27 Sentyabr 2025 08:15
599
SİYASƏT
A- A+
Dünya dövlətimizin əzmini və xalqımızın mübarizliyini gördü

Dünya dövlətimizin əzmini və xalqımızın mübarizliyini gördü


Sentyabrın 27-də Azərbaycanın bir neçə əsrlik dövlətçilik salnaməsinin şərəfli səhifəsi olan İkinci Qarabağ müharibəsinin başlanmasının 5-ci ili tamam olur. Ermənistan ordusunun cəbhə xəttində törətdiyi növbəti hərbi təxribatlardan sonra başlanan bu savaş torpaqlarımızın azadlığı uğrunda mücadiləyə hər an hazır olan xalqımızın arzularının ifadəsinə çevrildi.

Qarabağın əzəli və tarixi Azərbaycan torpağı olmasına rəğmən, 30 ilə yaxın bir dövrdə ATƏT-in Minsk qrupu problemin həllindən, BMT qətnamələrinin və digər beynəlxalq sənədlərin tələblərinin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməkdən uzaq oldu. Bununla həm də dolayısı ilə Ermənistanın işğal siyasətinə dəstək verdi. Fransa kimi dünya erməniliyinə evsahibliyi edən dövlətlər hesab edirdilər ki, zaman keçdikcə, nəsillər bir-birini əvəz etdikcə Azərbaycan xalqı ərazilərinin itirilməsi və Qarabağda ikinci erməni dövlətinin yaradılması kimi sərsəm ideya ilə barışacaq. Lakin yanılırdılar. Bu gün dönüb tarixə ekskurs edəndə, atəşkəsin davam etdiyi illərin mənzərəsinə nəzər salanda görürük ki, dövlət və xalq olaraq torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hər zaman hazır olmuşuq.

Ulu Öndər Heydər Əliyev çıxışlarının birində demişdir: "Azərbaycan bu vəziyyətdən çıxacaq. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, qaçqınlar öz yerinə, yurduna qayıdacaqlar və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, inkişaf edəcəkdir".

Ümummilli Lider hələ ötən əsrin 90-cı illərindən aparılan sülh danışıqlarında Azərbaycanın milli maraqlarını qətiyyətlə qorudu, Ermənistanın mənafelərinə xidmət edən bütün təzyiqləri qətiyyətlə dəf etdi. Ulu Öndərin bununla bağlı müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev öz fəaliyyətində torpaqlarımızın işğaldan azad olunmasını, Azərbaycanın ərazi bütövlüyünün bərpasını başlıca məqsəd kimi müəyyənləşdirdi və ərazilərimizdə ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bəyan etdi.

Məlum olduğu kimi, Minsk qrupu və beynəlxalq təşkilatlar hər zaman belə bir fikri təlqin edirdilər ki, problemin həlli yalnız danışıqlar yolu ilə mümkündür. Prezident İlham Əliyev isə sülh danışıqlarına sadiq qalmaqla yanaşı, Azərbaycanın öz ərazilərini işğaldan döyüş yolu ilə azad edə biləcəyini də həmişə açıq şəkildə bildirirdi. Bu məqsədlə ordumuzun döyüş qabiliyyətinin artırılması istiqamətində məqsədyönlü islahatlar həyata keçirildi, müasir silahlar və hərbi texnikalar Silahlı Qüvvələrimizin arsenalına daxil edildi. Ümumiyyətlə, Azərbaycanın inkişafı, ordumuzun qüdrətlənməsi onu deməyə əsas verirdi ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan döyüş yolu ilə torpaqlarını işğaldan azad edəcək. Hələ 2016-cı ilin Aprel döyüşləri bunun ilk işartısı oldu. Həmin vaxt dördgünlük döyüşlər göstərdi ki, Azərbaycan torpaqlarını hərbi yolla işğal etməyə tam hazırdır.

Ermənistanın yürütdüyü destruktiv siyasətin nəticəsi kimi artıq 2020-ci ilin ortalarında sülh danışıqlarının nəticəsiz qaldığı ortada idi. Qarabağda ermənilərin qanunsuz məskunlaşdırılması, qondarma rejim tərəfindən "seçkilər"in keçirilməsi və 2020-ci ilin ortalarında Ermənistanın bizim Tovuz rayonu istiqamətində həyata keçirdiyi hərbi təxribat danışıqlar prosesini tamamilə iflasa uğratdı.

