06 Yanvar 2026 12:49
288
CƏMİYYƏT
A- A+
DSX: Ötən ilin dekabr ayında dövlət sərhədini pоzduqlarına görə 19 nəfər saxlanılıb  

DSX: Ötən ilin dekabr ayında dövlət sərhədini pоzduqlarına görə 19 nəfər saxlanılıb  

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2025-ci ilin dekabr ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 19 nəfər saxlanılıb. Onların 6-sı Azərbaycan, 3-ü Pakistan, 2-si Əlcəzair, 1-i Banqladeş, 2-si Əfqanıstan, 1-i İran, 1-i Gürcüstan, 1-i Türkiyə, 1-i İraq, 1-i Cibuti vətəndaşı оlub.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix, möhür və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 74 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində isə hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 359 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilən 579 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 64 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Həmçinin narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 331 kiloqram 53 qram narkоtik vasitə və 1548 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 32 min 289 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Qeyd olunub ki, dövlət sərhədlərimizin еtibarlı mühafizəsi və müdafiəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” keçirilib

18:41
30 Yanvar

RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək  

18:23
30 Yanvar

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib  

18:22
30 Yanvar

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı: 2025–2030-cu illər üçün Dövlət Proqramının strateji baxışı  

18:21
30 Yanvar

Azərbaycan və BƏƏ-nin Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclası keçirilib  

18:20
30 Yanvar

Fəal gənclər mükafatlandırılıblar  

18:19
30 Yanvar

Türkiyənin Ordu şəhərindəki muzeydə Azərbaycan tarixi və Zəfərimizlə bağlı guşələr yaradılacaq  

18:17
30 Yanvar

Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaşların müraicətlərini dinləyib  

18:16
30 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:15
30 Yanvar

İqtisadi Şuranın iclası keçirilib  

18:14
30 Yanvar

Rusiya XİN: İrəvanın dəmir yollarının bərpası ilə bağlı müraciəti nəzərdən keçirilir  

18:13
30 Yanvar

Qiyməti 164 milyon manat olan narkotik vasitələr məhv edilib  

18:12
30 Yanvar

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında

18:09
30 Yanvar

Zelenski: Enerji atəşkəsi dövründə Rusiya ordusu zərbələri logistikaya yönəldib  

17:39
30 Yanvar

Qeyri-neft sektoruna böyük təkan verən infrastruktur: Sumqayıt Sənaye Parkı  

17:23
30 Yanvar

Cahangir Həsənzadə: PSJ ilə müqayisədə, “Nyukasl” “Qarabağ” üçün ən optimal variant idi  

17:03
30 Yanvar

Azərbaycan nümayəndə heyəti Vyetnamın Hoşimin və Vunqtau şəhərlərində olub  

16:58
30 Yanvar

“Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib SƏRƏNCAM  

16:41
30 Yanvar

Misli Premyer Liqasında XVIII tura start verilib  

16:39
30 Yanvar

Kreml Trampın Kiyevə hücum etməmək barədə Putinə müraciət etdiyini təsdiqləyib  

16:38
30 Yanvar

Beynəlxalq Olimpiya Komitəsi MOK-a idmançıların hüquq və vəzifələrindən ibarət bəyannamə göndərib  

16:38
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!