08 Yanvar 2026 08:10
325
İQTİSADİYYAT
A- A+
Dayanıqlı inkişaf və makroiqtisadi sabitlik

Dayanıqlı inkişaf və makroiqtisadi sabitlik


Ötən ilin yekunları qarşıdakı dövrün uğurları üçün etibarlı əsaslar yaradır 


Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə 2025-ci ilin Azərbaycan iqtisadiyyatı baxımından mühüm mərhələ olduğunu vurğulayıb və bu dövrün əhəmiyyətini xüsusi qeyd edib. 2025-ci il Azərbaycanın iqtisadi müstəqilliyinin və makro-fiskal dayanıqlılığının daha da möhkəmləndiyi mərhələ kimi xarakterizə olunur. Dövlətimizin başçısı bildirib ki, ölkə iqtisadiyyatı artıq hər hansı xarici kredit və maliyyə asılılığından tam azaddır, xarici borcun ÜDM-də payı tarixdə ən aşağı səviyyəyə, yəni 6,3-6,4 faizə enib.

Strateji valyuta ehtiyatlarının 83-84 milyard ABŞ dolları səviyyəsində olması xarici borcu 16-17 dəfə üstələyir ki, bu da Azərbaycanın maliyyə təhlükəsizliyini təmin edən əsas amillərdəndir. Qızıl ehtiyatlarının artırılması ilə Dövlət Neft Fondunun əlavə olaraq 10 milyard ABŞ dollarından çox gəlir əldə etməsi ehtiyatların strukturunun şaxələndirilməsi baxımından mühüm nəticə kimi dəyərləndirilir. Eyni zamanda "Moody's" və "Fitch" beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiqləməsi və proqnozu sabitdən müsbətə yüksəltməsi ölkənin güclü makroiqtisadi mövqeyinin beynəlxalq səviyyədə tanındığını göstərir. Prezident qeyri-neft və qeyri-qaz sektorunda 11 ay ərzində 3,2 faiz ÜDM artımının qeydə alındığını, iqtisadi artımın əsas məqsədinin isə rəqəmlərdən daha çox əhalinin rifahının yüksəldilməsi, sosial infrastrukturun genişləndirilməsi və azad edilmiş ərazilərin bərpası olduğunu xüsusi vurğulayıb.

2025-ci ilin tarixə qovuşması iqtisadi nəticələrə təkcə statistik göstəricilər prizmasından deyil, həm də uzunmüddətli inkişaf baxımından daha geniş kontekstdə baxmağa imkan yaradır. Ötən il ərzində makroiqtisadi sabitliyin qorunması, xüsusilə qlobal iqtisadiyyatda davam edən qeyri-müəyyənliklər fonunda Azərbaycanın iqtisadi siyasətinin ehtiyatlı və balanslı aparıldığını göstərdi. Xarici amillərin məhdud təsiri və fiskal-intizamın saxlanılması iqtisadi mühit üçün əlverişli oldu.

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 116,3 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artım deməkdir. Bu artım fonunda, görünən əsas müsbət məqam odur ki, iqtisadiyyatda dinamik inkişaf davam edir. 

Qlobal enerji bazarlarında dəyişən reallıqlar fonunda Azərbaycanın qeyri-neft sektoru, sənaye sektorundakı göstəricilər də bu transformasiyanı əks etdirir. Yanvar-noyabr aylarında sənaye məhsulu istehsalı 57,5 milyard manat təşkil edib. Başqa cür desək, qeyri-neft sənayesində 4,8 faizlik artım qeydə alınıb. Bu, sənayenin daha dayanıqlı və diversifikasiya olunmuş struktur qazanmağa başladığını göstərir. 

Xarici ticarət dövriyyəsindəki dinamika da iqtisadiyyatın yeni mərhələyə uyğunlaşma prosesində olduğunu göstərir. Yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 39,9 milyard dollar təşkil edib. Real ifadədə azalma müşahidə olunsa da, bu, daha çox qlobal ticarətdə zəifləmə və enerji qiymətlərinin dəyişkənliyi ilə bağlıdır. Eyni zamanda qeyri-neft ixracının genişləndirilməsi üçün institusional və infrastruktur əsasların yaradılması davam edir ki, bu da orta müddətdə müsbət nəticələr vəd edir. 

Hökumətin və beynəlxalq maliyyə institutlarının proqnozları gələcəyə nikbin baxmağa əsas verir. Real ÜDM artımının ortamüddətli perspektivdə, yəni 2026-2028-ci illərdə 3-3,5 faiz səviyyəsində olacağı, qeyri-neft sektorunun iqtisadiyyatda payının isə 71 faizə çatacağı gözlənilir. Strateji valyuta ehtiyatlarının 83 milyard dollardan artıq olması, dövlət borcunun aşağı səviyyədə qalması və büdcə siyasətinin balanslı aparılması Azərbaycanın makro-fiskal dayanıqlılığını möhkəmləndirən əsas amillərdəndir. 2025-2028-ci illəri əhatə edən iqtisadi və sosial inkişaf yanaşması göstərir ki, qarşıdakı dövrdə əsas prioritetlər qeyri-neft iqtisadiyyatının gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun reinteqrasiyası, eləcə də "yaşıl enerji" və logistika imkanlarının genişləndirilməsidir. Sosialyönlü büdcə siyasəti və irimiqyaslı bərpa-quruculuq layihələri isə iqtisadi aktivliyi dəstəkləyən mühüm amillər olaraq qalır.

