14 İyul 2025 16:01
612
CƏMİYYƏT
A- A+
Diplomatik korpusun nümayəndələri üçün “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə dair təqdimat keçirilib  

Diplomatik korpusun nümayəndələri üçün “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə dair təqdimat keçirilib  


Bakıdakı diplomatik korpusun nümayəndələri üçün “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə dair təqdimat keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, məqsəd COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü və KOB-ların yaşıl keçidini təşviq edən Bakı İqlim Koalisiyası barədə səfirlikləri məlumatlandırmaq və daha çox ölkənin bəyannaməyə qoşulmasını təşviq etməkdir.

Xarici İşlər Nazirliyinin dəstəyi və KOBİA-nın təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri üçün Bakı İqlim Koalisiyasına dair təqdimat keçirilib. “KOB-lar üçün Bakı İqlim Koalisiyası: yaşıl ideyadan fəaliyyətə” mövzusuna həsr olunmuş tədbirdə Azərbaycanda fəaliyyət göstərən 60-a yaxın ölkənin səfiri və diplomatik korpusun əməkdaşları iştirak ediblər.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq səviyyədə əməkdaşlığın önəmi, 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində irəli sürülən təşəbbüslər və bu tədbirin tarixi nəticələri barədə fikirlərini bölüşüb. Daha çox ölkənin KOB-lara cavabdeh qurumlarının Bakı İqlim Koalisiyasını dəstəkləyəcəyinə əminliyini vurğulayıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılmasını təklif edən bəyannamə ilə bağlı əldə olunan nəticələr, eləcə də sənədin təşviqi istiqamətində KOBİA tərəfindən həyata keçirilən yerli və beynəlxalq fəaliyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, artıq sözügedən bəyannaməyə 20 beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub.

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev “KOB-ların yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin məqsəd və hədəflərinə, bəyannamədə nəzərdə tutulan tədbirlərə dair təqdimatla çıxış edib.

Qeyd olunub ki, bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün institusional və yumşaq həllər təklif olunur. Yumşaq həllər olaraq bu sahədə KOB subyektlərinin bilik və bacarıqların artırılması məqsədilə təlim, seminar, ən yaxşı təcrübələrin mübadiləsi və s. kimi müəyyən edilib. İnstitusional olaraq isə bəyannaməyə qoşulan ölkələrdə Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılması nəzərdə tutulur. Belə ki, hər bir ölkədə yaradıla biləcək sözügedən mərkəzlərin rolu milli səviyyədə KOB-ların qarşılaşdığı problemlər barədə məlumatların toplanılması, təhlili və qlobal təcrübəni nəzərə alaraq konkret addımların müəyyən edilməsindən, o cümlədən texniki, ekspert və digər dəstəyin təmin edilməsindən ibarət olacaq.

Sonra xarici diplomatik korpusun əməkdaşlarının müvafiq sənədlə bağlı sualları cavablandırılıb.

Tədbir iştirakçıları, həmçinin sahibkarlara vahid məkanda G2B və B2B xidmətlərin göstərildiyi və 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən qabaqcıl innovativ təcrübə kimi qiymətləndirilmiş KOB evi modeli ilə əyani tanışlıq üçün “Bakı KOB evi” ilə tanış olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!