20 Avqust 2025 08:05
1017
SİYASƏT
A- A+
Donald Tramp Avropa liderlərinə dərs keçdi

Donald Tramp Avropa liderlərinə dərs keçdi


ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda Avropa liderləri ilə keçirdiyi görüş dünyada müzakirə mövzusu olaraq qalır. 

Ukrayna lideri Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron,  İtaliyanın Baş naziri Corcia Meloni, Niderlandın Baş naziri Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin də iştirak etdikləri görüşdə əsas müzakirə mövzusu Rusiya-Ukrayna savaşının dayandırılması istiqamətində vacib qərarların qəbul edilməsi olub. Bu görüşdə aparılan müzakirələr, tərəflər arasında razılaşdırılan məsələlərlə bağlı müxtəlif fikirlər, rəylər səsləndirilir. 

ABŞ Prezidenti Donald Tramp isə bu savaşı dayandırıb özünün də dediyi kimi cənnətə düşmək istəyir. "Fox News"a telefon müsahibəsində D.Tramp bildirib ki, əsas məqsədi müharibələri dayandırmaq və minlərlə insanın həyatını xilas etməkdir.

Qeyd edək ki, onun diplomatik səyləri sayəsində Hindistanla Pakistan arasında ciddi münaqişənin genişlənməsinin və nüvə müharibəsinin qarşısı alınıb. Həmçinin avqustun 8-də Ağ Evdə Azərbaycanla Ermənistan arasında aparılan sülh sazişinin mətni paraflanıb.  

Avropa liderləri ilə keçirilən görüşlə bağlı yayılan fotoşəkillərə diqqət etdikdə isə maraqlı məqam ortaya çıxıb. Donald Tramp özlərini lider adlandıran, "qoca qitə"ni idarə edən rəhbərləri, prezidentləri qarşısında oturdub onlara dərs keçir. Bu həmin liderlərdir ki, ABŞ-dəki sonuncu prezident seçkilərində Donald Trampı deyil, demokratların namizədlərinə dəstək vermişdilər. D.Tramp da, əlbəttə ki, bunu çox yaxşı başa düşür və xatırlayır da...

İndi həmin siyasətçilər Trampdan dəstək istəyirlər. ABŞ Prezidenti isə öz ampluasında qalaraq boynubükük liderlərə yol göstərir. 

Bu, əlbəttə ki, Avropa siyasi elitasının çöküşüdür. 

Bu, "qoca qitə"nin lider böhranı yaşadığının əyani təzahürüdür. Amma gəlin iki həftə öncə Ağ Ev liderinin İlham Əliyev və Nikol Paşinyanla keçirdiyi görüşlərə diqqət edək. Dünyanın ən güclü dövlətinin rəhbəri Azərbaycan Prezidentini böyük və güclü lider adlandırır. Həmçinin deyir ki, İlham Əliyevlə işləmək şərəfdir.

Bu fikirlər təkcə diplomatik kompliment deyil, həm də Azərbaycan Prezidentinin beynəlxalq legitimliyinin ABŞ səviyyəsində rəsmən təsdiqidir. 

Bu, İlham Əliyevin regional təhlükəsizlik memarı kimi qəbul edildiyini göstərir.

Bu fikirlər bir daha təsdiq edir ki, Donald Tramp Azərbaycan Prezidentini dünyanın qlobal liderlərindən biri kimi qəbul edir. 

Cəmi bir fakt reallığı əks etdirir - dünya kimin əsl lider, kimin maskalanmış siyasətçi olduğunu aydın şəkildə görür və tanıyır.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!