16 Sentyabr 2025 08:05
818
CƏMİYYƏT
A- A+
Dövlətin və xalqın güvənc yeri

Dövlətin və xalqın güvənc yeri


Azərbaycan polisi öz vəzifəsini qətiyyətlə, layiqincə və uğurla yerinə yetirir


Azərbaycanın sabitliyin, təhlükəsizliyin və asayişin etibarlı təmini baxımından regionda və dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən olması faktdır. Dövlətimizin və xalqımızın mənafeyi naminə hər cür rəşadət göstərməyə qadir olan Azərbaycan polisinin, daxili işlər orqanlarının hər bir strukturunun fəaliyyəti göstərir ki, ölkəmiz sosial-iqtisadi inkişafla yanaşı, həm də asayişin, əmin-amanlığın qorunması və cinayətkarlığa qarşı mübarizə sahəsində də liderlər  cərgəsindədir. 


Peşəkarlığın, sayıqlığın və operativliyin nümunəsi


Bu günlərdə Xankəndi şəhərində baş vermiş hadisə bir daha Azərbaycan polisinin peşəkarlığının, daxili işlər orqanları əməkdaşlarının təhlükəsizliyin keşiyində hər an sayıq dayanmalarının möhtəşəm nümunəsi oldu.

Xatırladaq ki, sentyabrın 14-də Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyan yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqçanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.

Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti birgə cinayət işi qaldıraraq əməliyyat-istintaq tədbirləri aparırlar.


Sabitliyin və təhlükəsizliyin keşiyində


Əgər həmin gün xidmətdə olan polis əməkdaşlarının sayıqlığı olmasaydı, yəqin ki, K.Avanesyan terror hadisəsi törədərdi. Lakin polisimizin fədakarlığı nəticəsində o niyyətinə çata bilmədi.

Ümumiyyətlə, Azərbaycan polisi həmişə öz vəzifəsini layiqincə yerinə yetirib, dövlətçiliyin və təhlükəsizliyin keşiyində mətin dayanıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq-mühafizə siyasətinin sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik hər zaman etibarlı şəkildə qorunur. Cinayətkarlıqla mübarizə, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilir, o cümlədən işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik etibarlı şəkildə təmin olunur.

Torpaqlarımızın azad olunması uğrunda mübarizədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bölmələri fədakarlıqla döyüşərək, erməni işğalçıları üzərində şanlı Zəfərin qazanılmasında öz sözlərini dedilər.  44 günlük savaşdan və antiterror tədbirlərindən sonra Azərbaycan polisinin və Daxili Qoşunların fəaliyyətində yeni şərəfli missiya başlayıb. İşğaldan azad edilmiş ərazilərdə ictimai qaydaların və təhlükəsizliyin təmin olunmasında, Böyük qayıdış proqramının uğurlu icrasında, Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsində daxili işlər orqanları şərəfli xidmət həyata keçirirlər.

Əldə olunan uğurlar daxili işlər orqanlarını arxayınlaşdırmır və Xankəndidəki hadisənin qarşısının alınması da göstərir ki, Azərbaycan polisi öz vəzifəsini layiqincə və əzmlə yerinə yetirir. Bu hadisə bir daha təsdiqlədi ki, Ümummilli Lider Heydər Əliyevin əmanəti olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən respublikamızda sabitlik möhkəm qorunur, hər hansı təxribatın, konstitusiyaya zidd hərəkətlərin qarşısı Azərbaycanın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən qətiyyətlə alınır. 

Bəli, güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş respublikamızın daxili işlər orqanları qarşılarında dayanan vəzifənin öhdəsindən uğurla gəlirlər. Dövlətin və xalqın keşiyində dayanan Azərbaycan polisi ictimai sabitliyə təhlükə yaradan istənilən təhdidə qarşı barışmazdır. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!