02 Dekabr 2023 09:50
486
İQTİSADİYYAT
A- A+
Dənizin dibi ilə...

Dənizin dibi ilə...

 

Çəkiləcək 1100 kilometrlik xətlə Azərbaycan "yaşıl enerji" ixrac edəcək

 

Buxarest şəhərində "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasından  bir ilə yaxın vaxt keçir. Təbii ki, hər hansı bir ixrac layihəsinin həyata keçirilməsi öncədən genişmiqyaslı işlərin görülməsini, infrastrukturun yaradılmasını tələb edir. Elektrik enerjisinin ötürülməsinin də özünəməxsus çətinlikləri və spesifik cəhətləri var. Bu baxımdan sözügedən layihə necə irəliləyir?
Əvvəla xatırladaq ki, bu  sazişi keçən  il dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalamışlar. Mərasimdə Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen də iştirak etmişdilər. Elə həmin gün  bu məsələ ilə  bağlı plenar iclas keçirilmişdi. 
Rumıniya Prezidenti Klaus Yohannis perspektivdə görülməli işlərin çox olduğunu bildirərək demişdi:  "Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xətti çəkməyi hədəfə alırıq. Dəniz nəqliyyat əlaqələrinin bizim Konstantadakı limanımızdan Gürcüstan istiqamətində genişlənməsi nəzərdə tutulur. Bu səylər Azərbaycanla və sonra Mərkəzi Asiya ilə bağlılığı artıracaq. Potensialımızdan yararlanmaq və dayanıqlılığı artırmaq üçün qarşıda bizi çoxlu işlər gözləyir".
Beləliklə, bərpaolunan enerjinin inteqrasiya edilməsi  üçün münasib interkonnektorlara  ehtiyac yaranır. Buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə  təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu sazişin Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracağını və  təmiz enerjiyə keçidə nail olmağa dəstək verəcəyini bildirdi.
Azərbaycan Avropaya "yaşıl  enerji" körpüsü salmağı hədəfləyib. Görülən işlər, keçirilən tədbirlər də ölkəmizin inamlı addımlarla bu məqsədə doğru irəlilədiyini göstərir. Cari il noyabrın 21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə nazirlərin beşinci iclasının keçirilməsi də buna aydın misaldır. Tədbirdə Azərbaycan energetika naziri Pərviz Şahbazov, Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstan Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniya  energetika naziri Sebastian Burduja  tərəfindən təmsil olunub. Görüşdə eləcə də Bolqarıstanın, Avropa Komissiyasının, 4 ölkənin ötürücü sistem operatorlarının və "CESI" şirkətinin nümayəndələri də iştirak ediblər.
İclasda Azərbaycanda bərpaolunan enerji potensialının reallaşdırılması və "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin inkişafının cari vəziyyətindən geniş bəhs  olunub. Bir neçə ölkəni, iki dənizi birləşdirən marşrutlarla Xəzərin "yaşıl enerji" potensialını Avropada təchizatın təhlükəsizliyinin gücləndirilməsinə və təmiz enerji keçidinə yönəldən bu strateji layihənin icrasını sürətləndirməyin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, təxminən bir il əvvəl sözügedən ölkələr vahid mövqedən çıxış edərək "yaşıl enerji" dəhlizi təşəbbüsü üzrə sıx əməkdaşlığa hazır olduqlarını Avropa İttifaqının şahidliyi ilə ali səviyyədə təsdiqləyiblər. Bu layihə Azərbaycanın "yaşıl enerji"nin təchizatçısına çevrilmək planlarının tərkib hissəsidir. Sözügedən dəhlizlə 4 QVt həcmində "yaşıl enerji"nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib. "Yaşıl enerji" tərəfdaşlığımızın öz məqsədinə çatması üçün bərpaolunan mənbələrdən enerji istehsalı, bu enerjinin ötürülməsi və satışı istiqamətlərində sıx koordinasiya olunmuş fəaliyyət həyata keçirilməlidir.
Müzakirələr zamanı dəhlizin ölkələr üzrə perspektivləri, Bolqarıstanın layihəyə qoşulması, Avropa İttifaqı tərəfindən layihənin maliyyələşdirilməsi imkanları, Gürcüstan və Rumıniya arasında Qara dəniz sualtı kabel layihəsi üzrə "CESI" məsləhətçi şirkətinin fəaliyyəti kimi məsələlərə baxılıb.
Dəhlizin Texniki İqtisadi Əsaslandırmasının (TİƏ) hazırlanması üzrə məsləhətçi şirkətin seçilməsi üçün artıq tender də keçirilib. Prosesin tamamlanmasından sonra dərhal texniki-iqtisadi əsaslandırmaya başlamaq nəzərdə tutulur. Tezliklə birgə müəssisənin yaradılması vacib məsələ kimi qarşıda dayanır. Bu prosesdən irəli gələn məsələlərin razılaşdırılması məqsədilə dekabrda Bakıda 4 ölkənin ötürücü sistem operatorlarının görüşünün keçirilməsi  qərara alınıb. Növbəti iclasın isə gələn il Gürcüstanda keçirilməsinə qərar verilib. Həmçinin  "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın müvafiq nazirlikləri arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb və bu istiqamətdə "yaşıl enerji platforması"nın yaradılması razılaşdırılıb.
Noyabrın 21-də Macarıstanın paytaxtında eləcə də "Yaşıl dəhliz"ə üzv dövlətlərin - Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanın 5-ci nazirlər iclasının nümayəndə heyətlərinin başçılarının mətbuat konfransı keçirilib. Ev sahibi kimi mətbuat konfransını açıq elan edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycandan Gürcüstan, Qara dənizin dibi, daha sonra Bolqarıstan və Rumıniya ərazisindən "yaşıl enerji"nin ölkəsinə gətirilməsi layihəsinin icra edilməsində hazırkı müzakirələrin əhəmiyyətini vurğulayıb.
Axı söhbət adi bir layihədən getmir. Dənizin dibi ilə təxminən 1100 kilometr uzunluğunda kabel xəttinin çəkilməsi nəzərdə tutulur. Onu da vurğulayaq ki, bu layihə  Avropanın "yaşıl enerji" təchizatçısı olmaq planlarımızın yalnız bir hissəsidir. Ölkəmizin  2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal etməsi  gözlənilir.  Bunun da 80 faizi ixrac olunacaq.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!