Ümumilikdə, 2025-ci ilin iqtisadi yekunları onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə uğurlu keçid edir. Neft sektoruna əsaslanan inkişaf modelinin imkanları tədricən daha şaxələndirilmiş və dayanıqlı iqtisadi yanaşma ilə tamamlanır. Əldə olunan makroiqtisadi sabitlik bu keçidin sağlam əsaslar üzərində qurulduğunu göstərir. Məhz bu baxımdan 2025-ci ili yekun mərhələ deyil, gələcək artımın və keyfiyyətcə yeni struktur dəyişikliklərinin başlanğıcı kimi qiymətləndirmək olar. Qarşıdakı dövrdə əsas hədəf qeyri-neft sektorunda məhsuldarlığın, ixracyönümlülüyün və yüksək əlavə dəyərin daha da gücləndirilməsi olacaq. Bu istiqamətdə atılan addımlar isə Azərbaycanın uzunmüddətli iqtisadi dayanıqlığını təmin etmək üçün möhkəm zəmin yaradır. 

Bu kontekstdə struktur transformasiyasının uğuru yalnız statistik artım göstəriciləri ilə deyil, eyni zamanda institusional islahatların dərinliyi, biznes mühitinin keyfiyyəti və insan kapitalının inkişafı ilə ölçülməlidir. Rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması üçün qeyri-neft sektorunda məhsuldarlığın artması ilə yanaşı, innovasiya, texnoloji modernləşmə və özəl investisiyaların cəlb  edilməsi həlledici əhəmiyyət daşıyır. Xüsusilə qlobal dəyər zəncirlərinə daha fəal inteqrasiya, ixracın strukturunun şaxələndirilməsi və yerli istehsalın beynəlxalq standartlara uyğunlaşdırılması qarşıdakı mərhələdə əsas çağırışlar sırasında olacaq. İqtisadi transformasiyanın sosial ölçüləri də diqqət mərkəzində saxlanılmalıdır. Dayanıqlı inkişafın təmin edilməsi üçün iqtisadi artımın sosial rifahda real artımla müşayiət olunması, məşğulluğun keyfiyyətinin yüksəldilməsi və regional inkişaf fərqlərinin azaldılması xüsusi önəm kəsb edir. Bu baxımdan sosialyönlü fiskal siyasətin və məqsədyönlü dövlət proqramlarının davam etdirilməsi iqtisadi islahatların cəmiyyət tərəfindən qəbulunu və uzunmüddətli effektivliyini gücləndirən əsas amillərdən biri olacaq. 

Beləliklə, 2025-ci il Azərbaycan iqtisadiyyatı üçün həm cari nəticələrin dəyərləndirildiyi bir il, həm də gələcək inkişaf trayektoriyasının konturlarının daha aydın şəkildə formalaşdığı mərhələ kimi çıxış edir. Qarşıdakı dövrdə əsas vəzifə əldə olunan makroiqtisadi sabitliyi dərin struktur dəyişiklikləri ilə möhkəmləndirmək, iqtisadi artımı daha inklüziv və keyfiyyətcə yeni səviyyəyə daşımaqdır. Bu istiqamətdə atılacaq ardıcıl və məqsədyönlü addımlar Azərbaycanın orta və uzunmüddətli perspektivdə dayanıqlı inkişafı üçün mühüm imkanlar yaradır.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Misir arasında qadın hüquqları sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib  

23:55
01 Fevral

Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş edib  

23:14
01 Fevral

Tramp: Razılaşma əldə etməsək, Xameneinin haqlı olub-olmadığını biləcəyik  

22:37
01 Fevral

Axios: Tramp administrasiyası İrana bir neçə kanal vasitəsilə razılaşma üçün görüşməyə açıq olduğunu bildirib  

22:21
01 Fevral

Azərbaycan şahmatçısı Niderlandda üçüncü olub 

21:19
01 Fevral

Uğurlu gənclər siyasəti dövlətin təhlükəsizliyini və inkişafını təmin edir

20:58
01 Fevral

Qahirə konfransında qadın hüquqlarının qorunmasında Azərbaycan təcrübəsi barədə danışılıb  

20:49
01 Fevral

Denis Şmıqal: Ukraynada enerji işçilərinə qarşı hədəflənmiş hava hücumu edilib, 15 nəfər həlak olub YENİLƏNİB  

20:33
01 Fevral

Ötən il Gürcüstandan rekord sayda xarici ölkə vətəndaşı deportasiya edilib  

19:22
01 Fevral

Almaniya Bundestaqının sabiq sədri vəfat edib

19:06
01 Fevral

Misli Premyer Liqası: "Neftçi" üç xalı dörd qolla qazanıb

17:59
01 Fevral

Xizək yarışı üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb  

17:49
01 Fevral

Azərbaycan Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda təmsil olunur  

16:08
01 Fevral

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

15:58
01 Fevral

Avropa mediasında yeni təhlükəsizlik müzakirələri: “Avrasiya müqaviləsi” ideyası gündəmdədir  

15:46
01 Fevral

Ukrayna və Rusiya nümayəndələrinin növbəti görüşünün vaxtı açıqlanıb

14:57
01 Fevral

“Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb  

14:28
01 Fevral

BMT-nin Baş katibi: Təcili tədbirlər görülməzsə, təşkilatımızı maliyyə iflası gözləyir  

13:03
01 Fevral

Zelenski: Yanvarda Rusiya Ukraynaya 6 mindən çox dron, 158 raket atıb  

12:58
01 Fevral

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

12:47
01 Fevral

2018-2025-ci illərdə sosial sığorta daxilolmaları 3 dəfəyə yaxın artıb

12:11
01 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!