25 Fevral 2026 15:57
148
CƏMİYYƏT
A- A+
Daha iki məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Daha iki məsələ parlamentin plenar iclasına tövsiyə edilib


Fevralın 25-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin videokonfrans formatında iclası keçirilib.

Parlamentin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Arzu Nağıyev gündəliyə iki məsələnin daxil edildiyini bildirib. O əvvəlcə gündəliyin birinci məsələsi - Əmək Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Müdafiə haqqında”, “Veteranlar haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Polis haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və Bədən tərbiyəsi və idman haqqında” qanunlarda dəyişiklik olunması barədə qanun layihəsini təqdim edib.

Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Azərbaycan Respublikasının qanunvericilik sisteminin təkmilləşdirilməsi və mövcud idarəetmə strukturuna uyğunlaşdırılması məqsədilə hazırlanıb.

Qeyd edilib ki, layihəyə əsasən, hərbi komissarlıqların ləğvindən sonra yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı səlahiyyət bölgüsünün qanunvericilikdə aydın şəkildə təsbit edilməsi, terminoloji uyğunluğun təmin olunması və hüquqi tənzimləmənin daha dəqiq və səmərəli tətbiqi nəzərdə tutulur.

Daha sonra komitə sədri gündəliyin növbəti məsələsi - “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda müzakirəyə təqdim edib. Bildirilib ki, qanun layihəsinin əsas məqsədi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilən qadın hərbi qulluqçuların xidmətə uyğunlaşma prosesinin daha səmərəli təşkili və bu sahədə mövcud praktiki çətinliklərin aradan qaldırılmasıdır.

Qanun layihəsinə edilən dəyişikliklərə əsasən, qadınlarla bağlanan ilkin müqavilə müddətinin 3 ildən 6 ayadək azaldılması təklif olunur. Komitə sədri vurğulayıb ki, dəyişiklik qadın hərbi qulluqçuların xidmətə uyğunlaşmasını asanlaşdıracaq və hərbi xidmətin təşkilinin səmərəliliyini artıracaq.

Onlayn iclasda iştirak edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Elçin Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hüquq idarəsinin rəisi Bəxtiyar Hacıyev qanun layihələrinin mahiyyəti, məqsədi və nəzərdə tutulan dəyişikliklərin tətbiqi mexanizmləri ilə bağlı məlumat veriblər.

Müzakirələrdə çıxış edənlər təqdim olunan məsələlər barəsində öz fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.

Sonda qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nyu-Yorkda Xocalı soyqırımı ilə bağlı aksiya təşkil olunub

18:50
25 Fevral

Vaşinqtonda Xocalı soyqırımını əks etdirən LED ekranlı maarifləndirici aksiya keçirilib

18:49
25 Fevral

TDT: Xocalı soyqırımının günahsız qurbanlarını dərin ehtiramla yad edirik

18:48
25 Fevral

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınır  

18:45
25 Fevral

Xocalıya köçürülmüş sakinlərdən 1137 şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

18:43
25 Fevral

Xocalı soyqırımı qurbanları Pakistanda da yad edilib  

18:42
25 Fevral

Masallıda bölgə sakinlərinin aqrar sahə ilə bağlı müraciətləri dinlənilib  

18:35
25 Fevral

Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin komitə sədri ilə görüşüb  

18:27
25 Fevral

Türkiyə parlamentində Xocalı qurbanlarının xatirəsi anılıb  

18:25
25 Fevral

Dini konfessiyaların rəhbərləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar 

18:18
25 Fevral

Rusiya nümayəndə heyəti ilə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib  

17:47
25 Fevral

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı əldə edilən nəticələr ardıcıl siyasətin bəhrəsidir   

17:39
25 Fevral

SOCAR-la “Samsung”un törəmə şirkəti arasında Anlaşma Memorandumu imzalanıb  

17:19
25 Fevral

Avropanın enerji təhlükəsizliyi: həcmlər deyil, etibarlılıq və şəffaflıq əsasdır  

16:43
25 Fevral

İran ABŞ Prezidentinin iddialarını təkzib edib

16:37
25 Fevral

Prezident İlham Əliyev Xocalının Xanabad kəndində görülmüş işlərlə tanış olub YENİLƏNƏCƏK

16:24
25 Fevral

YAP ilə AK Parti arasında aktual çağırışlar fonunda ortaq hədəflərə və yeni perspektivlərə dair ətraflı fikir mübadiləsi aparılıb  

16:24
25 Fevral

Prezident İlham Əliyev Xocavənd şəhərində görülmüş işlərlə tanış olub, şəhər və kənd sakinləri ilə görüşüb YENİLƏNƏCƏK

16:18
25 Fevral

Britaniyada enerji haqları 7 faiz ucuzlaşacaq

16:13
25 Fevral

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

16:10
25 Fevral

Prezident İlham Əliyev Xocavənd kəndində görülmüş işlərlə tanış olub YENİLƏNƏCƏK

16:05
25 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!