26 İyun 2023 09:40
557
SİYASƏT
A- A+
Daşnakların qənimi

Daşnakların qənimi

 

Ötən əsrin əvvəllərində müstəqilliyinə nail olmuş Azərbaycan dövləti həm xarici müdaxilələrdən müdafiə olunmaq, həm də daxili düşmənlərini zərərsizləşdirmək üçün ilk növbədə nizami ordu yaratmalı idi. Bu mühüm məsələ hələ 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsində qeyd edilmişdir. 
Həmin tarixi gündə qurulan ilk kabinədə general Xosrov bəy Sultanov cümhuriyyət hökumətinin müdafiə naziri təyin olunmuşdur.
Xosrov bəy Sultanov 1879-cu il mayın 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Kürdhacı kəndində, Qasımuşağı obasında (indiki Laçın rayonu) dünyaya gəlmişdi. Atası Əli Paşa bəy bütün mahalda igidliyi ilə ad qazanmışdı. Xosrov bəyin qardaşı Sultan bəy hərb sənətinin sirlərinə yiyələnmişdi. Xosrov bəy isə Gəncə gimnaziyasında təhsil almış, sonra Odessa Tibb Universitetinə daxil olmuşdu. 
1903-cü ildə o, universiteti bitirib vətənə qayıtdı. Gənc həkim Zəngəzurda, Qarabağda xəstələri təmənnasız müalicə etməyə başladı. Xosrov bəy Bakı müsəlman Xeyriyyə Cəmiyyətinin Qafqaz cəbhəsində qaçqınların yerləşdirilməsi üzrə baş müvəkkil də oldu. Xalqı, vətəni üçün çox məsuliyyətli günlərdə Xosrov bəy siyasət meydanına atıldı. 1917-ci ildə Müsavat partiyasına daxil oldu, Rusiya Müəssislər Məclisinə deputat, Zaqafqaziya seyminə üzv seçildi. 1918-ci ildə İttihad partiyasına keçən. Xosrov bəy Sultanov 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən biri oldu. Qeyd etdiyimiz kimi, Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən təsdiq olunan Birinci hökumət kabinetində hərbi nazir vəzifəsini tutdu. Azərbaycan Milli Şurasının və hökumətinin qurulduğunu, məqsəd və vəzifələrini bəyan etmək, qayda-qanun yaratmaq məqsədilə Nəsib bəy Yusifbəyli və Şəfi bəy Rüstəmbəyli ilə birgə ilk nümayəndə heyətinin tərkibində Gəncəyə gəldi. Xosrov bəy 1918-ci il iyunun 17-də təşkil edilən ikinci hökumət kabinetində əkinçilik naziri oldu.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin yayında Ermənistan daşnak hökumətinin Zəngəzur bölgəsində azərbaycanlılara qarşı dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı siyasətinin, Andronikin, Njdenin, Dronun quldur dəstələrinin Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında törətdiyi kütləvi qətllərin, qarətlərin qarşısını almaq məqsədilə Müvəqqəti Qarabağ general-qubernatorluğu yaratdı. Xosrov bəy 1919-cu il yanvarın 29-da Qarabağın general-qubernatoru təyin olundu. 
O, Şuşaya gələn kimi daşnak Andronik başda olmaqla erməni quldur dəstələri ilə amansız mübarizəyə başladı, təhlükəli yerlərdə Milli Ordunun əsgərlərindən ibarət mühafızə dəstəsi yaratdı. 1919-cu il martın 21-də erməni daşnakları Qarabağa yeganə keçid olan Əsgəran keçidini tutdular. Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edildi, Xankəndi və Şuşa geri alındı. 
Qarabağın general-qubernatoru erməni milli yığıncağının nəzarətində olan silahlı dəstələri buraxmağı, Qarabağda əmin-amanlığın təmin olunmasına maneçilik törətməməyi tələb edirdi. Üzeyir bəy Hacıbəyli "Azərbaycan" qəzetinin 1919-cu il 24 iyun tarixli sayında yazırdı: "Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olmasa idi, burası - Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital olmuşdu".
