13 Avqust 2025 17:41
472
SİYASƏT
A- A+
Deputat: Vaşinqton səfərinin nəticələri həm də gələcək nəsillər üçün əhəmiyyət daşıyan strateji qələbədir  

Deputat: Vaşinqton səfərinin nəticələri həm də gələcək nəsillər üçün əhəmiyyət daşıyan strateji qələbədir  

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri ölkə diplomatiyasının tarixində mühüm dönüş nöqtəsi oldu. Vaşinqtonda keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar təkcə Cənubi Qafqaz üçün deyil, həm də qlobal geosiyasi müstəvidə Azərbaycana mühüm üstünlüklər yaratdı.

İllərlə davam edən gərginlikdən sonra Ağ Evdə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh sazişi paraflandı. Bu sənəd Qarabağ münaqişəsini tamamilə tarixə qovuşdurdu, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq miqyasda bir daha təsdiqlədi, ölkəmizin regiondakı mövqeyini hüquqi və siyasi baxımdan möhkəmləndirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva söyləyib.

Deputat qeyd edib ki, sazişin ən mühüm hissələrindən biri Zəngəzur dəhlizi (TRIPP) ilə bağlıdır. TRIPP layihəsi çərçivəsində Azərbaycanın Naxçıvanla birbaşa quru əlaqəsi təmin ediləcək. Bu, təkcə Azərbaycan üçün iqtisadi üstünlük deyil, həm də ölkəmizin Mərkəzi Asiya - Avropa nəqliyyat dəhlizindəki lider rolunu möhkəmləndirəcək.

Azərbaycan Prezidentinin bu səfəri iki ölkə münasibətlərində strateji tərəfdaşlıq dövrünün başlanğıcı oldu. ABŞ tərəfindən Azərbaycanın enerji təhlükəsizliyindəki rolu yüksək qiymətləndirildi, SOCAR ilə Amerika enerji şirkətləri arasında əməkdaşlıq haqqında mühüm müqavilələr imzalandı. Bununla yanaşı, ABŞ Konqresində illərdir müzakirə olunan 907-ci düzəlişin tamamilə ləğvi də səfərin siyasi nailiyyətlərindən biri kimi tarixə düşdü.

Vaşinqtonda imzalanan saziş nəticəsində Cənubi Qafqazda güc balansı Azərbaycanın xeyrinə dəyişdi. ABŞ-ın regionda fəal mövqeyi Rusiya və İranın təsirini zəiflətdi, Azərbaycanın beynəlxalq müttəfiqlər şəbəkəsi genişləndi. Bu, ölkəmizin gələcəkdə həm təhlükəsizlik, həm də iqtisadi baxımdan daha sabit mühitdə inkişaf etməsinə şərait yaradacaq.

Səfər çərçivəsində Azərbaycan ilə ABŞ arasında texnologiya, kənd təsərrüfatı, enerji və təhlükəsizlik sahələrində bir neçə iri layihə üzrə razılıqlar da əldə olundu. Amerika şirkətlərinin Azərbaycana investisiya marağı artdı, bu isə yeni iş yerləri, müasir texnologiyaların ölkəyə gətirilməsi və qeyri-neft sektorunun inkişafı deməkdir.

Prezident İlham Əliyevin ABŞ səfəri göstərdi ki, Azərbaycan artıq yalnız regionun deyil, qlobal siyasətin də mühüm oyunçusudur. Dövlətimizin başçısının prinsipial mövqeyi, diplomatik məharəti və milli maraqları qətiyyətlə müdafiə etməsi beynəlxalq aləmdə ölkəmizə olan hörməti artırdı. Vaşinqtonda imzalanan sülh sənədi həm xalqımız, həm də bütün Türk dünyası üçün qürur mənbəyi oldu.

Bu səfər Azərbaycanın diplomatik tarixində əsl uğur nümunəsidir. Səfərin nəticəsi olaraq Zəngəzur dəhlizi reallaşma mərhələsinə keçdi, Azərbaycan–ABŞ münasibətləri strateji səviyyəyə yüksəldi, regionda güc balansı ölkəmizin xeyrinə dəyişdi, iqtisadi inkişaf üçün geniş perspektivlər açıldı.

“Bu uğurlar bir daha sübut edir ki, Azərbaycan milli maraqlarını qorumaqda və onları beynəlxalq müstəvidə təmin etməkdə qətiyyətlidir. Prezident İlham Əliyevin ABŞ səfəri yalnız bugünkü siyasi gündəm üçün deyil, həm də gələcək nəsillər üçün əhəmiyyət daşıyan strateji qələbədir”, - deyə J.Əliyeva vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!