09 Oktyabr 2025 10:47
536
İQTİSADİYYAT
A- A+
Dövlət Xidmətinin rəisi: CIDC-2025 Azərbaycanın kibertəhlükəsizlik sahəsində mövqeyini daha da möhkəmləndirir  

Dövlət Xidmətinin rəisi: CIDC-2025 Azərbaycanın kibertəhlükəsizlik sahəsində mövqeyini daha da möhkəmləndirir  


CIDC-2025 dövlət qurumlarını, kritik infrastrukturlarını, maliyyə və telekommunikasiya sektorunu, özəl şirkətləri və beynəlxalq tərəfdaşları bir araya gətirən strateji platformadır. Bu platforma Azərbaycanın kibertəhlükəsizlik sahəsində qabaqcıl mövqeyini daha da möhkəmləndirməklə yanaşı, yeni imkanlar və trendlər formalaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general-leytenant İlqar Musayev “Critical Infrastructure Defence Challenge 2025" tədbirinin açılış mərasimində çıxışı zamanı deyib.

XRİTDX rəisi qeyd edib ki, son illər baş verən geosiyasi və texnoloji proseslər informasiya təhlükəsizliyini və kritik infrastrukturların müdafiəsini dövlətlərin milli təhlükəsizlik gündəliyində prioritet mövqeyə gətirib.

“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” bu istiqamətdə yol xəritəsi rolunu oynayır və informasiya məkanında dayanıqlılığın, etibarlılığın təmin olunmasına xidmət edir. CIDC-2025 çərçivəsində kritik informasiya sistemlərinin kibermüdafiə qabiliyyətinin artırılması, böhran vəziyyətlərində idarəetmə ssenarilərinin simulyasiya olunması və yeni texnoloji yanaşmaların tətbiqi həyata keçirilir. Builki proqram iştirakçılara daha geniş imkanlar təqdim edir. Belə ki, iki gün ərzində yerli və xarici ekspertlərin iştirakı ilə 10 təqdimat və 5 panel müzakirəsi keçiriləcək, 60-dan çox şirkətin qatıldığı kibertəhlükəsizlik sərgisi nümayiş etdiriləcək. Həmçinin 360 mütəxəssis üçün ödənişsiz ekspert təlimləri təşkil olunub, “Ağıllı şəhərlərdə kibermüharibə” adlı virtual yarış keçiriləcək. Yarışda 20 yerli və 5 xarici komanda Bakı şəhərinin hava, quru və su sahələrini əhatə edən kritik infrastrukturlar üzərində simulyasiya edilmiş ssenarilər əsasında öz bilik və bacarıqlarını nümayiş etdirəcək”, - deyə xidmət rəisi vurğulayıb.

İlqar Musayev qeyd edib ki, yarış yalnız rəqabət platforması deyil, həm də öyrənmək, təcrübə toplamaq və əməkdaşlığı gücləndirmək üçün mühüm fürsətdir: “CIDC-2025 informasiya təhlükəsizliyi mütəxəssislərinin, dövlət və özəl sektorun, akademik dairələrin və gənclərin bir araya gəldiyi unikal platformadır və ölkəmizin kibertəhlükəsizlik ekosisteminin inkişafına mühüm töhfə verəcək”.

General-leytenant layihənin ərsəyə gəlməsində təşkilat komitəsinə, Avropa Birliyinə, Estoniya Elektron İdarəetmə Akademiyası Fonduna, tərəfdaşlara, sponsorlara, könüllülərə və media nümayəndələrinə təşəkkür edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!