07 Avqust 2025 08:10
550
SİYASƏT
A- A+
Dünyanın gözü Ağ Evdə, Makron isə Azərbaycandakı səfirini geri çağırır

Dünyanın gözü Ağ Evdə, Makron isə Azərbaycandakı səfirini geri çağırır


Nə var - nə var - Qarabağa səfər edib


Fransanın Azərbaycandakı səfiri "məsləhətləşmələr" üçün geri çağırılıb.  Sözügedən ölkənin Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinin bu haqda verdiyi   açıqlamasında qeyd olunur: "Fransanın Azərbaycandakı səfiri Ann Buayonun yaxın müddətdə səlahiyyət müddəti başa çatacaq. Onun yerinə təklif edilən şəxsin kimliyi ilə əlaqədar məlumat Azərbaycan hökumətinə təqdim olunub". 

Xatırladaq ki, Ann Buayon 2023-cü il yanvarın 26-da etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib. Onun ölkəmizdə fəaliyyət göstərdiyi bu müddətdə Azərbaycan hökuməti diplomatik korpusun, xarici şirkətlərin nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfərlərini təşkil etsə də, Fransa səfirliyi nəinki həmin ziyarətlərdə iştirak etmiş, hətta cidd-cəhdlə bu səfərlərə mane olmağa çalışmışdır. Amma 2025-ci ilin iyununda səfir Ann Buayon, necə deyərlər, şeytanın ayağını qıraraq Şuşaya səfər etmişdir. Üstəlik, səfər zamanı açıqlama da vermişdir: "Şuşa Azərbaycan mədəniyyətini başa düşmək, anlamağa imkan verən şəhərdir. Həqiqətən də, burada olmaqdan böyük sevinc hissi keçirirəm. Bilirəm ki, Şuşa Azərbaycan üçün xüsusi yer tutur, çünki bu şəhər mədəniyyət və incəsənətin rəmzidir. Bundan əlavə, Şuşa dünyaya bir çox məşhur insanlar bəxş edib". Buayon həmçinin qeyd etmişdir  ki, Azərbaycanın Qarabağ regionunda aparılan tikinti-bərpa işlərinin gedişinə heyran qalıb.

Birmənalı olaraq qeyd edə bilərik ki, Fransa Ermənistan-Azərbaycan münaqişəsinin ideya müəlliflərindən biridir. Bu ölkə istər problemin həllində  vasitəçilik məqsədilə yaradılmış ATƏT-in Minsk qrupuna həmsədrlik etdiyi zamanda, istərsə də  2020-ci ildə Azərbaycan öz torpaqlarını hərbi yolla azad etdikdən sonra iki ölkə arasında sülh yaratmaqdan çox sülhə mane olan, münaqişə yaradan tərəf kimi fəaliyyət göstərib. 44 günlük Vətən müharibəsi dövründə Fransa parlamentinin keçmiş "Dağlıq Qarabağ"ın müstəqilliyinin tanınması barədə qətnamə qəbul etməsi yəqin ki, çoxlarının yadındadır. Həm də o yadındadır ki, rəsmi Paris Ermənistan üzərindən regionda möhkəmlənmək üçün əl altında saxladığı beynəlxalq və regional təşkilatlar vasitəsilə Azərbaycana davamlı təzyiqlər göstərməyə cəhd edirdi. Bununla da kifayətlənməyib iki ölkə arasında münaqişəni qızışdırmaq üçün məğlub olmuş ölkəni silahlandırmaq yolunu da tutmuşdu. Amma bu zaman nəzərdən qaçırırdı ki, Azərbaycanın dövlət maraqlarını və mövqeyini nəzərə almadan Cənubi Qafqazda möhkəmlənmək faktiki olaraq mümkün deyil. Mümkün olmayan həm də Azərbaycanla güc dilində danışmaqla nəyə isə nail olmaqdır. Hətta səfiri geri çağırmaqla belə...

Bu arada xəbər yayıldı ki, səfir Ann Buayonun Şuşaya səfəri ləğv edilmiş qondarma "artsax"ın Fransadakı "daimi nümayəndəsi" Hovannis Gevorgyanın da "qəzəb"inə səbəb olub. Separatçıların nümayəndəsi Prezident Emmanuel Makrona məktub yazaraq  "tədbir" görülməsini xahiş edib. Ancaq başa düşmək çətindir ki, bütün dünyanın gözünün Ağ Evə dikildiyi, Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasının indiki qədər yaxın və real olduğu bir vaxtda Fransa nə adla səfiri ilə bağlı "tədbir" görəcək. Əvəzində onu başa düşürük ki,  Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabidə vasitəçisiz keçirilən görüşü Cənubi Qafqaza göz dikən Fransa üçün arzuedilməz idi. Başqa sözlə, görüşdən sonra iki dövlət arasında imzalanacaq sülh müqaviləsinin şərtlərinin razılaşdırıldığı və Zəngəzur dəhlizinə Amerkanın özəl şirkətinin nəzarət edəcəyi haqqında mətbuatda gedən məlumatlar adıçəkilən dəhlizə nəzarəti ələ keçirmək istəyən və Cənubi Qafqaz regionunda Ermənistan vasitəsilə möhkəmlənməyə can atan Fransa üçün "sürpriz" olmuşdur.

Aydın məsələdir ki, Fransanı düşündürən öz qlobal geosiyasi marağıdır. Amma vaxtilə dünyanın bir çox ölkələrində kütləvi surətdə əhalini məhv edən, insan hüquqlarına məhəl qoymayan, XXI əsrdə müstəmləkəçilik siyasətindən əl çəkə bilməyən bir dövlətin özünü "artsaxlı"ların müdafiəçisi kimi göstərməsi "tülkünün həccə getməsi" qədər gülünc və ikrahedici görünür. Elə ona görə də Cənubi Qafqazda geosiyasi maraqları iflasa uğrayan rəsmi Paris ona-buna söz atmaqla son uğursuz çabalarını edir. Xülasə, görünən odur ki, N.Paşinyan hökuməti ilə istədiyinə nail ola bilməyən Paris əli hər yerdən üzüldüyü üçün üzünü yenidən separatçılara və revanşistlərə tərəf çevirib. Təsadüfi deyil ki, bu günlər Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi irəli sürülüb. Qətnamə layihəsinin müəlliflərinin kimliyi artıq həmin layihənin mahiyyətini açıq şəkildə ortaya qoyur. Regionumuzda baş verən proseslərə növbəti müdaxilə cəhdi olan bu layihədə adəti üzrə reallıqlar təhrif olunur, Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizlik nümayiş etdirilir və ölkəmiz əleyhinə yalan ittihamlar yer alır.

Belə görünür ki, Azərbaycanla Ermənistan arasında, xüsusən Əbu-Dabi görüşündən sonra və Ağ Evdə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin ABŞ liderinin iştirakı ilə gözlənilən görüşü ərəfəsində Cənubi Qafqazda sülhü istəməyən məlum qüvvələr fəallaşıblar. Onlar vəziyyəti yenidən gərginləşdirmək və sülh gündəliyinə xələl gətirmək istəyirlər. 

İndiyə kimi sülh danışıqlarında "vasitəçi"lik etmək üçün az qala dəridən-qabıqdan çıxan Makronun danışıqlar prosesindən tamamilə kənar qalması, bağlı qapılar arxasında iki ölkə arasında nələrin müzakirə edildiyini yalnız mətbuatdan xəbər tutması bu ölkənin Cənubi Qafqaz regionunda siyasi iflası deməkdir. 


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!