20 Aprel 2025 08:15
649
SİYASƏT
A- A+
Ədalət mühakiməsi təqsirləndirilən erməniəsilli şəxslərin müharibə cinayətlərini bir-bir üzə çıxarır

Ədalət mühakiməsi təqsirləndirilən erməniəsilli şəxslərin müharibə cinayətlərini bir-bir üzə çıxarır


Torpaqlarımız işğaldan qurtarıldıqdan və suverenliyimiz təmin olunduqdan sonra növbə gəlib çatdı 30 illik dövr ərzində milli nifrət zəminində azərbaycanlılara qarşı kütləvi qətllər, soyqırımlar törədən erməni faşistlərinin ədalət divanına çəkilməsinə. Bu gün xalqımıza qarşı silsilə hərbi cinayətlər törətmiş erməniəsilli şəxslərin bir qisminin Bakıda məhkəməyə çıxarılması,  qanlı əməllərinə görə cavab vermələri həm də haqqın öz yerini tapması deməkdir. Bu məhkəmə prosesində çoxsaylı cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan, o cümlədən Ruben Vardanyan və digərləri törətdikləri əməllərə görə ittiham edilirlər.

Onsuz da, Birinci Qarabağ müharibəsi dövründə, işğal müddətində, eləcə də İkinci Qarabağ müharibəsi zamanı təcavüzkar Ermənistan tərəfindən məqsədyönlü və  sistemli şəkildə azərbaycanlılara qarşı törədilən hərbi cinayətlərlə bağlı kifayət qədər faktlar və dəlillər mövcuddur. Erməni qaniçənlərinin murdar əməllərini vaxtilə Ermənistana rəhbərlik etmiş Levon Ter-Petrosyan, Serj Sarkisyan, Robert Koçaryan da açıq şəkildə etiraf ediblər. Özü də geniş publika qarşısında, beynəlxalq platformalarda, KİV-lərdə... 

O cümlədən Bakıda keçirilən ədalət məhkəməsində təqsirləndirilən erməniəsilli şəxslər xalqımız əleyhinə törətdikləri cinayət əməllərini bir-bir etiraf edirlər.  


"Madat mənə yaxınlaşdı, üstündəki süngü-bıçağı çıxarıb mənə sancdı"


Məhkəmə prosesinin aprelin 18-də davam etdirilən baxış iclasında da anoloji hal yaşanıb. Bu dəfəki prosesdə Xocalı soyqırımında iştirakı müəyyən edilmiş təqsirləndirilən şəxs Madat Babayan dindirilmə zamanı Xocalıda silahsız insanların qətlində iştirakını etiraf edib, "Səhv etmişik", deyib.

Madat Babayanın məhkəmədə bu ifadəni dilə gətirməsi onun peşmançılıq hisslərindən doğmur, sadəcə proses zamanı qarşısına qoyulan fakt və dəlilləri gördükdən sonra erməni qaniçəni törətdiklərini etiraf etməyə məcbur qalıb. 

Belə ki, zərərçəkmiş şəxs Yaşar Əlməmmədov 1956-cı ildə Xocalı şəhərində anadan olduğunu, orada ailəsi ilə birlikdə yaşadığını bildirib. O, təqsirləndirilən şəxslərdən Bako Sahakyanı, Arkadi Qukasyanı və Madat Babayanı tanıdığını deyib.

Y.Əlməmmədov bildirib ki, fevralın 27-də Pircamal kəndi yaxınlığında onlar girov götürülüb. O, əsirlikdə olduğu müddətdə qolunun, barmağının, qabırğalarının, ayağının sındırıldığını və digər xəsarətlər aldığını söyləyib: "Erməni hərbçilər, şəxsən Madat Babayan özü mənə işgəncə verib. Əsir olan vaxt Madat mənə yaxınlaşdı, "sən türksən" deyib təpiklədi, sonra təhqir etdi. Üstündəki süngü-bıçağı çıxarıb mənə sancdı...

...Madat Babayan, tərkibində olduğu silahlı dəstəsindəki hərbçilər Axıska türkü olan iki qardaşı gözümüzün qabağında güllələyib öldürdülər. Onlar əsir götürdükləri azərbaycanlıların bəzilərini aparıb qəbirlərin üstündə başlarını kəsirdilər, bəzilərini də kilsədə asırdılar".

Sözügedən tarixdə keçirilən məhkəmə prosesində Xocalı soyqırımı ilə bağlı kadrlar nümayiş etdirilib, həmin videomateriallarda müxtəlif yaş qrupundan olan kişilərin və qadınların, o cümlədən uşaqların və qocaların meyitlərinin görüntüləri yer alıb. Meyitlərin bir hissəsi dərisi soyulmuş, gözləri çıxarılmış, bəzi əzaları kəsilmiş vəziyyətdə olub. 

Bu zaman təqsirləndirilən erməniəsilli şəxslərin bəzilərinin videogörüntülərin onlara guya pis təsir etdiyini öz hərəkətləri ilə nümayişkaranə şəkildə göstərmələri isə sözün əsl mənasında erməni həyasızlığını bir daha iyrənc formada nümayiş etdirib. 

Axı elə Xocalıda insanlarımızı girov görürən, onlara dəhşətli işgəncələr verərək öldürən, meyitlərini təhqir edən də elə Madat Babayanlardır... 


"İnsanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər..."


Məhkəmədə qarşısına qoyulan faktlardan, dəlillərdən, Xocalı soyqırımını törədənlərdən biri olması gerçəyindən qaça bilməyəcəyini anlayan Madat Babayanın "dili açılıb" və o törətdiyi qanlı əməlləri etiraf etməyə başlayıb.   

Belə ki, Xocalı soyqırımında iştirakı müəyyən edilmiş təqsirləndirilən şəxs Madat Babayan dindirilməsi zamanı 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib: "Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın".

M.Babayan dəstələrində 20 nəfərin olduğunu, başqa dəstələrin də olduğunu deyib. Əlavə edib ki, Rembert Karapetyan, Valeri Sarkisyan adlı dəstə rəhbərlərini xatırlayır.

"Bizim dəstənin üzvlərindən isə Valeri Petrosyan, David Qriqoryan, Albert Qriqoryan, Şirin Şirinyan, Spartak Akopyanı xatırlayıram", - deyə o vurğulayıb.

Təqsirləndirilən şəxs Xocalıda bütün əmrləri "Xolostoy" ləqəbli Arkadi Şirinyanın verdiyini deyib və əlavə edib: "Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər".

O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçilər tərəfindən maşınlara yığılaraq aparıldığını bildirib.

Göründüyü kimi, Bakıda keçirilən ədalət məhkəməsində təqsirləndirilən erməniəsilli şəxslər xalqımıza qarşı soyqırımlar törətdiklərini, hərbi cinayət əməllərini etiraf edirlər. Bütün bu etiraflar həm də təcavüzkar və işğalçı Ermənistan, erməni faşistləri tərəfindən ölkəmizə, xalqımıza qarşı həyata keçirilən müharibə cinayətlərinin ifşasıdır.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!