02 Sentyabr 2025 17:06
514
DÜNYA
A- A+
Əfqanıstanda xilasetmə əməliyyatı bərpa olunub   

Əfqanıstanda xilasetmə əməliyyatı bərpa olunub   


Çərşənbə axşamı səhər Əfqanıstanda 1100-dən çox insanın ölümünə və bir neçə min insanın yaralanmasına səbəb olan ölkə tarixində ən güclü zəlzələlərdən birindən sonra xilasetmə əməliyyatı bərpa edilib. Xilasedicilər zəlzələdən ən çox zərər çəkmiş dağlıq ərazilərə çatmağa çalışırlar.

Əfqanıstan Qızıl Aypara Cəmiyyəti bildirib ki, güclü zəlzələ nəticəsində ölənlərin sayı 1124 nəfərə çatıb.

Təşkilatın məlumatına görə, təbii fəlakət nəticəsində ən azı 3251 nəfər xəsarət alıb, 8000-dən çox ev dağılıb.

Xilasetmə qrupları sağ qalanların axtarışını davam etdirir.

BBC xəbər verir ki, bir çox yerli sakin gecəni açıq havada keçirib.

Ölənlərin əksəriyyəti bazar günü axşam saatlarında baş vermiş zəlzələnin episentrinə ən yaxın olan dağlıq Kunar vilayətinin sakinləridir.

Rəsmilər kəndlərin dağılması nəticəsində ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq ediblər.

Bu arada Qərb ölkələri zəlzələdən sonra kömək edəcəklərini öhdələrinə götürüblər.

Böyük Britaniya 1 milyon funt-sterlinq vəd edib, eyni zamanda Xarici İşlər Nazirliyi  yardımın Əfqanıstanın hakim hökuməti olan “Taliban”ın əlinə keçməsinin qarşısını almaq üçün pulun tərəfdaşlar vasitəsilə yönəldiləcəyini vurğulayıb.

Nazir Devid Lemmi, təcili maliyyələşdirmənin "tərəfdaşlara ən çox təsirlənənlərə əsas tibbi yardım və zəruri ləvazimatlar almasına kömək edəcəyini" bildirib.

Çin, Hindistan və İsveçrə də humanitar yardım göstərməyə söz verib.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ölkəsinin Kabilə 1000 çadır təhvil verdiyini və Kunara 15 ton ərzaq daşıdığını, yax;n saatlarda əlavə humanitar yardım gözlənildiyini bildirib.

BMT özünün Fövqəladə Hallara Dəstək Fondu (CERF) vasitəsilə 5 milyon dollar ayırıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!