22 Oktyabr 2025 19:54
607
SİYASƏT
A- A+
Ekspert: Tacikistan və Azərbaycan bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir - MÜSAHİBƏ

Ekspert: Tacikistan və Azərbaycan bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir - MÜSAHİBƏ

Son illərdə Tacikistan və Azərbaycan arasında münasibətlər yeni impuls qazanaraq əməkdaşlığın müxtəlif sahələrində dinamik inkişaf edir. Ötən il imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün geniş imkanlar açan mühüm mərhələ olub. Bu hadisələr fonunda nəqliyyat-logistika marşrutlarının inkişafı, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, həmçinin mədəni və təhsil mübadilələrinin aktivləşdirilməsinə xüsusi diqqət yetirilir. Diqqət mərkəzində iki ölkə arasında qarşılıqlı fəaliyyətin potensialı və perspektivləri, eləcə də Mərkəzi Asiya və Cənubi Qafqazın səylərini birləşdirə biləcək birgə təşəbbüslərin həyata keçirilməsi yolları dayanır.

AZƏRTAC tacikistanlı politoloq Şerali Rizoyon ilə müsahibəni təqdim edir.

– Azərbaycan və Tacikistan arasında ikitərəfli əməkdaşlığın müasir tendensiyalarını və inkişaf perspektivlərini necə qiymətləndirirsiniz?

– Son illərdə Tacikistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərdə əhəmiyyətli fəallıq müşahidə olunur. Bunun parlaq sübutu Tacikistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində 2024-cü ilin may ayında Düşənbə və Bakı arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamədir. Bu sənəd iki ölkə arasında sıx və çoxşaxəli qarşılıqlı əlaqəni nəzərdə tutur. Əminəm ki, Tacikistan və Azərbaycan bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensiala malikdir.

– Tacikistan və Azərbaycan arasında nəqliyyat-logistika əlaqələrinin, xüsusən də Orta Dəhliz təşəbbüsü çərçivəsində inkişaf potensialını necə görürsünüz?

– Tacikistan üçün nəqliyyat-kommunikasiya dalanından çıxmaq 2015-ci ilə qədər olan Milli İnkişaf Strategiyasında, həmçinin 2030-cu ilə qədər olan inkişaf strategiyasında öz prioritetini qoruyub saxlayan strateji vəzifələrdən biridir. Bu kontekstdə Düşənbə üçün oxşar maraqları bölüşən bütün ölkələrlə nəqliyyat-logistika əlaqələrinin inkişafı və genişləndirilməsi son dərəcə mühüm və perspektivli istiqamətdir.

Şübhəsiz ki, region ölkələri və Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında birbaşa əlaqələrin genişləndirilməsi və müasir marşrutların formalaşdırılması istiqamətində fəal xarici siyasət aparır. Bu baxımdan, Orta Dəhliz Mərkəzi Asiya dövlətləri üçün Qərb istiqamətində xüsusi əhəmiyyət kəsb edir, ənənəvi nəqliyyat yollarının bərpasına töhfə verir. Bütün bunları nəzərə alaraq, mən Tacikistan və Azərbaycan arasında nəqliyyat-logistika əlaqələrinin inkişafında, xüsusilə Orta Dəhliz təşəbbüsü çərçivəsində böyük potensial görürəm ki, bu da marşrutun bütün iştirakçıları üçün qarşılıqlı fayda gətirəcək.

-Ordunun modernləşdirilməsi və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın səylərini necə qiymətləndirirsiniz və bu təcrübəni Tacikistanda tətbiq etmək mümkündürmü?

– Müşahidələr göstərir ki, son illərdə Azərbaycan mövcud potensial çağırış və təhdidləri nəzərə alaraq, silahlı qüvvələrinin modernləşdirilməsində əhəmiyyətli irəliləyiş əldə edib. Bu gün media məkanında ölkələrimizin silahlı qüvvələrinin müxtəlif formatlarda birgə təlimləri barədə materiallar mütəmadi dərc olunur ki, bu da əməkdaşlığın yüksək səviyyəsindən xəbər verir. Buna görə də Azərbaycanın təcrübəsinin öyrənilməsi real və müsbət nəticələrinə görə olduqca faydalı ola bilər.

Eyni zamanda, bu təcrübənin tətbiqi imkanından danışarkən nəzərə almaq lazımdır ki, Mərkəzi Asiya və Cənubi Qafqazda geosiyasi vəziyyət, regiondaxili əməkdaşlığın xüsusiyyətləri, potensial və real təhdidlərin qiymətləndirilməsi əhəmiyyətli dərəcədə fərqlənir.

– Sizin fikrinizcə, Tacikistan və Azərbaycan arasında mədəni və təhsil mübadiləsinin aktivləşməsi nə dərəcədə mümkündür?

– Mədəni-humanitar əməkdaşlıq ölkələr arasında sıx münasibətlərin qorunması və möhkəmləndirilməsində mühüm rol oynayır, çünki bu, xalqlar arasında yaxınlaşma və qarşılıqlı anlayışa xidmət edir. İmzalanmış sazişlər əsasında Azərbaycan hökuməti artıq bir neçə ildir ki, Tacikistan gənclərinə ali təhsil almaq üçün qrantlar təqdim edir. Hər iki ölkədə mütəmadi olaraq Mədəniyyət günləri və digər əhəmiyyətli tədbirlər keçirilir. Bundan əlavə, Düşənbə və Bakıda fəaliyyət göstərən səfirliklər xalqları öz dövlətlərinin nailiyyətləri və mədəniyyəti ilə yaxından tanış edirlər.

Beləliklə, Tacikistan və Azərbaycan arasında mədəni və təhsil mübadiləsinin aktivləşdirilməsi böyük potensiala malikdir və xalqlar arasında qarşılıqlı anlayışın və dostluğun dərinləşməsinə töhfə verir.

– Əgər sizə Tacikistan və Azərbaycan arasında birgə tədqiqat layihəsi üçün mövzu seçmək təklif olunsaydı, onu hansı sahəyə – siyasətə, təhlükəsizliyə, mədəniyyətə, yoxsa başqa istiqamətə həsr edərdiniz?

– Bu istiqamətlərin hamısını nəzərdən keçirmək lazımdır, çünki onlar eyni dərəcədə aktualdır və bir-birini qarşılıqlı tamamlayır. Belə bir birgə layihənin həyata keçirilməsi mümkün olarsa, onun əhəmiyyəti ondan ibarət olar ki, Mərkəzi Asiya ölkələri artıq Cənubi Qafqaza, o cümlədən Azərbaycana münasibətdə öz yanaşmalarını formalaşdırıblar. Digər tərəfdən, Azərbaycan da Mərkəzi Asiya dövlətləri, o cümlədən Tacikistanla əməkdaşlığın genişləndirilməsi məsələsində öz baxışına malikdir.

Ona görə də tədqiqat layihəsinin iki mərhələni əhatə etməsi vacibdir: Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı əlaqə, eləcə də Tacikistan və Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələr üzrə ikitərəfli münasibətlər.

Regionda əlverişli daxili mühitin formalaşması və sizin regiondakı dövlətlər arasında münasibətlərin yaxşılaşması şəraitində “Mərkəzi Asiya–Cənubi Qafqaz” formatının yaradılması ideyasını da nəzərdən keçirmək olar. Bu format ölkələrimiz üçün əməkdaşlığın perspektivli istiqamətlərindən birinə çevrilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!