23 İyul 2025 09:00
496
CƏMİYYƏT
A- A+
"Əkinçi"nin izi ilə

"Əkinçi"nin izi ilə


Milli mətbuatın 150 illik  yubileyi regionlarda da geniş qeyd olunub 


AĞDAM


Heydər Əliyev Mərkəzində milli mətbuatın 150 illiyinə  həsr olunmuş tədbir rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə, təşkilatların nümayəndələri, media təmsilçiləri və rayon ziyalıları iştirak etmişlər. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər. 

Çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı  22 iyul tarixinin 1991-ci ildən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunmasından, Ulu Öndər Heydər Əliyevin hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirməsindən, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməsindən, Ümummilli Liderin mətbuatın problemlərinin həlli ilə bağlı imzaladığı sərəncam və fərmanlardan, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılmasından, dövlət başçısının Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən bəhs etmişlər. 

Tədbirin sonunda jurnalistlərə xatirə hədiyyələri təqdim olunub.


TƏRTƏR 


Rayon icra hakimiyyətində milli mətbuatın 150 illik  yubileyi münasibətilə media nümayəndələri ilə görüş keçirilib. Görüşdə Qarabağ və Şərqi Zəngəzur bölgəsində fəaliyyət göstərən mətbuat işçiləri iştirak ediblər.

RİH-in başçısı Müstəqim Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələrini peşə bayramları münasibətilə təbrik edib, onlara uzun ömür, yeni yaradıcılıq uğurları arzulayıb. Əsası Həsən bəy Zərdabi tərəfindən 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışan M.Məmmədov bildirib ki, ümumilikdə milli mətbuatımızın inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdığını diqqətə çatdıran natiq qeyd edib ki, 1998-ci ildə Ümummilli Lider tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyulmuş, mətbuatımızın inkişafında yeni mərhələ başlamışdır. 

RİH-in başçısı daha sonra vurğulayıb: "Mətbuat-cəmiyyət münasibətlərini tənzimləmək məqsədilə Jurnalistlərin I Qurultayında Mətbuat Şurasının yaradılması, media sahəsində qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi Ümummilli Liderin bu sahəyə diqqətinin bariz nümunələridir. Ulu Öndər jurnalist əməyini daim yüksək qiymətləndirmiş, onların peşəkarlığının artırılması istiqamətində bir-birindən əhəmiyyətli addımlar atmış, fərman və sərəncamlar imzalamışdır". 

M.Məmmədov çıxışında Prezident İlham Əliyevin jurnalistlərə göstərdiyi diqqət və qayğını da dilə gətirib, media nümayəndələrinin 44 günlük Vətən müharibəsində göstərdikləri fədakarlıqdan, sözün həqiqi mənasında, qələmləri ilə informasiya müharibəsində göstərdikləri şücaətlərindən danışıb.

Sonra "AzərTAC"ın bölgə müxbiri Tahir Ağaməmmədov, "Azərbaycan" qəzetinin Qarabağ və Şərqi Zəngəzur regionları üzrə xüsusi müxbiri Lazım Quliyev, İctimai televiziyanın əməkdaşı Şöhrət Eyvazov, AzTV-nin əməkdaşı Elnur Tofiqoğlu, "Yeni Tərtər" qəzetinin redaktoru Svetlana Bağırova və digərləri çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ölkəmizdə dövlət səviyyəsində KİV-ə münasibətin göstəriciləridir. Vurğulanıb ki, Azərbaycan mediası həm Birinci,  həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, 44 günlük Vətən savaşında və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Prezidentin yaxın köməkçisi olub.

Tədbirin sonunda bir qrup media nümayəndəsinə Tərtər Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub. 


YEVLAX


Milli mətbuatın yubileyi ilə bağlı şəhər icra hakimiyyətində keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad olunması və milli mətbuatın inkişaf tarixini əks etdirən videoçarxın nümayişi ilə başladı.

Çıxış edən şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı. Sonra o, 150 illik çətin və şərəfli yol keçən Azərbaycan milli mətbuatının tarixinə nəzərə salaraq kütləvi informasiya vasitələrinin insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verməsindən, mətbuatın bütün dövrlərdə cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirdiyindən, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynadığından söhbət açdı. 

Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyindən bəhs edən A.Tağıyev bildirdi ki, mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, jurnalistlərin peşəkar səviyyələrinin yüksəldilməsi və hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılır.

Çıxış edən KİV nümayəndələri Azərbaycan mətbuatının yüksək dövlət dəstəyi və qayğısı ilə əhatə olunmasından, bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərin əldə edilməsindən, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində qazanılan uğurlardan danışdılar,  mətbuat nümayəndələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. 

Sonda mətbuat nümayəndələrinə Yevlax Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olundu.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!