05 Noyabr 2025 11:12
331
CƏMİYYƏT
A- A+
Ədliyyə Nazirliyi və KOBİA biznes assosiasiyalarla görüş keçirib  

Ədliyyə Nazirliyi və KOBİA biznes assosiasiyalarla görüş keçirib  


Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların ictimai birliklərinin üzvləri ilə görüş olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Ədliyyə sahəsində həyata keçirilən institusional və qanunvericilik yeniliklərinin sahibkarlığın inkişafına təsiri, eləcə də hüququn aliliyinin qorunması və ölkənin davamlı inkişafındakı rolu” mövzusuna həsr olunmuş tədbirdə 20-yə yaxın biznes assosiasiyanın təmsilçiləri və sahibkarlar iştirak ediblər.

Görüşün məqsədi dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, biznes subyektlərinin fəaliyyətinə dəstəyin artırılması və ölkəmizdə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına töhfə vermək olub.

Tədbirdə çıxış edən ədliyyə naziri Fərid Əhmədov ədliyyə sahəsində fəaliyyətin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi və səmərəliliyin artırılması məqsədilə son illər ərzində nazirliyin fəaliyyət istiqamətləri üzrə qanunvericilik və institusional tədbirlərin həyata keçirilməsi barədə danışıb. Nazir dövlət-özəl tərəfdaşlığının müxtəlif sahələrin inkişafında mühüm rol oynadığını, xüsusən də özəl sektor tərəfindən irəli sürülən təklif və təşəbbüslərin nazirliyin fəaliyyət istiqamətləri üzrə aparılan islahatlara mühüm töhfə verəcəyini qeyd edib. Vurğulanıb ki, həyata keçirilən hüquqi və institusional tədbirlərdə sahibkarların yaxından iştirakı qarşıya qoyulan hədəflərə nail olmaq baxımından mühüm əhəmiyyət daşıyır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, sahibkarlıq fəaliyyəti dinamik inkişaf etdiyi üçün yeni çağırışlar və tələblər qanunvericilikdə adekvat şəkildə əks olunmalıdır. Bildirilib ki, KOBİA bu sahədə aparılan institusional islahatları yaxından izləyir və KOB-ların hüquqi mühitlə bağlı ehtiyac və çağırışlarını müvafiq dövlət qurumlarına çatdırır. Eyni zamanda, bu istiqamətdə sahibkarların hüquqi maarifləndirilməsi məqsədilə tematik görüşlər və təlimlər təşkil olunur, ədliyyə orqanları ilə birgə institusional dialoqun gücləndirilməsi sahəsində əməkdaşlıq edilir, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər aidiyyəti üzrə təqdim olunur. Biznes mühitinin inkişafında, sahibkarlıqla bağlı qanunvericiliyin təkmilləşdirilməsi prosesində sahə üzrə maraqlı tərəflərin, o cümlədən sahibkarların və biznes assosiasiyaların iştirakı əhəmiyyətlidir. Sahibkarların təklifləri praktiki ehtiyaclara söykəndiyi üçün onların fikir və təkliflərinin nəzərə alınması iqtisadi fəaliyyətin tənzimlənməsində çevik və effektiv yanaşmaların tətbiqinə imkan yaradır.

Görüş çərçivəsində sahibkarların fikir və təklifləri dinlənilib, əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Sahibkarların səsləndirdiyi fikir və təkliflərin Ədliyyə Nazirliyi və KOBİA tərəfindən birgə işçi qaydada icrasının təmin olunması, bununla bağlı qurumlararası məsul şəxslərin müəyyən edilməsi qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!