14 Noyabr 2025 15:43
10101
COP29
A- A+
Ekspert: COP29-da qəbul olunan qərarlar dürüst şəkildə həyata keçirilsə, iqlim fəaliyyəti sürətlənəcək 

Ekspert: COP29-da qəbul olunan qərarlar dürüst şəkildə həyata keçirilsə, iqlim fəaliyyəti sürətlənəcək 

Leeds Universitetinin doktorant tədqiqatçısı, iqlim hüququ üzrə ekspert Susan Ann Samuel AZƏRTAC-a müsahibə verib. O, müsahibəsində Azərbaycanda keçirilən COP29 konfransının iqlim dəyişikliyi ilə qlobal mübarizəyə töhfələrini dəyərləndirib. Susan Ann, həmçinin Azərbaycanın bu istiqamətdəki səyləri və COP30-dan gözləntilərlə bağlı sualları cavablandırıb.

- COP29-da qəbul edilən qərarların iqlim dəyişikliyi ilə mübarizədə faydalılığını necə qiymətləndirirsiniz?

- COP29-da Azərbaycanın həmrəyliyə çağırışı, doğrudan da, xüsusi əhəmiyyətə malik idi. Mənim üçün Bakıda keçirilən COP29 konfransında iştirak etmək, danışıqlara şahid olmaq və oradakı nümayəndələrlə birbaşa təmas yaratmaq böyük şərəf idi. Konfransdan sonra mənim üçün üç əsas nəticə ortaya çıxdı.

Birinci mühüm nəticə, iqlim maliyyəsi ilə bağlıdır. Uzun müddətdir müzakirə olunan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) dövlətlər arasında ən həssas məsələlərdən biri idi və bu istiqamətdə razılaşmanın əldə olunması istiqamətində mühüm addım atıldı. Tərəflər 2035-ci ilədək inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 300 milyard ABŞ dolları və daha geniş mənada ildə 1,3 trilyon ABŞ dolları məbləğində vəsaitin müxtəlif - dövlət və özəl, ikitərəfli və çoxtərəfli, o cümlədən alternativ mənbələrdən səfərbər edilməsi üçün razılıq əldə etdilər. Bu mexanizm hələ mübahisəli olsa da, daha çox şəffaflıq və planlaşdırma üçün yeni imkanlar açır. Azərbaycanın iqlim diplomatiyasında göstərdiyi liderliyi və qlobal səviyyədə birliyi qoruyaraq prosesi davam etdirmək səylərini yüksək qiymətləndirirəm. Bugünkü mürəkkəb beynəlxalq şəraitdə belə bir çoxtərəfli yanaşma iqlim fəaliyyətini irəliyə aparmaq üçün ən vacib vasitədir.

İkinci mühüm nəticə, Paris Sazişinin 6-cı maddəsi (karbon bazarları haqqında) ilə bağlıdır. COP29 bu maddənin 6.2 və 6.4 bəndlərinin tətbiqinə dair qaydaları daha da aydınlaşdırdı. Bu, dövlətlər və investorlar üçün qarşılıqlı əməkdaşlıq və karbon ticarətində daha güclü qaydalar çərçivəsində hərəkət etməyə imkan verir. Qeyri-hökumət təşkilatlarının müəyyən boşluqlar və tələsik kompromislər barədə narahatlığı əsaslıdır, lakin bu sahədə irəliləyiş danılmazdır. Burada ən vacib olan məsələ tətbiqin dürüstlüyüdür.

Üçüncü mühüm nailiyyət isə, “Bakı Adaptasiya Yol Xəritəsi”nin qəbul edilməsi idi. Tabe orqanlara onun həyata keçirilməsi mexanizmlərinin hazırlanması tapşırıldı. Bu istiqamətdə irəliləyiş hələ ki mərhələlidir, lakin bu qərar gələcəkdə daha məqsədyönlü və ölçüləbilən fəaliyyətlər üçün zəmin yaradır.

Ümumilikdə COP29 iqlim maliyyəsinin və bazar mexanizmlərinin formalaşdırılmasında mühüm rol oynayıb. Əgər qəbul olunan qərarlar dürüst şəkildə həyata keçirilərsə, bu, kapitalın səfərbər edilməsinə və iqlim fəaliyyətinin sürətlənməsinə təkan verəcək. Əsl sınaq isə indi başlayır. Bu vəsaitin real axını, keyfiyyətli karbon kreditlərinin tətbiqi və uyğun daxili siyasət islahatlarıdır.

- Hazırda iqlim dəyişiklikləri ayrı-ayrı sahələrə necə təsir göstərir?

- 2024-cü il rəsmi olaraq iqlim müşahidə tarixində ən isti il kimi təsdiqlənib. Sənayeöncəsi dövrlə (1850–1900) müqayisədə orta temperatur təxminən 1,55°C yüksək olub. 2023–2025 illər tarixdəki ən isti dövr kimi qeydə alınıb. Okean istiliyi, buzlaqların əriməsi və dəniz səviyyəsinin qalxması rekord həddə çatıb. Bunlar həyat, rifah və biomüxtəliflik üçün real təhdidlər yaradır. İstixana qazlarının konsentrasiyası rekord səviyyələrə çatıb və bu da istiləşmə təzyiqini artırır. Qlobal iqlim idarəçiliyi isə, müəyyən irəliləyişlərə baxmayaraq, hələ də zəifdir, xüsusilə, ABŞ-ın Paris Sazişindən çıxması bu prosesdə ciddi boşluq yaradıb. Dünya istiləşməsini 1,5°C həddində saxlamaq üçün imkan pəncərəsi sürətlə daralır. Fosil yanacaqların daha sürətli azaldılması və iqlim maliyyəsinin genişləndirilməsi olmadan həddən artıq istiləşmə riski çox realdır. Bu proses artıq əsas insan hüquqlarının həyata keçirilməsinə mənfi təsir göstərir. Belə ki, iqlim səbəbindən miqrasiyalar, təbii fəlakətlər və sosial-iqtisadi bərabərsizliklər artır.

