04 May 2024 14:18
206
CƏMİYYƏT
A- A+

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

 

Ekspertlər deyirlər ki, streslə mübarizə aparmağın sirri çölə çıxmaq qədər sadə ola bilər. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, pediatr Vanessa Slots “CBS Minnesota” telekanalına müsahibəsində açıq havada olmağın çox heyrətamiz faydaları olduğunu bildirib. O əlavə edib: “Araşdırmalar göstərir ki, təbiətdə olmaq, hətta hər gün bir ağacın altında oturmaq belə stres səviyyələrini, qan təzyiqini və kortizol kimi stres hormonlarının miqdarını azaldır”.

Təmiz havada keçirilən vaxt stresi azaltmaq və depressiyanı yüngülləşdirməklə yanaşı, həm də yaddaşı yaxşılaşdırır və DEHB (diqqət çatışmazlığı, hiperaktivliyin pozulması) sindromu olan insanlara kömək edir.

“Təbiətdə vaxt keçirmək, həmçinin xoş əhvali-ruhiyyə hormonları olan dopamin və endorfinlərin səviyyəsini artırır”, - deyə Pensilvaniya Universitetinin stres, dözümlülük və yorğunluq üzrə ixtisaslaşan tədqiqatçısı Kendi Viens “The Post” nəşrinə müsahibəsində bildirib. O, “Yorğunluq immuniteti: Emosional intellekt dayanıqlılıq tapmağa və işinizlə yenidən maraqlanmağa necə kömək edə bilər” adlı kitabında qeyd edir ki, təbiətdə olmağın stresi azaldan təsirlərini cəmi 10 dəqiqə ərzində görmək olar. İstər şəhər parkını ziyarət zamanı, istərsə də meşədə gəzinti əsnasında açıq havada vaxt keçirmək psixi sağlamlığı yaxşılaşdırmağa kömək edə bilər.

Kanadanın Ontario şəhərindəki Trent Universitetində təbiət əlaqələrini araşdıran psixoloq Liza Nisbet isə qeyd edir ki, onlarla tədqiqatçı təbiətin həm fiziki, həm də psixoloji rifaha faydalı təsir göstərdiyini təsdiqləyir. O əlavə edir: “Şəhər parkı da daxil olmaqla, sadəcə təbiət qoynunda gəzmək əhvalınızı yüksəldə bilər”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video