05 May 2024 08:15
287
SİYASƏT
A- A+

Dünyanın çalxalanması fonunda ölkəmizdə sabitliyin olmasının xüsusi önəmi var

 

"Dünya tamamilə çalxalanır, müharibələr, terror təhlükələri, təhdidlər baş alıb gedir. Təbii olaraq qarşıdurmalar dövlətlərdə sabitliyə təsir göstərir, hətta bir çox ölkələr müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalıb".
Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. Deputat bildirib ki, nəzərdən keçirəndə bu dövlətlərin bir çoxunun liderlərinin və siyasi hakimiyyətlərin yarıtmaz siyasətini, hadisələri qabaqlamaq və onların preventiv üsullarla qarşısını almaq məsələlərində geridə qalmalarını görmək olar. Azərbaycan isə bu dəyişən siyasi arxitekturanın fonunda öz sabitliyini əzmlə qoruyub saxlayır və durmadan inkişaf edir. Təbii ki, bu əmin-amanlıq bizim sərvətimizdir. Burada öncə ölkə rəhbərinin zəkası, hadisələri düzgün analiz etməsi, qarşısının alınması üçün təcili təxirəsalınmaz işlərin görülməsini təmin etməsi, doğru çalışan komanda və xalqın birliyi durur.
Deputat qeyd edib ki, indiyədək Azərbaycanın bir çox beynəlxalq tədbirlərə evsahibliyi etməsi və  onları uğurla həyata keçirməsi ölkəmizin həm də bu sahədə yüksək bacarığından, təcrübəsindən xəbər verir. "Artıq qazandığımız təcrübə bizə beynəlxalq tədbirlərin keçirilməsinə etimad göstərildiyini də şərtləndirir. Bu il noyabrda baş tutacaq COP29 konfransı isə indiyədək keçirilən qlobal toplantıların ən böyüyüdür. Ölkəyə gələcək 100 minə yaxın qonağın iki həftə ərzində Azərbaycanda olması, bunun üçün vacib infrastrukturun qurulması, təşkilati işlər və dünyanın diqqətinin ölkəmizdə olması məsuliyyətimizi daha da artırır. Həmişə olduğu kimi, ölkəmiz bu sınaqdan da üzüağ, alnıaçıq çıxacaq".
V.İsgəndərov deyib ki, bu gün Rusiya-Ukrayna müharibəsi, İran-İsrail münasibətləri, Gürcüstanda yaranan iğtişaşlar və digər ölkələrdə baş verən hadisələr mütləq şəkildə ölkəmizdəki  stabilliyin nə qədər önəmli olduğunu göstərir. 
Deputat deyir ki, böyük tədbirlərə uğurlu evsahibliyi etmək ölkəmizin tanıdılmasında böyük rol oynayır: "Dünyaya müasir, qürurlu zəfər çalmış Azərbaycan təqdim edirik. Bu təqdimat dünyaya Azərbaycanın tolerant, multikultural dəyərlərini, mədəniyyətini, mətbəxini, musiqisini, xalqımızın zənginliyini ən yüksək səviyyədə göstərir. Bu da dünyada güclü dövlətlər sırasında olmağımızda, söz sahibinə çevrilməyimizdə əhəmiyyətli rol oynayır. Dünyada baş verən siyasi, sosial, iqtisadi kataklizmlər içərisində bu sabitliyi sərvət kimi qoruyub saxlamalıyıq. İnkişaf etdikcə dostlarımızın sayını artırsaq da, Azərbaycanın uğurlarını gözü götürməyənlərin də olduğunu unutmamalıyıq. Bunun üçün hər birimiz ayıq-sayıqlığımızı itirməməli, qələbələrimizin bizə verdiyi qüruru daim yaşatmaq üçün ölkəmizin hərtərəfli inkişafında səfərbər olmalıyıq", - deyə deputat əlavə edib.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video