15 İyul 2025 08:10
693
İQTİSADİYYAT
A- A+
"Daşkəsən" dəmir filizi yataqları yenidən istismara veriləcək

"Daşkəsən" dəmir filizi yataqları yenidən istismara veriləcək


Azərbaycanda aparılan iqtisadi islahatların hədəflərindən biri də qeyri-neft sənayesi sahələrinin genişləndirilməsidir. Bu yöndə yeni istehsal sahəsinin yaradılması ölkənin ixrac imkanları ilə yanaşı, istehsal gücünü də artırır. 

Məlum olduğu kimi, respublikamızda hələ sovetlər dönəmində dəmir filizi yataqları istismar edilirdi. Lakin müstəqilliyimiz bərpa olunduqdan sonra müəyyən səbəblərə görə bu sahədə istehsal ən aşağı həddə düşdü. İndi isə dəmir filizi yataqlarının  istismarı, dəmir istehsalı və ixracı yenidən gündəmə gəlib. Onu da qeyd edək ki, bu sahə iqtisadi cəhətdən səmərəlidir və ökənin iqtisadi potensialının artmasına, sənayenin qeyri-neft sektorunun şaxələnməsinə yeni imkanlar yaradır.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Çinə son səfəri zamanı  iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi barədə razılıq əldə olunub. Çin iş adamları ölkəmizdə geniş sənaye şəbəkəsi qurmaq istədiklərini açıqlayıblar və bu istiqamətdə yeni layihələr ortaya qoyublar. Bunlardan biri də Azərbaycanda dəmir yataqlarının birgə işlənməsi təşəbbüsüdür. "AzerGold" QSC-dən verilən məlumatda bildirilir ki, Pekində "AzerGold" QSC-nin törəmə cəmiyyəti - "Daşkəsən Dəmir Filiz" MMC və Çinin "Sinosteel Equipment & Engineering Co., Ltd" şirkəti arasında "Daşkəsən" dəmir filizi sahəsində istehsal zəncirinin qurulması üzrə əsas mərhələlərdən birinin icrasına dair müqavilə imzalanıb. Bank təminatlı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması üzrə müqaviləni "Daşkəsən Dəmir Filiz" MMC tərəfindən baş direktor Ceyhun Əliyev, "Sinosteel Equipment & Engineering Co., Ltd" şirkəti tərəfindən baş menecer Hua Guanglin imzalayıblar.

Ölkəmizdə dəmir filizi yataqlarının yenidən öyrənilməsi və bu sahənin inkişafı Prezident İlham Əliyevin 1 sentyabr 2020-ci il tarixli sərəncamına uyğun icra edilir. Həmin sərəncamdan irəli gələn tapşırıqların icrası məqsədilə 2020-ci ildə "AzerGold" tərəfindən törəmə cəmiyyət qismində "Daşkəsən Dəmir Filiz" MMC təsis edilərək fəaliyyətə başlayıb.

"Daşkəsən" dəmir filizi yataqları kompleksində istismar işlərinə ilk dəfə sovetlər birliyi dönəmində başlanılıb. 1954-1994-cü illər arasında burada istismarı ən əlverişli müəyyən edilən yataqda hasilat işləri və dəmir konsentratının istehsalı aparılıb, sonrakı dövrlərdə isə hasilat və istehsal fasilələrlə qismən həyata keçirilib. Sahədə filizlərin dəmir tərkibinin nisbətən aşağı olması, onların yerin daha dərin qatlarında yerləşməsi, üstaçma əmsalının yüksəlməsi və digər səbəblərdən yataqda fəaliyyətin bərpa edilməsi cəhdləri uğursuz alınıb.

"Daşkəsən Dəmir Filiz" MMC tərəfindən yatağın səmərəli və davamlı istismarının təmin edilməsi üçün 2020-ci ildən etibarən burada geniş kəşfiyyat işləri aparılıb. Mineral ehtiyatların beynəlxalq standartlara uyğun yenidən qiymətləndirilməsi nəticəsində yerin təkindəki ümumi ehtiyatlarda 70 milyon ton filiz kütləsinin artımı təsdiqlənərək 187,3 milyon ton təşkil etdiyi məlum olub.