2020-ci il sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edən Prezident İlham Əliyev Ermənistanın iyul təxribatını, Azərbaycana diversiya qrupu göndərdiyini, könüllülərdən ibarət qoşun yaratdığını, Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasiminin keçirildiyini və digər təxribatçı hərəkətləri onun diqqətinə çatdırdı. "Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir" deyən İlham Əliyev başqa bir xəbərdarlığını da etdi ki, əgər Ermənistan hücum etsə, peşman olacaq.

Prezident İlham Əliyev necə demişdisə, elə də oldu. 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı hərbi təxribat törədən Ermənistan elə həmin gündən başlayaraq sözün bütün mənalarında peşman edildi. Təxribatların qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələrnin başlatdığı əks-hücum əməliyyatı ilə torpaqlarımızın işğaldan azad edilməsi prosesi başladı.

Vətən müharibəsi adını alan bu savaş ilk gündən Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş qabiliyyətini dünyaya nümayiş etdirdi. Ordumuz işğalçıların möhkəmləndirilmiş müdafiə mövqelərini döyüşlərin ilk saatlarında keçərək Füzuli və Cəbrayılın 6 kəndini işğaldan azad etdi. İşğalçı Ermənistanın öz ordusu barədə yaratdığı "məğlubedilməzlik" mifi döyüşlərin ilk günündəcə darmadağın olundu.

Vətən müharibəsi 44 gün davam etdi. Bir-birinin ardınca Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Laçın, Xocalı rayonlarının kəndlərinin, Suqovuşan və Hadrut qəsəbələrinin işğaldan azad olunması Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, ordumuzun gücünün, xalqımızın həmrəyliyinin təntənəsinə çevrildi. Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi həm də informasiya savaşında Azərbaycanı qalib etdi. Dövlət başçısının şəhər və rayonların işğaldan azad edilməsi ilə bağlı müjdələri bayrama çevrildi. Qəhrəman hərbçilərinin Ali Baş Komandana etdikləri zəfər məruzələri isə hər birimizi qürurlandırdı. 

Mədəniyyətimizin beşiyi, milli qürurumuzun ünvanı olan Şuşanın azad olunmasından sonra isə Ermənistan rəhbərliyi artıq məğlubiyyətini dərk edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtlərinin ifadəsi olan üçtərəfli Bəyanata imza atdı. Bundan sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsi Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və qətiyyətli siyasətin növbəti təcəssümü oldu.

Torpaqlarımızı Ali Baş Komandanı İlham Əliyev olan Silahlı Qüvvələrimizin əsgərləri, zabitləri, çavuşları, gizirləri azad etdilər. Onlar müharibənin ilk saatlarından öz mübarizlikləri ilə cəsarətin, qəhrəmanlığın, vətənpərvərliyin nümunələrini yaratdılar. Xalqımızın qəhrəmanlıq tarixini öz rəşadətləri ilə zənginləşdirən oğullar bu savaşda canlarını fəda etdilər, müqəddəs şəhidlik zirvəsinə yüksəldilər.

Bu gün şəhidlərimizin ruhu rahatdır. Çünki uğrunda mübarizə apardıqları Vətən torpaqları azaddır, Qarabağda erməni separatizminə son qoyulub, bütün ərazilərimiz üzərində milli suverenliyimiz təmin olunub. Şəhidlərimizin ruhu həm də ona görə rahatdır ki, əmanət qoyub getdikləri doğmalarının yanında qüdrətli Azərbaycan dövləti var.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu tarixin əbədiləşdirilməsi zərurəti ona əsaslanır ki, torpaqlarımızı qanı, canı bahasına işğaldan azad edən, xalqımızın başını ucaldan qəhrəman hərbçilərimizin qanı yerdə qalmayıb. Şəhidlərimizin qisası məhz döyüş meydanında alınıb.

27 Sentyabr Anım Günü həm də xalqımızın mübarizliyini dünyaya bəyan edən bir tarixdir. Çünki məhz həmin tarixdən başlayan Zəfər yürüşünün nəticəsi kimi torpaqlarımız işğaldan azad edilib, Qarabağda erməni separatizminə son qoyulub, ərazi bütövlüyümüz bərpa olunub.


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!