28 İyul 2025 11:02
370
CƏMİYYƏT
A- A+
DSX-nin hərbi hissəsində dini radikalizmin fəsadları mövzusunda tədbir keçirilib  

DSX-nin hərbi hissəsində dini radikalizmin fəsadları mövzusunda tədbir keçirilib  


Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birgə “Dini radikalizmin fəsadları və ona qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, xidmətin şəxsi heyəti, DQİDK-nin nümayəndəsi və din xadiminin iştirakı ilə təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirin keçirilməsinin əsas məqsədi barədə danışılıb, şəxsi heyətə dini radikalizmin mahiyyəti izah olunub, onun milli təhlükəsizliyə və ictimai sabitliyə törətdiyi təhlükələr diqqətə çatdırılıb, eləcə də, gənc hərbi qulluqçular arasında radikal təsirlərə qarşı maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Çıxış edənlər vətənpərvərliyin, milli-mənəvi dəyərlərə sədaqətin, xalqa, dövlətə və Müzəffər Ali Baş Komandana bağlılıq prinsiplərinin DSX-də əsas prioritet olduğunu bildiriblər.

DQİDK-nin nümayəndəsi çıxış edərək dini radikalizmin yaranma səbəbləri, xarici təsirlər və bu meyillərə qarşı aparılan dövlət siyasəti barədə geniş məlumat verib. Qeyd olunub ki, Azərbaycan dünyəvi və tolerant dəyərləri ilə tanınan bir dövlətdir və ölkəmizdə din dövlətdən ayrı olsa da, dinə, dini dəyərlərə yüksək hörmət göstərilir. Lakin bəzi xarici dairələr bu həssas sahədən sui-istifadə edərək radikal düşüncələri yaymağa çalışır və xüsusilə gəncləri hədəf seçirlər. Radikal ideologiyaların yayılması yalnız dini deyil, həm də ictimai sabitliyi pozmağa yönəlmiş təhlükəli tendensiyalardır, onlara qarşı həm hüquqi, həm də mənəvi mübarizə vacibdir.

Yerli din xadimi dini radikalizmin İslam dini ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb, əsl İslamın dinc, ədalətli və mərhəmətli bir din olmaqla, zorakılığı, nifrəti və cəmiyyətə qarşı çıxmağı qəti şəkildə rədd etdiyini diqqətə çatdırıb. İlahiyyatçı, eyni zamanda, gəncləri düzgün dini biliklərə yiyələnməyə, etibarlı mənbələrdən məlumat almağa və dini fanatizmə qarşı ayıq-sayıq olmağa çağırıb.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şəxsi heyəti maraqlandıran suallar cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!