28 Sentyabr 2025 08:05
1697
SİYASƏT
A- A+
Ədalətli dünya naminə...

Ədalətli dünya naminə...


Azərbaycan Prezidenti strateji əhəmiyyətli bir sıra ismarışları beynəlxalq ictimaiyyətə çatdırdı

 

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında strateji əhəmiyyətli bir sıra ismarışları beynəlxalq ictimaiyyətə ünvanladı. Xatırladaq ki, dövlətimizin başçısı 2004, 2010, 2017-ci illərdə də bu ali kürsüdən çıxış etmişdir. Eyni zamanda ölkə rəhbəri 2020-2021-ci illərdə pandemiya dövründə onlayn formatda bu məsələ ilə bağlı mühüm təşəbbüslərlə çıxış edərək mövqeyini bildirmişdir. Xüsusən pandemiya dövründə beynəlxalq səylərin birləşdirilməsi ilə bağlı unikal təşəbbüsü, BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsinə nail olması, həmçinin "vaksin millətçiliyi"nə qarşı dəyərli fikirləri beynəlxalq ictimaiyyətin yaddaşında dərin izlər buraxıb.

Milli Məclisin deputatı Elman Nəsirov qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev əvvəlki çıxışlarında Ermənistanın Azərbaycana qarşı təcavüzkar, terror siyasəti, onun ağır nəticələri, tarixi-mədəni abidələrimizin məhv edilməsi və digər məsələləri qaldırmışdısa, bu dəfə zəfərə, sülhə gedən yoldan danışdı. Yeni tarixi reallıqlar haqda fikirlərini bölüşdü. Bu kontekstdə dövlət başçısı keçilən yola, tarixi zəfərə qiymət verdi. "BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qətnamələrinin məhz Azərbaycan tərəfindən icra olunması ilə bağlı fikirlərini səsləndirdi. Eyni zamanda vurğuladı ki, 2020-ci ilin noyabrında Ermənistan rəhbərliyi kapitulyasiya aktına imza atıb və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Azərbaycan artıq yeni reallıqlar yaradıb", - deyə E.Nəsirov əlavə edib.

Deputat Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etdiyini xatırladaraq bildirib ki, ölkəmiz müharibədə qalib gəlsə də, sülhü qazanmaq əsas niyyət idi. Odur ki, sülh müqaviləsinin  baza prinsipləri, ümumilikdə sülh mətni Azərbaycan tərəfindən hazırlandı. Nəticədə avqustun 8-də Vaşinqtonda tarixi əhəmiyyətli razılaşmalara imza atıldı. Sülh müqaviləsinin paraflanması, Ermənistan və Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması və bu prosesdə ABŞ Prezidenti Donald Trampın iştirakı və sənəddə onun imzasının olması mühüm məsələdir. 

E.Nəsirov bildirib ki, Prezident İlham Əliyev artıq tarixə çevrilmiş münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun yaradıldığını xatırladaraq deyib ki, o mandatı üzrə fəaliyyət göstərməyib, sülhə nail olmayıb. Minsk qrupunun fəaliyyəti münaqişəni dondurmaqdan başqa bir şey deyildi.

Deputat xatırladıb ki, ATƏT-ə birgə müraciət əsasında sentyabrın 1-dən Minsk qrupu tarixə qovuşub: "Prezident bu məsələlərdən danışarkən dedi ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi Azərbaycana qarşı 907-ci maddəyə ədalətsiz, bədnam düzəliş tətbiq etmişdi. Vaşinqtonda əldə edilmiş tarixi razılaşmalardan biri də D.Trampın birbaşa dəstəyi ilə həmin maddənin dondurulması idi. Bu düzəlişi əvvəlki hakimiyyət dövründə ABŞ Konqresi qəbul etmişdi və yeni reallıqda Azərbacanın beynəlxalq təhlükəsizliyə və sülhə verdiyi töhfəni nəzərə alaraq, konqresin bu düzəlişi birdəfəlik ləğv etməsi sülh prosesinə töhfə verəcək. Dövlət başçısı bildirdi ki, qarşıda yeni vəzifələr dayanır və bunları uğurla həyata keçiririk. Bu gün Qarabağa və Şərqi Zəngəzura tarixi qayıdış davam edir. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq, abadlıq işləri görülür. Ölkə rəhbəri vurğuladı ki, ərazi bütövlüyümüz təmin edildikdən sonra, ermənilərin nəzarətində olan torpaqlarda minalanma həyata keçirilib. Bu da quruculuq prosesinə maneə yaradır. Bu günədək 400-ə yaxın soydaşımız mina qurbanı olub və ya ciddi xəsarət alıb. Birinci Qarabağ müharibəsində girov götürülmüş, itkin düşmüş 4000-ə yaxın soydaşımızdan isə hələ də xəbər yoxdur. Bunlar Ermənistan tərəfindən həll olunması vacib məsələlərdir. Rəsmi İrəvanın bu istiqamətdə addımlar atmasını gözləyirik".

E.Nəsirov Prezidentin Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışdığını xatırladaraq deyib ki, hazırda 14 ölkəyə qaz ixrac edirik. Paralel şəkildə "yaşıl enerji" sahəsində də yüksək nailiyyətlər əldə etmişik. 2030-cu ilə qədər Azərbaycanın enerji balansında "yaşıl enerji"nin payı 40 faizə çatacaq. Dövlət başçısı xüsusi diqqət yetirdi ki, "yaşıl enerji" istehsalı prioritet olsa da, yanacaq enerjisi aktuallığını qoruyub saxlayacaq. Prezident

İlham Əliyev beynəlxalq birliyi ədalətli olmağa çağırdı. Bildirdi ki, heç bir halda selektiv ədalət ola bilməz. Bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə, qanunun aliliyinə hörmət edilməli və ədalətli bir dünyanın qurulmasına töhfə verilməlidir.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!