04 Oktyabr 2024 20:49
1411
CƏMİYYƏT
A- A+
Daha 15 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Daha 15 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

İQTİSADİYYAT

Daha 15 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Daha 15 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 4-də VII çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə komitə sədri Azər Əmiraslanov gündəliyin birinci məsələsini - komitə 2024-cü ilin payız sessiyası üçün iş planını müzakirəyə təqdim edib. Bildirilib ki, sənəddə qarşıdakı sessiyada büdcə zərfi və komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Eyni zamanda, komitənin profilinə aid məsələlərlə bağlı ictimai dinləmələrin, müzakirələrin və digər tədbirlərin keçirilməsi planlaşdırılıb.

İkinci məsələ - “Qrant haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Diqqətə çatdırılıb ki, növbəti məsələ olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi texniki xarakterlidir. Layihə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalının və satışının ƏDV-dən azadolma müddətinin 2025-ci il yanvarın 1-dək daha iki il uzadılmasını nəzərdə tutur.

Qeyd olunub ki, “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də texniki xarakterlidir. Belə ki, sənəddə daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən bildirişdə göstərilən məlumatların dairəsinə daşınar əmlakın seriya nömrəsinin də əlavə olunmasının hüquqi əsasları yaradılır.

Gündəliyin beşinci məsələsi olan Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Elnur Yusifov məlumat verib. Qanunvericilikdə yükdaşımaları üzrə fəaliyyətin “Fərqlənmə nişanı” almaqla sabit qaydada sadələşdirilmiş verginin ödənilməsi rejimindən çıxarıldığından təqdim edilmiş layihədə uyğunlaşma çərçivəsində bir sıra maddələrdə dəyişikliklər təklif olunub. Müvafiq olaraq “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunlara da uyğunlaşma çərçivəsində dəyişikliklər təklif edilib.

Gündəliyin növbəti üç məsələsi “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin və “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihələri barədə komitə sədri Azər Əmiraslanov məlumat verib. Bildirilib ki, hər üç saziş bu il iyulun 11-də Pakistanın İslamabad şəhərində imzalanıb və ölkələrimiz arasında mövcud olan siyasi, hərbi, diplomatik əməkdaşlığın iqtisadi məzmunla möhkəmləndirilməsinə xidmət edir.

Beynəlxalq sazişlə bağlı növbəti məsələ - “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə qanun layihəsi Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dayanıqlılığının möhkəmləndirilməsinə xidmət edir.

Gündəliyin 10-cu məsələsi olan “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi “Siyasi partiyalar haqqında" Qanunda aparılmış dəyişikliklərin müvafiq normativ-hüquqi aktlarda təsbit olunması məqsədilə hazırlanıb.

Komitə sədri, həmçinin Miqrasiya Məcəlləsində və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə də məlumat verib. Bildirilib ki, layihədə təklif edilən dəyişikliklər miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi zamanı elektron xidmətlərin daha çevik şəkildə həyata keçirilməsini ehtiva edir.

Növbəti məsələ ilə bağlı diqqətə çatdırılıb ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi spesifik xarakter daşıyır. Belə ki, sənəd əlilliyi olan şəxslərə qarşı alçaldıcı və təhqiramiz söz və ifadələrin mənfi təsəvvürlər yaratmayan söz və ifadələr ilə əvəz olunması məqsədilə hazırlanıb.

Gündəliyin 13-cü məsələsi olan “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin (kimya sənayesi, metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilməsi ilə əlaqədardır.

Komitənin müzakirəsinə təqdim olunan “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik olunması barədə qanun layihəsi (birinci oxunuş) isə yeni yaradılmış arbitraj sisteminin institusional baxımdan gücləndirilməsinə xidmət edir.

Gündəliyin sonuncu məsələsi olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı bildirilib ki, dəyişiklik uyğunlaşdırma xarakteri daşıyır.

Gündəlikdəki məsələlərin müzakirəsində komitə üzvləri Əli Məsimli, Ziyad Səmədzadə, Aydın Hüseynov, Heydər Əsədov, Müşfiq Cəfərov çıxış edib, sənədlərlə bağlı fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

Deputatlar komitənin 2024-cü ilin payız sessiyası üçün iş planını təsdiqləyib, müzakirəyə çıxarılan qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!