06 Noyabr 2024 08:55
630
CƏMİYYƏT
A- A+
Daxili İşlər Nazirliyi müsabiqə keçirir

Daxili İşlər Nazirliyi müsabiqə keçirir


Polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul elan edildi 


Nazirliyin aparatında və respublikanın şəhər, rayon polis orqanlarında ali hüquq təhsili tələb olunan vəzifələrdə (polis sahə rəisi, cinayət axtarışı üzrə əməliyyat müvəkkili, məsul növbətçi, təhqiqatçı və müstəntiq) xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir.

Vakant olan 70 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı - "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallardan ibarətdir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə  bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir. 

Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini "hüquqşünaslıq" ixtisası üzrə bitirmiş, yaşı 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər məhkum olunmamış, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü il noyabr ayının 01-dən 30-dək http://www.mia.gov.az ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər. 

Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir. 

Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər: - şəxsiyyət vəsiqəsi; - ali təhsil haqqında diplom; - hərbi bilet; - əmək kitabçası (olanlar üçün). 

Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır və namizədin sağlamlıq vəziyyəti müvafiq qaydada yoxlanılır. 

Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları və test imtahanının proqramı Daxili İşlər Nazirliyinin www.mia.gov.az veb saytında yerləşdirilmişdir.  


Əlavə məlumat almaq üçün əlaqə 

telefonları: (012) 590-80-66; (012) 

590-94-12; (012) 590-98-37; 

(012) 590-93-64; (012) 590-97-52 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ 75 ölkədən miqrant vizası üçün müraciət qəbulunu dayandırır  

22:14
14 Yanvar

Ağ Evdə Qrenlandiya ilə bağlı görüş keçirilib  

21:51
14 Yanvar

ABŞ Qəzza ilə bağlı sülh planının ikinci mərhələsinin başladığını elan edib  

21:47
14 Yanvar

AAYDA Şuşa istiqamətində hərəkət edən sürücülərə müraciət edib

20:57
14 Yanvar

AFFA ilə FIFA arasında lisenziya müqaviləsi imzalanıb  

20:29
14 Yanvar

“İpək Yolundan Orta Dəhlizədək: nəqliyyat və ticarətin asanlaşdırılması yolu ilə bağlılığın təşviqi” - Vyanada dəyirmi masa  

20:19
14 Yanvar

ÜST şirin içkilər və alkoqollu məhsullara olan vergilərin artırılmasına çağırır  

19:23
14 Yanvar

Xaçınçay su anbarından bağların və taxıl əkinlərinin suvarılmasında istifadə olunur

19:00
14 Yanvar

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib  

18:43
14 Yanvar

OPEC cari il üzrə neft tələbatına dair proqnozunu açıqlayıb  

18:34
14 Yanvar

XİN: TRIPP-in icrası üzrə çərçivə sənədinin qəbulu bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır  

18:27
14 Yanvar

Azərbaycanın səfiri: Türkiyənin şəhidləri bizim də şəhidlərimizdir  

18:16
14 Yanvar

Vitse-prezident: Türkiyə silah bazarının qlobal oyunçularından birinə çevrilib  

18:07
14 Yanvar

Qanazlığı yaddaşı və diqqəti zəiflədir  

18:01
14 Yanvar

Son 20 ildə ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 36 eksponat xaricdən geri qaytarılıb  

17:29
14 Yanvar

Yaponiya alimləri unikal təbii dəri transplantı hazırlayıblar  

17:28
14 Yanvar

Azərbaycan ilə Uqandanın diplomatik və xidməti pasport sahibləri viza tələbindən azad edilib  

17:27
14 Yanvar

Azərbaycanın aviasiya sektorunun ötənilki nəticələri açıqlanıb  

17:26
14 Yanvar

“Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur  

17:25
14 Yanvar

“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib - Sərəncam  

17:24
14 Yanvar

“Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”nin idarəetməsi tənzimlənir SƏRƏNCAM  

17:17
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!