21 Sentyabr 2025 08:45
604
CƏMİYYƏT
A- A+
"Dövlət Suverenliyi Günü bütöv Azərbaycanın Zəfər tarixidir"

"Dövlət Suverenliyi Günü bütöv Azərbaycanın Zəfər tarixidir"


Sentyabrın 19-da "20 sentyabr Dövlət Suverenliyi Günü"  münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı birgə  elmi-nəzəri konfrans keçirib. 

Tədbir  öncəsi  Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək ehtiram ifadə olunub. Vətənpərvərlik ruhlu sərgiyə baxış olub. Torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.  "Dövlət Suverenliyi Günü bütöv Azərbaycanın Zəfər tarixidir" mövzusunda film nümayiş etdirilib. 

Konfransı açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, "20 sentyabr Dövlət Suverenliyi Günü"  Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malikdir.  XX əsrin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət ölkəmizin suverenliyini ciddi şəkildə pozmağa yönəlmişdi. Ermənistan silahlı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal edərək, 30 ildən artıq müddətdə orada etnik təmizləmə apardı, şəhər və kəndləri yerlə-yeksan etdi, tarixi və mədəni abidələri dağıtdı. Xocalı soyqırımı isə bu siyasətin ən dəhşətli cinayət nümunəsi oldu. Beynəlxalq ictimaiyyət həmin əraziləri hər zaman Azərbaycanın suveren torpaqları kimi tanısa da, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası istiqamətində aparılan uzunmüddətli danışıqlar nəticəsiz qaldı və Ermənistan sülh prosesinə səmimi yanaşmadığını açıq şəkildə göstərdi. 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi baş versə də, münaqişənin həlli ilə bağlı real addımlar atılmadı. Yeni hökumət əvvəlki hakimiyyətlərin təcrübəsini davam etdirərək, vaxt uzatma taktikasına üstünlük verdi. Azərbaycanın və vasitəçilərin bütün sülh təklifləri rədd edildi, hətta danışıqların əvvəldən başladılacağı bəyan olundu. Bu qeyri-konstruktiv mövqe qarşısında Azərbaycan susqun qala bilməzdi. 2020-ci ilin sentyabrında Ermənistanın başladığı genişmiqyaslı hərbi təxribat isə vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan Ordusu bu dəfə qətiyyətli cavab verdi və İkinci Qarabağ müharibəsində 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Nəticədə işğal altındakı torpaqlarımızın böyük hissəsi azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonları isə 2020-ci ilin sonuna qədər tamamilə boşaldıldı. Azərbaycan bununla da öz gücü ilə beynəlxalq hüququn və BMT qətnamələrinin icrasını təmin etdi.

Müharibədə məğlubiyyətə uğrayan Ermənistan və onun dəstəklədiyi qondarma Dağlıq Qarabağ rejimi sülh prosesinə qoşulmaqdan imtina etdi. Halbuki həmin qurum beynəlxalq hüquq normalarına görə, qeyri-qanuni idi və heç bir dövlət tərəfindən tanınmırdı. Azərbaycanın suveren ərazilərində belə bir separatçı rejimin mövcudluğu qəbul edilə bilməzdi. 10 noyabr 2020-ci il Bəyanatı bölgədə yeni vəziyyət yaratdı. Ermənistanla Qarabağdakı separatçılar arasında əlaqə yalnız Azərbaycan ərazisindən - Laçın dəhlizi vasitəsilə təmin edilməli idi. Lakin ermənilər bu dəhlizdən sülh naminə istifadə etmək əvəzinə, silah-sursat daşınmasına yönəldilər. Atəşkəs dəfələrlə pozuldu, təhlükəsizlik davamlı təhdid altında saxlanıldı. Qondarma rejim militarist bəyanatlarla çıxış edərək, Azərbaycan dövlətinin səbrini sınamağa çalışdı.

Azərbaycan 2023-cü ildə qətiyyətli addım ataraq bu vəziyyətə son qoydu. Aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi yaradıldı. Bu, suverenliyin təmin olunması baxımından böyük uğur idi və ən önəmlisi, heç bir hərbi əməliyyata ehtiyac qalmadan əldə edildi. Beləliklə, Azərbaycan bütün beynəlxalq tanınmış sərhədlərində öz hakimiyyətini tam şəkildə bərqərar etdi.

