30 İyul 2025 12:59
498
CƏMİYYƏT
A- A+
Ədliyyə Nazirliyi hüquqi məsuliyyət riski daşıyan üzərlik bitkisi ilə bağlı xəbərdarlıq edib 

Ədliyyə Nazirliyi hüquqi məsuliyyət riski daşıyan üzərlik bitkisi ilə bağlı xəbərdarlıq edib 


Son zamanlar bəzi ölkələrin hüquq-mühafizə orqanları tərəfindən üzərlik (Peganum harmala) bitkisi ilə sərhədi keçməyə cəhd edən şəxslərin saxlanılması halları artıb. Nəticədə həmin şəxslər barəsində inzibati və ya cinayət məsuliyyəti tədbirləri görülür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, üzərlik bitkisi xalq təbabətində və mədəni-ritual ənənələrdə geniş istifadə olunsa da, onun tərkibindəki bəzi alkaloid maddələr – xüsusilə psixotrop təsirə malik olan harmalin, harmin və digər birləşmələr bir sıra ölkələrdə dövriyyəsi məhdudlaşdırılan və ya tam qadağan edilmiş maddələr siyahısına daxildir.

Bununla əlaqədar olaraq, xarici ölkələrə səfər edən, eləcə də həmin ölkələrdən respublikamıza gələn vətəndaşlara üzərlik bitkisini, toxumlarını, ekstraktlarını və ya digər formalarını üzərlərində daşımamaq tövsiyə olunur. Bu, həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulan hüquqi məsuliyyət risklərindən yayınmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən üzərlik bitkisinin mənşəyi, kimyəvi tərkibi, hüquqi statusu və məsuliyyət doğuran halları ilə bağlı profilaktik tövsiyə hazırlanıb. Tövsiyənin hazırlanmasında məqsəd vətəndaşların təhlükəsizliyini təmin etmək, üzərlik bitkisi ilə xarici ölkələrə səfər edərkən, eləcə də həmin ölkələrdən respublikamıza gələrkən hüquqi məsuliyyət doğura biləcək halların qarşısını qalmaq üçün ictimai maarifləndirmə aparmaqdır.

Tövsiyə ilə daha ətraflı linkdə tanış ola bilərsiniz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!