- Bəs, bu istiqamətdə COP30-dan gözləntiləriniz nələrdir?

- COP30-dan altı əsas gözləntim var. Bunlar aşağıdakılardır:

- Yeni Milli Töhfələr (“NDC 3.0”) – 2025-ci ildə ölkələrdən 1,5°C hədəfinə uyğunlaşdırılmış, bütün sektor və qazları əhatə edən daha iddialı milli planlar təqdim etmələri gözlənilir.

- Adaptasiyada irəliləyişin ölçülməsi – Qlobal Adaptasiya Məqsədi üzrə göstəricilər çərçivəsinin hazırlanması və prosessual yanaşmadan nəticəyönümlü mexanizmə keçid vacibdir.

- İqlim maliyyəsinin tətbiqi – Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) konkret mexanizmlərə çevrilməsi, borc yüngülləşdirmə alətləri və maliyyə mənbələri Belemdə əsas müzakirə mövzularındandır.

- Karbon bazarlarının şəffaflığı və dürüstlüyü – Paris Sazişinin 6-cı maddəsi üzrə qeydiyyat, icazələr və “müvafiq düzəlişlər” kimi mexanizmlərin tətbiqi zamanı dürüstlük təmin edilməlidir.

- Meşələrin qorunması və yerli xalqların hüquqları – COP30-un ev sahibi kimi Braziliya bu məsələləri ön plana çıxaracaq. Bunun konkret tədbirlərə çevrilməsi əsas sualdır.

- İqlim ədaləti və beynəlxalq hüquq – Hüquqşünas kimi, mən xüsusilə, Beynəlxalq Ədalət Məhkəməsi, Dəniz Hüququ Tribunalı və Amerika İnsan Hüquqları Məhkəməsinin son məsləhət rəyinin COP-30 qərarlarına necə təsir göstərəcəyini maraqla izləyirəm. Bu rəy və qərarlar dövlətlərin iqlim ədaləti sahəsində məsuliyyətini gücləndirir.

- Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə verə biləcəyi töhfələr barədə nə deyə bilərsiniz...

- COP29-da Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə həmrəyliyə çağırışı onun ən mühüm töhfələrindən biri oldu. Mən Azərbaycanın iqlim diplomatiyasının gələcəkdə bu həmrəyliyi daha yüksək səviyyəyə qaldıracağına inanıram. Rəsmi Bakı göstərdi ki, fikir ayrılıqları olsa belə, dövlətlər ortaq məxrəcə gələ və prosesi irəli apara bilərlər. Neft-qaz ölkəsi kimi Azərbaycanın milli maraqları ilə qlobal öhdəlikləri tarazlaşdırmaq səyləri xüsusilə diqqətəlayiqdir. Bu, həm məsuliyyətli enerji siyasətinin, həm də iqlim liderliyinin mümkünlüyünü nümayiş etdirir. Bir gənc hüquqşünas və tədqiqatçı kimi mən bu gün Belemdə, Cənub Qlobalının bir nümayəndəsi olaraq, dövlətlərdən şəffaf, empatik və gənclərin səsini eşidən bir liderlik gözləyirəm. Biz həmişə həmrəyliyə inanmışıq və bu gün hər zamankından daha çox birliyə ehtiyacımız var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisdə uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunmasına dair ictimai müzakirə olub

20:20
09 İyul

Ankarada Türkiyə Silahlı Qüvvələrinin Birgə Komandanlığının kompleksi ucaldılır

19:55
09 İyul

Zəngilanda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim olunub

19:53
09 İyul

Naxçıvanın 2025-ci il büdcəsinin icrasına dair məsələ müzakirəyə çıxarılıb

19:50
09 İyul

Çində fabrikdə baş verən yanğın zamanı 28 nəfər ölüb

19:46
09 İyul

Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub

19:43
09 İyul

Azərbaycan və Fransa arasında parlament diplomatiyası məsələləri müzakirə olunub

19:40
09 İyul

Parlamentlərarası İttifaqın konfransında Azərbaycanın ekoloji bərpa təcrübəsindən danışılıb

19:36
09 İyul

Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycanın müstəqilliyi daha da möhkəmlənib

19:33
09 İyul

Azərbaycanda quraqlıq və səhralaşma prosesi üzrə tədqiqat aparılır  

19:30
09 İyul

Azərbaycan idmançıları Parisdəki qolf turnirində iki medal qazanıblar

17:36
09 İyul

Paytaxtda iki küçədə təmir işləri başa çatıb, daha dörd yolda yenidənqurma davam edir

17:33
09 İyul

DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sənədi imzalanıb

17:30
09 İyul

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq

17:18
09 İyul

Azərbaycan güclü dövlət, qalib xalq və qətiyyətli lider vəhdəti ilə irəliləyir

17:15
09 İyul

Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

17:12
09 İyul

Altı ayda 226,3 milyon manat məbləğində ipoteka krediti verilib

17:08
09 İyul

Qazaxdan Şuşaya uzanan poeziya bayramı: növbəti Vaqif Poeziya Günləri başlayır

17:05
09 İyul

Ankara Afinanı gərginlik ritorikasından çəkinməyə çağırıb

17:00
09 İyul

Hicran Hüseynova: Məqsəd uşaqların müasir texnologiyalardan təhlükəsiz istifadəsi üçün mühit yaratmaqdır

16:56
09 İyul

Qazaxıstanda nəqliyyat və logistika sərgisi keçiriləcək

16:53
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!