29 May 2025 16:39
416
CƏMİYYƏT
A- A+
Dövlət Komissiyası: Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və əhalinin bu sahədə maarifləndirilməsi davam etdirilir  

Dövlət Komissiyası: Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və əhalinin bu sahədə maarifləndirilməsi davam etdirilir  

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair Dövlət Proqramı”nın icrasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu müasir informasiya texnologiyalarının imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görüb, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilib, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.

AZƏRTAC xəbər verir ki, 2024-cü ildə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının cəlb edilməsi ilə ümumilikdə 183 tədbir həyata keçirilib. Bu tədbirlər sırasında 95 maarifləndirici və təşkilati tədbir, 71 təlim, 6 sosial layihə, 5 intellektual müsabiqə, 1 marafon və televiziya kanalında 5 verilişdə iştirak yer alıb.

Cari ilin yanvar-aprel ayları ərzində “802” qaynar xəttinə ümumilikdə 292 vətəndaş müraciəti daxil olub. Bu müraciətlərin 33-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 26-sı narkotik asılılıqdan müalicə, 233-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 59 məktub ünvanlanıb.

Mayın 29-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi, 101A ünvanında yerləşən “Bakı Neft Maşınqayırma Zavodu” MMC-nin inzibati ərazisində 2 min 397 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul olunmuş 5 ton 94 kiloqram 323.346 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, o cümlədən 1 ton 442 kiloqram 168.579 qram heroin, 2 ton 947 kiloqram 146.882 qram marixuana, 280 kiloqram 746.124 qram tiryək, 26 kiloqram 259.599 qram həşiş, 1 kiloqram 803.286 qram kokain, 396 kiloqram 107.793 qram və 4 min 183 ədəd psixotrop həblər və 8 min 644 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib. Məhv edilən narkotik vasitələrin “qara bazar” qiyməti 164 milyon manat təşkil edir.

Cari ilin ilk 4 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə mübarizə sahəsində 2 min 992 fakt aşkar olunub. Bu faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 593 kiloqram 000.402 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib. Həmçinin qeyd olunan dövrdə 4 min 263 ədəd metadon və 2 min 578 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb. Müsadirə olunan narkotik vasitələrin 140 kiloqram 727.95 qramı heroin, 60 kiloqram 688.812 qramı tiryək, 30 kiloqram 822.838 qramı həşiş, 21 kiloqram 378.121 qramı digər narkotik vasitələr, 68 kiloqram 104.632 qramı isə psixotrop maddələr təşkil edib.

Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı 1499 nəfər təşkil edib. Onlardan 33-ü xarici ölkə vətəndaşlarıdır.


Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü il dekabrın 31-nə respublika üzrə narkomaniya, narkotik maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları ilə əlaqədar dispanser nəzarətində olanların sayı 40 min 490 nəfər olub. Onlardan 20 min 182-si opioidlərin, 8 min 611-i kannabioidlərin, 11 min 697-si bir neçə narkotik maddəni eyni zamanda qəbul etdiyi üçün psixikası və davranışı pozulmuş şəxslərdir. Bu şəxslərdən 1005-i qadındır.


Hesabat ilində dispanser nəzarətinə müvafiq diaqnozla 4 min 967 nəfər götürülüb, 1136 nəfər isə nəzarətdən çıxarılıb.


Eyni zamanda, “802 Qaynar Xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair qrafik üsulla hazırlanmış yeni videoçarx, narkomaniyanın zərərləri barədə “Narkotik beyində silinməz izlər buraxır”, “Narkotik sərhədsiz fəlakətdir” adlı və digər sosial çarxların paytaxtın küçə və prospektlərindəki elektron lövhələrdə nümayişi, eləcə də televiziya kanallarında yayımı təmin edilib.


Dövlət Komissiyası narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni və əhalinin bu sahədə maarifləndirilməsini bundan sonra da davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!