Əldə ediləcək dəmir filizi konsentratının istehsalı üçün Zənginləşdirmə zavodu, zənginləşdirilmiş konsentratın emalı üçün Pellet zavodu, pelletdən yüksək dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (Hot Briquetted Iron - HBI) alınması üçün HBI zavodunun tikintisi məqsədəuyğun hesab edilib. Eyni zamanda yatağın iqtisadi səmərəliliyini təmin etmək üçün üçmərhələli istehsal zəncirinin qurulması qərara alınıb. Qeyd olunan zavodların və bu zavodlar arasında konsentratın nəqlinin təmin edilməsi üçün şlam boru kəmərinin ilkin layihələndirmə sənədləri hazırlanıb. Metallurji sınaqlar uğurla tamamlanıb və nəticədə "Daşkəsən" yataqlar qrupunun tarixində ilk dəfə laboratoriya şəraitində 69 faizədək dəmir tərkibli konsentrat və 97 faizədək metallizasiya ilə isti breketləşdirilmiş dəmirin istehsalına nail olunub. Yataqdan əldə edilən məlumatlar əsasında yenilənmiş icra strategiyası və müvafiq yol xəritəsi hazırlanaraq təsdiq olunub.

Görülən kompleks işlər və hərtərəfli təhlillər "Daşkəsən" yataqlar qrupunun kommersiya baxımından səmərəli və davamlı şəkildə işlənməsini təmin etmək üçün beynəlxalq təcrübəyə uyğun olaraq ətraflı bank təminatlı texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanmasına zəmin yaradıb. Belə ki, "Daşkəsən Dəmir Filiz" MMC tərəfindən ötən ilin ortalarından etibarən bu sahədə ixtisaslaşmış bir sıra dünyamiqyaslı şirkətlərlə danışıqlar aparılıb, nəticədə Çinin "Sinosteel Equipment & Engineering Co., Ltd" şirkəti ilə əməkdaşlığın qurulması qərara alınıb.

Ümumi dəyəri 2 milyon 450 min dollar olan müqavilə çərçivəsində 2 il ərzində texniki-iqtisadi əsaslandırma sənədi hazırlanacaq. Bu texniki-iqtisadi əsaslandırma mədənin ən optimal iqtisadi və ekoloji yanaşmalarını əhatə edərək layihənin maliyyələşdirilməsi üçün müvafiq institutlar, potensial investorlar və banklar qarşısında əsas istinad sənədi kimi qoyulacaq. Sənəd həmçinin iqtisadi səmərəli filizlərin həcmi və uyğun texnoloji həlləri, tikinti və mühəndislik işlərini əhatə etməklə yatağın tammiqyaslı işlənməsi üçün növbəti mərhələlərə keçid etməyə imkan yaradacaq. Bu prosesdə Çin şirkəti ilə yanaşı, sənədin hazırlanmasının müxtəlif lokal komponentlərində müvafiq yerli podratçıların xidmətlərindən istifadə ediləcək.

Qeyd edək ki, "Sinosteel Equipment & Engineering Co., Ltd" metallurji xammalın emalı, tədarükü və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı "Sinosteel Group Corporation Limited" sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir. Dəmir filizi yataqlarının işlənilməsi və dəmir filizlərinin emalı sahəsində geniş təcrübəyə malik olan şirkət həm Çində, həm də başqa ölkələrdə müxtəlif sənaye layihələrini icra edib. Bu şirkət həmçinin dəmir filizinin emalı ilə bağlı müəssisələrin qurulması və idarə edilməsində avadanlıqların inteqrasiyası, yüksək texnologiyaların tətbiqi və elmi yanaşmaların tətbiqi üzrə xidmətlər göstərir. Şirkət texnoloji və ekoloji təhlükəsiz hasilat və emal üsullarından istifadə etməklə Türkiyə, Avstraliya, Cənubi Afrika Respublikası, Əlcəzair, Hindistan kimi ölkələrdə resursların səmərəli istismarını təmin edib.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!