22 Oktyabr 2025 18:08
569
CƏMİYYƏT
A- A+
Dövlət Komitəsində Serbiyanın ailə rifahı və demoqrafiya naziri ilə görüş olub  

Dövlət Komitəsində Serbiyanın ailə rifahı və demoqrafiya naziri ilə görüş olub  


Oktyabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiyanın ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç ilə görüş keçirib.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Azərbaycan və Serbiya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, iki ölkə arasında əməkdaşlıq müxtəlif sahələrdə, o cümlədən ailə, qadın və uşaq məsələləri istiqamətində qarşılıqlı maraqlara əsaslanır.

Bahar Muradova ölkəmizdə həyata keçirilən ailə siyasəti, qadınların sosial və iqtisadi baxımdan gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, həmçinin qanunvericilik sahəsində Azərbaycanda son illər aparılan islahatlardan danışıb. Vurğulanıb ki, erkən evliliklərin qarşısının alınması və yaxın qohumlar arasında nikahların məhdudlaşdırılması ilə bağlı edilən dəyişikliklər beynəlxalq müstəvidə də maraqla qarşılanıb: “Bu dəyişikliklər uzun illərdir mövcud olan problemlərin həlli üçün real imkanlar yaradır. Mövcud qanunvericilik çərçivəsi ailə siyasətinin həyata keçirilməsində və proseslərin idarə olunmasında mühüm rol oynayır”, – deyə o əlavə edib.

Dövlət Komitəsinin sədri Serbiya dövlətinin ailə institutuna göstərdiyi dəstək tədbirləri ilə tanış olduğunu bildirib və bu sahədə Serbiyanın təcrübəsini yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycanın bu təcrübəni öyrənmək və tətbiq etmək niyyəti var.

Serbiyanın ailə rifahı və demoqrafiya naziri Azərbaycanın qeyd edilən sahələrdə əldə olunan nailiyyətlərin və təcrübənin ölkəsi üçün də marağını diqqətə çatdıraraq, gələcəkdə birgə layihələrin və ekspert mübadiləsinin həyata keçirilməsinin vacibliyini bildirib.

Nazir qeyd edib ki, ailələrin iqtisadi gücləndirilməsi, uşaqların zorakılıqdan müdafiəsi, sosial siyasət sahəsində layihələrin həyata keçirilməsi, eləcə də institusional mexanizmlərin təkmilləşdirilməsi və qanunvericilik sahəsində aparılan islahatlar Serbiya hökumətinin prioritet istiqamətlərindəndir. O, həmçinin beynəlxalq təşkilatlarla birgə həyata keçirilən proqramlar haqqında məlumat verərək, bu təşəbbüslərin ailələrin sosial rifahının artırılmasına, qadınların və uşaqların müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Görüş tərəflərin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi və qarşılıqlı səfərlərin təşkili istiqamətində müzakirələrlə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!