Deputat əlavə edib ki, Şimal-Cənub dəhlizinin tam şəkildə formalaşdırılması üçün 150 kilometrdən çox yeni dəmir yolunun inşası tələb olunur ki, bu da iqtisadi baxımdan səmərəli hesab edilmir. Halbuki, Zəngəzur dəhlizi üzərində cəmi 42 kilometr dəmir yolunun çəkilişi ilə bu məqsədə nail olmaq mümkündür. Bu isə vaxt və iqtisadi baxımdan daha optimal variantdır.

H.Babaoğlu ŞƏT-in ruhuna diqqət çəkərək bildirib ki, təşkilat siyasi ambisiyalardan uzaq, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq platformasıdır. “Necə ki, Şanxay şəhəri Qərb və Şərqi, Şimal və Cənubu birləşdirən qlobal mədəniyyət və ticarət mərkəzidirsə, Azərbaycan da coğrafi mövqeyi ilə eyni funksiyanı təmin edir. Bu baxımdan Prezident İlham Əliyevin çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətinin xüsusi vurğulanması ölkəmizin regional və qlobal səviyyədə strateji mövqeyini bir daha nümayiş etdirdi”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, dövlətimizin başçısının Tiencin Sammitində səsləndirdiyi fikirlər Azərbaycanın tranzit-logistika siyasətinin strateji prioritetlərini və qlobal əməkdaşlıq vizyonunu aydın şəkildə ortaya qoyur.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, son illərdə Orta Dəhliz üzrə yükdaşımaların 90 faizdən çox artması Azərbaycanın tranzit potensialının yüksələn reallığını göstərir. “Azərbaycan bu marşrutun etibarlı və dayanıqlı hissəsinə çevrilib. Bu, ölkəmizə həm iqtisadi dividendlər qazandırır, həm də beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir”, - deyə ekspert vurğulayıb.

O əlavə edib ki, ŞƏT platforması qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı gücləndirən bir mühitdir: “Tiencin Sammitində Azərbaycan Prezidentinin çıxışı regional əməkdaşlığın yeni mərhələsinə təkan verəcək. Azərbaycanın strateji coğrafi mövqeyi və müasir nəqliyyat-logistika infrastrukturuna qoyduğu sərmayələr ölkəmizi beynəlxalq daşımaların aparıcı iştirakçısına çevirir”.

Ekspertin sözlərinə görə, yaxın perspektivdə Zəngəzur dəhlizinin tam reallaşması həm region ölkələrinin iqtisadi əlaqələrini möhkəmləndirəcək, həm də Avrasiya məkanında inteqrasiyanın dərinləşməsinə xidmət edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!