23 Oktyabr 2025 17:39
540
İQTİSADİYYAT
A- A+
Dünya bazarında neftin qiymətinin bahalaşmasının səbəbi iqtisadi deyil

Dünya bazarında neftin qiymətinin bahalaşmasının səbəbi iqtisadi deyil


ABŞ və Avropa İttifaqının oktyabrın 23-də Rusiyaya qarşı tətbiq etdikləri növbəti sanksiyalar paketindən sonra dünya bazarında neftin qiymətində bahalaşma müşahidə edilib.

AZƏRTAC xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rosneft” və “LUKoyl” neft şirkətlərinə və onların törəmə şirkətlərinə qarşı sanksiya paketini açıqladıqdan sonra dünya bazarında “Brend” markalı neftin 1 barelinin qiyməti 3,87 faiz artaraq 65,01 dollara, WTI markalı neftin 1 barelinin qiyməti isə 3,71 faiz artaraq 60,67 dollaradək bahalaşıb.

Kimyəvi tərkibi və keyfiyyətinə görə fərqlənən, nisbətən baha satılan Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti də 1,68 faiz bahalaşaraq 1 barelinin qiyməti 63,45 dollara çatıb.

İlk baxışdan neft qiymətinin bahalaşması bazarın tələb və təklif qanunlarına uyğun olaraq baş verib və təəccüblü deyil. Sanksiyalar nəticəsində dünya bazarına çıxarılan gündəlik neftin həcmi azalıb ki, bunun nəticəsində də qiymətlər artıb. Qış fəslinin astanasında olduğumuzu da nəzərə alsaq tələbin artması da qiymətlərə təsir edib. Lakin ABŞ Maliyyə Nazirliyinin bəyanatı məsələyə başqa rakursdan baxmağa məcbur edir.

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, sanksiyalar Rusiyanın Ukrayna ilə müharibəni davam etdirməsinin qarşısını almaq məqsədilə tətbiq olunur.

Göründüyü kimi, dünya bazarında neftin qiyməti təbii olaraq deyil, yəni bahalaşma hasilatın azalması, nəqliyyat xərclərinin artması, OPEC-in neftin qiymətini sabit saxlamaq istəyi və s. amillərlə bağlı olmayıb, bazara süni müdaxilə olub ki, bu, siyasi xarakter daşıyır.

“Finacial Times” yazır ki, Rusiyanın adı yuxarıda göstərilən iri neft şirkətlərinə sanksiya tətbiq edilməsi prezident Cozef Baydenin dövründə də konqres tərəfindən təklif olunub. Lakin Prezident Bayden ABŞ-ın Avropadakı müttəfiqlərinin maraqlarını və inflyasiyanın yüksəlməməsi üçün qərarı rədd etdi, dünya bazarında neftin qiymətinin sabit qalması təmin olundu.

Prezident Donald Tramp isə başqa cür düşünür. Əvvəla o ABŞ-da neft quyularının açılması və istehsalın artırılmasını və bununla da Avropa dövlətlərinin enerji təhlükəsizliyini təmin etməyi planlaşdırıb. D.Tramp hələ birinci prezidentlik dövründə neft və qaz quyularını açmaq istəyini bildirmişdi. Rusiya-Ukrayna müharibəsi bu istəyi sürətləndirib. Artıq ABŞ Avropaya sıxılmış qaz ixrac edir. Əslində ABŞ Prezidenti Avropadakı müttəfiqlərini deyil, ABŞ-ın gəlirlərini düşünür. Lakin maraqların üst-üstə düşməsi tərəflər üçün faydalı olub.

“ING Group” korporasiyasının eksperti Uorren Patterson bildirib ki, Prezident D.Tramp ambisiyalı siyasətçidir və lazım gəlsə Rusiyaya qarşı sanksiyaları daha da şiddətləndirəcək. Xatırladaq ki, Avropa İttifaqı da Rusiyaya qarşı 40 milyard dollarlıq ticarət məhdudiyyəti tətbiq edib.

Beləliklə, neft qiymətini sanksiyalar yolu ilə artırmaqla ABŞ və Avropa dövlətləri Rusiyaya təzyiqi gücləndirir. Artıq Hindistan və Çin də sanksiyalardan ehtiyat edərək Rusiyadan neft idxalını kəskin azaldıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!