18 İyul 2025 20:14
577
CƏMİYYƏT
A- A+
ƏƏSMN-də kollegiya iclası keçirilib  

ƏƏSMN-də kollegiya iclası keçirilib  


İyulun 1-dən sosial müavinətlərdə və təqaüdlərdə edilmiş artımlar Prezident İlham Əliyevin həssas əhali qruplarına qayğısının növbəti təzahürüdür. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) AZƏRTAC-a verilən məlumata görə, iclasda Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2025-ci ilin birinci yarımilində əhaliyə ödənişlərin ümumi məbləğinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 3 milyard 628 milyon manat təşkil etdiyi diqqətə çatdırılıb.

Əmək münasibətlərində elektronlaşma işləri nəticəsində elektron əmək müqavilələrinin mövcud əmək müqavilələrinin artıq

93 faizini təşkil etdiyi diqqətə çatdırılıb. Elektronlaşma işləri çərçivəsində “Əmək və məşğulluq” altsisteminin (ƏMAS) funksionallığının artırılması üçün perspektivlər müzakirə olunub.

DOST mərkəzlərində 2025-ci ilin 6 ayında 436 min nəfərə xidmət göstərildiyi, bu xidmətlər üzrə vətəndaş məmnunluğunun 98,1 faiz təşkil etdiyi qeyd olunub.

Sosial Xidmətlər Agentliyi tərəfindən cari ilin ilk yarımilində 2,6 min şəxsə stasionar və yarımstasionar, 3,6 min şəxsə evdə (səyyar) sosial xidmət göstərildiyi, 69 uşağın övladlığa, 14 uşağın himayədar ailələrə verildiyi, 118 uşağın isə ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısının alındığı bildirilib.

Hesabat dövründə 26,6 min şəxsə əlillik təyinatı aparıldığı, 63 min şəxsə reabilitasiya xidməti göstərildiyi və əlilliyi olan şəxslərin 69 min reabilitasiya vasitəsi ilə təminatının həyata keçirildiyi vurğulanıb.

Ümumilikdə 235 min nəfərin məşğulluq tədbirləri ilə əhatə olunduğu, 9,8 min nəfərin özünüməşğulluq proqramına cəlb edildiyi qeyd olunub.

Kollegiya iclasında daha 46 peşə və kvalifikasiya standartı təsdiqlənib. Bununla da təsdiqlənmiş peşə və kvalifikasiya standartlarının ümumi sayı 1380-i ötüb.

İclasda, həmçinin nazirlikdə maliyyə, iqtisadiyyat, daxili nəzarət, sənədlər və vətəndaş müraciətləri ilə iş sahəsində görülmüş işlərə dair müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!