Xosrov bəyin igidliyi, hərbi şücaəti sayəsində Şuşadakı gizli daşnak komitəsi üzvlərinin qaçmaqdan başqa yolları qalmadı. Erməni yaraqlıları buna cavab olaraq Şuşada silahlı toqquşma törətsələr də, iyunun 6-da sülh əldə edildi. Şəhərdəki dinc ermənilər üzrxahlıq məktubu yazıb daşnakların fitnəkarlığına görə Xosrov bəyin şəxsində Şuşanın müsəlman əhalisindən üzr istədilər. Xosrov bəy 1919-cu ilin avqustunda Qarabağda yaşayan ermənilərlə yığıncaq keçirərək Azərbaycan hökumətinə tabe olmaq qərarını qəbul etdirdi.
1919-cu ilin oktyabr-noyabr aylarında cümhuriyyət hökuməti asayişin bərpası üçün Qarabağa Cavad bəy Şıxlinskinin rəhbərliyi ilə 1-ci piyada diviziyasını göndərdi. Erməni-müsəlman münaqişəsinə son qoyulması məqsədilə 1919-cu il noyabrın 23-də Azərbaycan hökuməti və Ermənistan arasında müqavilə bağlansa da, çox keçməmiş ermənilər Zəngəzurda və Qarabağda azərbaycanlılar yaşayan kəndlərə yenidən hücumlar etdilər. Andronik bolşevik Rusiyasından aldığı dəstək sayəsində yeni silahlı dəstə yaratdı. Ancaq onun Zəngəzuru, Qarabağı və Gəncəni tutaraq yenidən Stepan Şaumyanın bolşevik-daşnak hərbi hissələri ilə birləşmək, Şimali Azərbaycanda erməni hakimiyyətini genişləndirmək arzusunu Sultan bəy və Xosrov bəy Sultanovlar yenə də gözündə qoydular.
1920-ci ildə Azərbaycanı işğal edən bolşeviklərin Xosrov bəy Sultanovu da məhv etmək istəyəcəkləri şübhəsiz idi. Nəriman Nərimanov, Çingiz İldırım kimi nüfuzlu şəxslərin sayəsində Xosrov bəy Şuşada İnqilab Komitəsinin rəhbərliyində saxlanıldı. Lakin hakimiyyət orqanlarında, XI ordunun rəhbərliyində, NKVD-də yer tapmış daşnaklar Xosrov bəyin həbsinə Bakıdan razılıq ala bilməyəndə, Moskvaya donoslar göndərdilər və Serqo Orconikidzenin, Mikoyanın razılığı ilə Xosrov bəy rus ordusunun xüsusi idarəsinin zabitləri tərəfindən həbs edilib. Bayıl həbsxanasına salındı. 
Ermənilər bu xəbəri böyük sevinclə qarşıladılar və Ermənistana birləşmək tələbi ilə yenidən Şuşada, Vərənddə Azərbaycan hökumətinə qarşı üsyan qaldırdılar. Qəza İnqilab Komitəsinin rəhbəri Şamil Mahmudbəyov 1920-ci ilin dekabrında Nəriman Nərimanova, Həmid Sultanova, Əliheydər Qarayevə göndərdiyi məktubda Xosrov bəyin bölgədə misilsiz xidmətlərini vurğuladı və onun azad olunmasını xahiş etdi. 1921-ci il fevralın 15-də isə daşnakların daha da azğınlaşdığını yazıb Bakıdan yardım istəyən Şamil Mahmudbəyov təklif edirdi ki, Qarabağ və Zəngəzurda böyük nüfuza malik Sultan bəyin imkanlarından istifadə edilsin,  bunun üçün əvvəlcə Xosrov bəy azadlığa buraxılsın. Lakin məqsəd Xosrov bəyi də, Sultan bəyi də aradan götürmək idi. 
Erməni daşnakları arzularına çata bilmədilər. Xosrov bəy Sultanov Bayıl türməsindən qaçırıldı. Laçına gedib qardaşları Sultan bəy və İsgəndər bəylə İrana yollandı. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin tezliklə yenidən bərqərar olacağına ümid edirdilər. Ancaq İsgəndər bəyi sovet hökumətinin xüsusi təyinatlı dəstələri qətlə yetirdi. Xosrov bəylə Sultan bəy Türkiyəyə getməli oldular. Sultan bəy 1942-ci ildə Qars ətrafında - Köçkoy kəndində vətən həsrəti ilə gözlərini əbədi yumdu.
General Xosrov bəy Sultanov 1923-cü ildən başlanan mühacirət həyatında da vətənin azadlığı uğrunda çalışdı. O, İranda, Türkiyə, Fransa və Almaniyada yaşadı. Almaniya Tibb Universitetinin professoru oldu. Xosrov bəy Sultanov 1943-cü il yanvarın 7-də dünyasını dəyişdi. Məzarı İstanbulun Feriköy qəbiristanlığındadır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!