20 May 2026 10:43
141
CƏMİYYƏT
A- A+
Dünya Təhsil Forumu: Azərbaycanın yeni tərəfdaşlıqları

Dünya Təhsil Forumu: Azərbaycanın yeni tərəfdaşlıqları


Londonda Dünya Təhsil Forumunda iştirak edən Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev bir sıra mühüm görüşlər keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayev Suriya Ərəb Respublikasının təhsil naziri Mohammad Turko və ali təhsil və elmi tədqiqat naziri Marvan Halabi ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Suriya arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, akademik əməkdaşlıq, tələbə və müəllim mübadiləsi ətrafında danışıblar. Görüş çərçivəsində, həmçinin cari ilin fevral ayında imzalanan “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Suriya Ərəb Respublikasının Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında Suriya Ərəb Respublikasında təhsil infrastrukturunun bərpası üzrə strateji tərəfdaşlıq haqqında Saziş”dən irəli gələn məsələlərin icrası istiqamətində müzakirələr aparılıb.

Səfər çərçivəsində Emin Əmrullayev Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Racabovla görüşüb. Görüşdə Azərbaycanla Özbəkistan arasında ali təhsil, elm və innovasiya sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Universitetlərarası əlaqələrin genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin təşviq edilməsi, akademik mübadilə proqramları və innovasiya ekosisteminin inkişafı istiqamətində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəliblər.

Dünya Təhsil Forumu çərçivəsində “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin qlobal məsələlər üzrə baş icraçı direktoru Fil Beyti ilə də görüş baş tutub. Görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin THE beynəlxalq reytinqlərində mövcud təmsilçilik göstəriciləri, son illərdə əldə olunan irəliləyişlər və universitetlərin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. Tərəflər Azərbaycan universitetlərinin beynəlxalq akademik nüfuzunun gücləndirilməsi və qlobal reytinqlərdə daha yüksək nəticələr əldə etməsi baxımından əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Bundan əlavə, UNESCO-nun Baş direktorunun yeni təyin olunmuş təhsil üzrə müavini Qun Şen ilə keçirilən görüşdə tərəflər təhsil sahəsində mövcud əməkdaşlıq və qlobal təşəbbüslərdə birgə iştirak imkanlarını müzakirə ediblər. Görüşdə təhsildə innovativ yanaşmalar və dayanıqlı inkişaf məqsədləri istiqamətində birgə fəaliyyətin əhəmiyyəti qeyd olunub, gələcəkdə birgə layihələrin həyata keçirilməsi və beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə görüş zamanı Azərbaycanla OECD arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə olunub. Tərəflər şagird nailiyyətlərinin qiymətləndirilməsi, təhsildə keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi və müasir bacarıqların inkişafı sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə beynəlxalq qiymətləndirmə mexanizmlərinin təhsil siyasətinin formalaşdırılmasında rolu və məlumatəsaslı qərarvermənin əhəmiyyəti vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF13 iştirakçısı: Müasir dövrdə şəhərlər mürəkkəb və çoxşaxəli çağırışlarla üz-üzədir

11:52
20 May

“EcoHub” WUF13 çərçivəsində su dayanıqlılığına həsr olunmuş tədbir keçirib

11:37
20 May

Mehmet Duman: “Ağıllı şəhər” layihələri Azərbaycanın şəhərsalma sahəsində innovativ inkişaf modelinə çevrilə bilər  

11:35
20 May

Britaniyalı tədqiqatçı: Bakı ictimai məkanlar baxımından dünyaya nümunədir

11:34
20 May

Fransa və Qrenlandiya nadir minerallarla bağlı niyyət bəyannaməsi imzalayıb

11:34
20 May

Dünya Bankı: Coğrafi məkan göstəriciləri Mərkəzi Asiya şəhərlərinin dayanıqlı inkişafına kömək edəcək  

11:33
20 May

Albaniyalı ekspert: Şəhərsalma siyasətləri məlumat və sübutlara əsaslanmalıdır

11:32
20 May

Şəhərsalma üzrə professor: Bakı müsbət şəhər transformasiyası modeli kimi inkişaf edir

11:30
20 May

Kanada nümayəndəsi: Şəhərləşmənin gələcəyi mövcud infrastruktur üzərində qurulur

11:29
20 May

WUF13-də Şərqi Avropa və Mərkəzi Asiyada şəhərsalma məsələləri müzakirə olunub

11:27
20 May

EAPV prezidenti: Dünya əhalisinin artması mənzil problemini daha da aktuallaşdırır

11:17
20 May

UN-Habitat: Azərbaycan bir neçə gün əvvəl yağan intensiv yağışlar zamanı operativ reaksiya və hazırlıq nümayiş etdirib  

11:00
20 May

“Politico”: NATO Avropadan çıxarılan ABŞ qoşunlarının yerini doldurmağa çalışacaq

10:59
20 May

WUF13-də işarə dili istifadəçiləri və inklüziv şəxslər üçün xüsusi tədbir

10:58
20 May

Anaklaudia Rossbax: Qeyri-formal məskunlaşma problemlərinin həllini tam təmin edə bilməmişik

10:56
20 May

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:56
20 May

Konqoda Ebola həyəcanı: 136 ölüm, 543 şübhəli yoluxma halı qeydə alınıb

10:55
20 May

Dünya birjalarında neft ucuzlaşıb

10:54
20 May

İcraçı direktor: Qeyri-formal yaşayış məntəqələrində yaşayan icmalar iqlim dəyişikliklərinin təsirlərini daha ağır hiss edirlər  

10:53
20 May

Efiopiyanın nümayəndə heyəti "ASAN xidmət"də

10:52
20 May

Azərbaycan və Keniya şəhərsalma sahəsində tərəfdaşlığı gücləndirir

10:49
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!