08 May 2024 16:19
280
CƏMİYYƏT
A- A+

Duzdan çox istifadə mədə xərçəngi riskini 40 faiz artırır-Tədqiqat  

 

Duzlu qidaların daha çox istifadə olunduğu Asiya ölkələrində onun hədsiz istehlakı ilə mədə xərçəngi arasında əlaqə sübuta yetirilib. MedUni Vyana tərəfindən aparılmış uzunmüddətli araşdırma ilk dəfə olaraq bu riskin Avropadakı xərçəng statistikasında da əks olunduğunu göstərib. Bu yaxınlarda "Gastric Cancer" jurnalında dərc edilən təhlildən məlum olur ki, yeməyinə tez-tez duz əlavə edən insanların bu xəstəliyə tutulma ehtimalı başqalarına nisbətən qırx faiz çoxdur.

AZƏRTAC “News-Medical” saytına istinadla xəbər verir ki, Böyük Britaniyanın "UK-Biobank" tədqiqatında 470 mindən çox insanın məlumatları təhlil edilib. ştirakçılara "Yeməklərə nə qədər tez-tez duz əlavə edirsiniz?" sualı ünvanlanıb. MedUni Vyana İctimai Sağlamlıq Mərkəzi mütəxəssislərinin başçılıq etdiyi tədqiqat qrupu sorğunun nəticələrini xərçəngin milli reyestrlərinin məlumatları ilə müqayisə edib. Bu araşdırma da yeməklərinə həmişə və ya tez-tez duz əlavə etdiklərini söyləyən insanların təxminən 11 illik müşahidə dövründə mədə xərçənginə tutulma ehtimalının yeməyə heç vaxt və ya nadir hallarda duz əlavə etmiş şəxslərə nisbətən 39 faiz daha çox olduğunu ortaya çıxarıb.

Qeyd edək ki, dünyada ən çox yayılmış xərçəng növləri siyahısında mədə xərçəngi beşinci yerdədir. Bu şiş xəstəliyinə tutulma riski insan yaşlandıqca artır, lakin son statistika 50 yaşdan aşağı olanlarda artımın narahatedici mənzərəsini göstərir. Risk faktorlarına, həmçinin tütün və alkoqol istifadəsi, “Helicobacter pylori” infeksiyası, artıq çəki və piylənmə daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video