22 İyun 2025 08:55
832
İQTİSADİYYAT
A- A+
Doğma yurd, rahat ev, daimi iş

Doğma yurd, rahat ev, daimi iş


Qarabağ və Şərqi Zəngəzura köçürülən sakinlərin məşğulluğunu təmin etmək üçün ƏƏSMN tərəfindən ardıcıl tədbirlər görülür


"İşğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq proqramları daim genişlənir. Doğma yurd yerlərinə qayıdan sakinlərin dayanıqlı məşğulluğunun təmin olunmasına xidmət edən bu proqramların icrasında işəgötürənlərlə sıx əməkdaşlıq həyata keçirilir".

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli nazirlikdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir qrup işəgötürənlə keçirilən görüşdə bildirib. Nazir müavini həmçinin Qarabağ və Şərqi Zəngəzurda sakinlərin işlə təminatı ilə yanaşı, onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilməsi, özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlarının qurulması işlərinin aparıldığını qeyd edib.

Görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azərbaycan Hava Yolları" QSC, "Təmiz Şəhər" ASC, "Azərişıq" ASC, "Azərenerji" ASC, SOCAR, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Ağdam, Füzuli və Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, Laçın rayonunda, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında, eləcə də Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak ediblər.

Görüşdə işğaldan azad olunan bölgələrdə sakinlərin məşğulluqlarının təmin olması sahəsində işəgötürənlərlə birgə görülmüş işlər və bu sahədə qarşıda duran vəzifələr müzakirə olunub. Bildirilib ki, bu istiqamətdə görülən işlərin sayəsində Xocalı şəhəri və Xocalının Ballıca kəndinə köçürülmüş sakinlərdən artıq 351 şəxs məşğulluq tədbirlərinə cəlb edilib. Onlardan 333 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən rayona köçürülmüş sakinlərdən 71 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 18 sakin isə peşə kurslarına cəlb olunub.

Bununla yanaşı, daha bir qrup sakinin məşğulluğuna dəstək verilməsi üçün müəyyən işlər aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyənləşdirilir.

Nazirlikdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüşdə isə Rəqəmsal İnkişaf və Nəqliyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Müdafiə nazirlikləri, Dövlət Sərhəd Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə, Mənzil İnşaatı Dövlət, Azərbaycan Avtomobil Yolları Dövlət, İqtisadi Zonaların İnkişafı agentlikləri, "Polat Yol Yapı Sanayi ve Ticaret Anonim Şirketin"in ölkəmizdəki filialı və "Körpü-Bina-Tikinti" MMC-nin nümayəndələri iştirak ediblər.

Nazir müavini Vüsal Nəsirli Böyük qayıdışa dair dövlət proqramının icrası sayəsində görülən işlərin mühüm bir istiqamətinin işğaldan azad olunmuş ərazilərə  köçürülən sakinlərin məşğulluğunun təmin edilməsi olduğunu deyib. Bu məqsədlə aktiv məşğulluq proqramlarının icrasında işəgötürənlərlə sıx əməkdaşlığın mühüm rolu tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Görüşdə işğaldan azad edilən bölgələrimizdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olması sahəsində görülmüş işlər barədə görüş iştirakçılarına ətraflı məlumat verilib, bu istiqamətdə görülən tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması məsələləri nəzərdən keçirilib.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!