18 Aprel 2023 00:48
685
Səhiyyə
A- A+
Diabet bütün bəşəriyyət üçün qlobal təhlükədir

Diabet bütün bəşəriyyət üçün qlobal təhlükədir

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatında şəkərli diabet dünya əhalisi arasında sürətlə yayılmasına görə XXI əsrin qeyri-infeksion epidemiyası kimi tanınır. Harada yaşamasından - Şərqdə və ya Qərbdə, dilindən, cinsindən, irqindən, milliyyətindən, dini mövqeyindən, varlı və ya kasıb olmasından asılı olmayaraq "şəkər" bütün insanların tutula biləcəyi bir xəstəlikdir. Şəkərli diabet xroniki, son dərəcə "bahalı" bir xəstəlikdir və ortaya çıxan bir sıra fəsadlarla müşayiət olunur və ailələr, ölkələr və bütövlükdə dünya üçün ciddi təhlükə yaradır ki, bu da xəstəliyin kəskin sosial əhəmiyyətindən xəbər verir.
Şəkərli diabet qədim zamanlardan məlumdur. Bəşəriyyət diabet haqqında 3,5 min ildir ki, məlumatlıdır. Bu xəstəliyi təsvir edən ilk traktat - qədim misirlilərin tibbi ensiklopediyası olan Misir papirusu Ebers eramızdan əvvəl 1500-cü ilə aiddir. Qədim Yunanıstanın və Romanın məşhur həkimləri bu sirli xəstəlik haqqında yorulmadan düşünürdülər. Təbib Areteus bu xəstəliyə "diabet" adını qoymuşdur - yunanca "axıram, keçirəm" mənasını verir. 
Hər il noyabrın 14-də Ümumdünya Diabet Günü qeyd olunur. Onun məqsədi diabet haqqında qlobal məlumatlılığı artırmaqdan - dünyada artan insidentlər və diabetin qarşısının alınmasından ibarətdir. Bu tarix təsadüfən seçilməyib - kanadalı həkim və fizioloq Frederik Bantinq bu gün anadan olmuşdur. O, Con Makleod və Çarlz Bestlə birlikdə insulini kəşf etmiş, onu öz üzərlərində sınaqdan keçirmişlər və buna görə 1923-cü ildə Nobel mükafatına layiq görülmüşlər. Onlar patenti bir dollara Toronto Universitetinə satmışdılar və nəticədə dünyada bütün diabet xəstələri ondan yararlanıb şəfa tapmışlar. Bu gün insulin praktiki olaraq diabet xəstəsinə xəstəliyi unutmağa imkan verir. 
İnsan uzun müddət xəstə olduğundan xəbərsiz ola da bilər ki, bu da nəticə etibarilə onun proqressivləşməsinə və xəstəliyin ağırlaşmalarına səbəb olur. 
COVID-19-un yayılması kontekstində şəkərli diabet və koronavirusun birləşməsinin insan həyatı üçün təhlükə yaratdığını xatırlayırıq. Diabetli xəstələr COVID-19-a yoluxduqları təqdirdə ciddi fəsadların inkişaf riski əhəmiyyətli dərəcədə yüksək olmuşdur.
Klinik müşahidələr koronavirus və diabetin qarşılıqlı təsirini ortaya çıxarmışdır. Şəkərli diabetin mövcud olması COVID-19 xəstələrində ölümə qədər ciddi ağırlaşma riskinin artması deməkdir. Statistika göstərir ki, koronavirusdan ölənlərin 20-30 faizi şəkərli diabetdən əziyyət çəkənlər idi.
2030-cu ilə qədər diabetin bütün dünyada ölümün ilk on səbəbi arasında yer alacağı proqnozlaşdırılır. Statistik məlumata görə, son 20-30 il ərzində bütün ölkələrdə şəkərli diabet xəstələrinin sayı dayanmadan artır və artmaqda davam edir. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər təşkil edirdisə, hazırda bu rəqəm 537 milyondur. Federasiyanın hesablamalarına görə, bu tendensiya dayandırılmasa, 2030-cu ilə qədər dünyada bu insanların sayının 578 milyon nəfərə, 2040-cı ilə qədər 642 milyon nəfərə, 2045-ci ilə qədər isə 700 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Vəziyyət fəlakətə yaxındır.
Bu xəstəliyə qarşı mübarizədə bütün ölkələrin səylərinin birləşdirilməsinin aktuallığı BMT Baş Assambleyasının şəkərli diabet probleminə dair 2006-cı il 20 dekabr tarixli qətnaməsində müəyyən edilmişdir. Həmin qətnamədə şəkərli diabetin təkcə insanların rifahı üçün deyil, həm də dünya birliyi dövlətlərinin sosial-iqtisadi inkişafı üçün təhlükə yaradan xroniki xəstəlik olduğu qəbul edilib. 
Azərbaycan dövləti bu xəstələrlə bağlı 2003-cü il 23 dekabr tarixdə "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununu qəbul etmişdir. Bu qanun Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyən edir, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2016-cı il 28 yanvar tarixdə "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Həmin proqramın məqsədi şəkərli diabet xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir. 
"Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı"nın və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli qərarına əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələri, insulin və digər şəkərsalıcı dərman preparatlarının, özünənəzarət vasitələrinin siyahısı və miqdarı müəyyən edilmişdir.
Bu günə qədər hər bir şəxs haqqında tibbi məlumatlar tibb müəssisələrində kağız üzərində və pərakəndə şəkildə idi. Amma TƏBİB tərəfindən tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta məlumatlarını özündə cəmləşdirən elektron informasiya sisteminin mövcud olmasına imkan verir. Sağlamlıq kartı sisteminə daxil edilən məlumatlar TƏBİB-in informasiya sistemində cəmləşdirilir. Sağlamlıq kartında olan məlumatlar (xəstəlik tarixi, müayinə, müalicə, cari istifadə edilən dərman preparatları, peyvəndlər, gələcəkdə tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Bu müasir standartlara uyğun informasiya sistemidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nın 14.2-ci bəndi dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrə şəxsi məlumatları, onların qeydiyyatı və aldığı dərmanlar barədə, 14.7-ci bəndi isə dərman vasitələri haqqında məlumatın verilməsini nəzərdə tutur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 may tarixli qərarına əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə 21 adda dərman vasitələri müəyyən edilmişdir (bu məndə olan məlumatlardır, ola bilər ki, bu dərmanların sayı artıq və ya az da ola bilər). Bu dərman vasitələrinin çoxu şəkərin aşağı salınmasına o qədər də müsbət təsir göstərmir. "Yanumet", "Synjardy" kimi təsirli dərmanı müalicə həkimindən xahiş etdikdə, onun bu siyahıda nəzərdə tutulmadığını bildirir. Yaxud həmin qərarda qanda elementar olaraq şəkəri təyin etmək üçün 1 qutuda 
50 ədəd olmaqla ayda 1 qutu vizual nəzərdə tutulmuş test-çubuqları da əldə etmək hər şəkər xəstəsinə qismət olmur. Odur ki, bu sahədə olan boşluqlar aradan qaldırılmalıdır. 

Eldar ƏSGƏROV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!