28 Oktyabr 2025 17:31
653
CƏMİYYƏT
A- A+
Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıblar  

Diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıblar  


ADA Universiteti, onun nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu və Xarici İşlər Nazirliyi tərəfindən “Xəzər Hövzəsi Araşdırmalar Proqramı” çərçivəsində birgə təşkil olunan sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə fəaliyyət göstərən xarici diplomatlardan bir qrupuna “Azərbaycanda məcburi köçkünlər probleminin həlli - uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə oxuyub.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Komitə sədrinin müavini Ermənistanın vaxtilə Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qalması, onların uzun illər yarımçıq binalarda, zirzəmilərdə, yataqxanalarda ağır və dözülməz şəraitdə məskunlaşması barədə məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı kompleks və məqsədyönlü dövlət siyasəti müəyyənləşdirilib. Həmin kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması sahəsində davamlı tədbirlər görülür. Birinci vitse-prezident Mehriban Əliyeva da qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi diqqət və həssaslıqla yanaşır, onların rifahının yüksəldilməsinə təsirli dəstək göstərir.

Məruzədə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi hazırda dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər yalnız daxili sabitliyə deyil, bütün regionda təhlükəsizliyə və əmin-amanlığa mühüm töhfə verir. Böyük Qayıdış prosesi ölkənin sosial-iqtisadi inkişaf strategiyasında əsas istiqamət kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yer alıb.

Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bununla yanaşı, köç prosesinin səmərəli təşkili və köçkünlərin maarifləndirilməsi məqsədilə təbliğat-təşviqat işlərinin aparılması, xüsusi qaynar xətt xidmətinin yaradılması və reinteqrasiya tərbirləri Böyük Qayıdışa dair I Dövlət Proqramının prioritetləri sırasındadır.

Bildirilib ki, Ermənistan uzun illər işğalda saxladığı Azərbaycan ərazilərini kütləvi şəkildə mina ilə çirkləndirib və bu da Böyük Qayıdış prosesinə ciddi maneələr yaradır. Azərbaycan bu məsələnin beynəlxalq müstəvidə həllinə çalışır.

Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli deyil, həm də postmünaqişə dövründə reabilitasiya və reinteqrasiya sahəsində dünya miqyasında nümunəvi bir model formalaşdırmaqdadır.

Eyni zamanda, hazırda Azərbaycan və Ermənistan arasında sülh və barışığın əldə edilməsi üçün ciddi addımlar atıldığı, bu ilin avqustunda ABŞ-da Prezident Trampın təşəbbüsü ilə hər iki dövlətin liderlərinin sülhün əldə olunması istiqamətində Birgə Bəyannamə imzaladığı, bölgənin yeni münasibətlər mərhələsinə qədəm qoyduğu vurğulanıb.

Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Böyük Qayıdışı tərənnüm edən film və videoçarxlar nümayiş etdirilib.

Tədbirin sonunda sədr müavini Fuad Hüseynov iştirakçıların qayıdış prosesi və dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlı suallarını ətraflı şəkildə cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!