2023-cü ilin sentyabrında bölgədə Ermənistan silahlı birləşmələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq və ərazilərimizin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən antiterror tədbirləri həyata keçirildi. Bu əməliyyat yalnız hərbi baxımdan deyil, həm də strateji və siyasi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edirdi, çünki uzun illər boyu işğal altında qalan ərazilərdəki qanunsuz hərbi fəaliyyət Azərbaycan dövlətçiliyinin və suverenliyinin əsasına birbaşa təhdid yaratmışdı. Əməliyyat 23 saat 43 dəqiqə davam etdi və yüksək peşəkarlıq, dəqiqlik və planlı hərbi strategiya ilə həyata keçirildi. Qısa müddət ərzində bölgədə yerləşdirilmiş qanunsuz hərbi birləşmələr tamamilə tərksilah edildi, onların strateji mövqeləri və nəzarət etdiyi ərazilər Azərbaycan dövlətinin hakimiyyətinə qaytarıldı. Bu, yalnız hərbi nailiyyət deyil, həm də uzun illər boyu davam edən işğalın, separatizmin və qeyri-qanuni rejimlərin yaratdığı təhlükənin aradan qaldırılması demək idi. Əməliyyatın ən önəmli siyasi nəticələrindən biri isə qondarma Dağlıq Qarabağ rejiminin özünü buraxdığını rəsmi şəkildə elan etməsi oldu. Bu hadisə Azərbaycanın ərazilərində dövlət hakimiyyətinin tam bərpası anlamına gəlirdi və bölgədə uzun illərdir davam edən qeyri-qanuni hərbi strukturun ləğv edilməsi ilə nəticələndi. Beləliklə, Azərbaycan dövlətinin suverenliyi yalnız kağız üzərində deyil, reallıqda bütün ərazilərdə tam təmin edildi. Dövlətin konstitusiya quruluşu bərpa olundu, hüquqi və siyasi sferada suverenliyi qorunmuş oldu, həmçinin beynəlxalq aləmdə Azərbaycanın mövqeyi daha da möhkəmləndi. Bu əməliyyat həm də Azərbaycanın tarixi ərazi bütövlüyünü bərpa etməsi, xalqın milli iradəsinin gücünü nümayiş etdirməsi və gələcəkdə belə təxribatların qarşısının qətiyyətlə alınması üçün əhəmiyyətli bir nümunə oldu. Qısa müddət ərzində əldə olunan bu nailiyyət həm də bölgədə sabitliyin bərqərar olunmasına, yerli əhalinin təhlükəsizliyinin təmin edilməsinə və Azərbaycan dövlətçiliyinin davamlı inkişafına zəmin yaratdı. Prezident İlham Əliyevin dediyi kimi: "Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır".

Azərbaycanın tarixi yolunda yeni mərhələ isə 2024-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla 20 sentyabr Dövlət Suverenliyi Günü kimi təsis olundu. Bu gün müstəqillik uğrunda yüzilliklər boyu aparılan mübarizənin, ərazi bütövlüyünün bərpasının və xalqın milli iradəsinin rəmzi olaraq təqvimə daxil edildi. Dövlət Suverenliyi Gününün təsis olunması Azərbaycanın 1991-ci ildən bəri keçdiyi çətin və şərəfli yolun məntiqi yekunu hesab olunur. Bu tarix həm 2020-ci ildəki böyük Qələbənin, həm də 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərinin kulminasiya nöqtəsini simvolizə edir. Eyni zamanda XXI əsrdə Azərbaycan dövlətinin müstəqilliyinin daha da möhkəmlənməsini və suverenlik ideyasının tam reallaşmasını əks etdirir. Prezident İlham Əliyevin 2024-cü ilin dekabrında imzaladığı Sərəncamla 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi isə dövlətçilik tariximizdə xüsusi yerə malikdir. Bu qərar həm konstitusiyanın, həm də suverenliyin milli həyatımızdakı əhəmiyyətini bir daha nümayiş etdirir və onları inkişaf modelimizin əsas dayaqları kimi təqdim edir. Suverenliyin möhkəmlənməsi dövlətlərin beynəlxalq aləmdə tanınması və mövqeyinin güclənməsi üçün əsas şərtlərdəndir. Konstitusiya isə dövlətin hüquqi-siyasi əsaslarını müəyyənləşdirərək milli kimliyi təsdiqləyir. 

Konfransda YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev "Suveren Azərbaycan - Heydər Əliyev ideyalarının zəfəridir",  MDU Təhsil fakultəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Aygün Qədirova "Dövlət Suverenliyi Günü dövlətimizin gələcək inkişaf yolunun simvoludur", Mingəçevir şəhər 9 saylı tam orta məktəbin direktoru Seymur Məhərrəmov  "Suverenliyimizin tam bərpası ölkəmizin qarşısında yeni imkanlar açır", İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın Gənclərin çağırışaqədərki  hazırlıq rəhbəri, Vətən müharibəsi və antiterror əməliyyatı iştirakçısı Elçin Teymurov "Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixin ən şanlı mərhələsini yaşayır" mövzularında məruzələrlə çıxış ediblər. 

Konfransa yekun vuran İlham İsmayılov bir daha təbriklərini çatdıraraq dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanımızın daha da qüdrətlənəcəyinə əminliyini ifadə edib.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!