10 May 2024 10:15
512
Mədəniyyət
A- A+

"Dostluğun siması" sənədli filminin və "Heydər Əliyev - Gürcüstan" kitabının təqdimatı olub

 

AMEA-nın Rəyasət Heyətində Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş, Gürcüstanın "Dalğa" televiziyasının və "ERA" film studiyasının birgə ərsəyə gətirdiyi "Dostluğun siması" sənədli filminin və "Heydər Əliyev - Gürcüstan" kitabının təqdimat mərasimi keçirilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə və dünyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş silsilə tədbirlərin keçirildiyini, bu təqdimat mərasiminin də Ulu Öndərin əziz xatirəsinə ithaf edildiyini bildirib.
Ulu Öndərin dünyada sülhün qorunmasına və təhlükəsizliyin təmin edilməsinə misilsiz töhfələr verdiyini deyən AMEA rəhbəri dahi liderin Qafqazda həyata keçirdiyi siyasətin təməlində birliyin və əmin-amanlığın dayandığını söyləyib.
Prezident İlham Əliyevin Ümummilli Liderin ideallarını inkişaf etdirərək və daha da zənginləşdirərək ölkəmizi dünyada söz sahibi olan dövlətlərdən birinə çevirdiyini deyən İ.Həbibbəyli bugünkü Azərbaycanın uğurlarının təməlində dahi liderin arzularının dayandığını vurğulayıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin liderliyində hər birimizin arzusuna çevrilmiş Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub, bütün ölkə ərazisində Dövlət bayrağımız ucaldılıb.
Ümummilli Liderin həm də Azərbaycana dost və etibarlı tərəfdaşlar qazandırdığını deyən AMEA rəhbəri bunların içərisində Gürcüstanın xüsusi yer tutduğunu söyləyib. Qeyd edib ki, müasir dövrdə bu dostluğun təməllərini Ümummilli Lider Heydər Əliyev və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadze atıb və hər iki lider "Qafqaz evi"nin yaranmasına və daim qorunmasına çalışıb. 
Əməkdar jurnalist Şahismayıl Şəmmədoğlunun müəllifi olduğu "Heydər Əliyev - Gürcüstan" kitabını və ssenari müəllifliyi ilə çəkilən "Dostluğun siması" sənədli filmini yüksək qiymətləndirən İ.Həbibbəyli filmdə gürcü ziyalıların Ulu Öndər haqqındakı ali fikirlərinin iki ölkə arasındakı bugünkü münasibətlərin göstəricisi olduğunu bildirərək kitabın və sənədli filmin elmi əhəmiyyətini diqqətə çatdırıb.
Gürcüstan Stateji Araşdırmalar Mərkəzinin sədri Levan Mamaladze "Heydər Əliyev və Gürcüstan" filminin əhəmiyyətindən bəhs edib. Ümummilli Lider Heydər Əliyevin siyasətinin Prezident 
İlham Əliyev tərəfindən uğurla aparıldığını, ölkənin ərazi bütövlüyünün bərpa edilməsinin bütün dünya, o cümlədən Gürcüstan üçün unikal nümunə olduğunu vurğulayan Levan Mamaladze bu tarixi hadisələrin ümumilikdə Qafqaz üçün əhəmiyyətindən danışıb.
Digər çıxış edənlər Azərbaycan-Gürcüstan əlaqələrindən, Ulu Öndərin Qafqaz siyasətindən danışıb, filmin və kitabın ərsəyə gəlməsini yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra ssenari və ideya müəllifi, həmçinin prodüseri Şahismayıl Şəmmədoğlu, quruluşçu rejissorları isə Elnur Vəlizadə və Georgi Toradze olan "Dostluğun siması" sənədli filmi nümayiş etdirilib.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video