25 İyul 2025 21:20
5809
COP29
A- A+
COP29 və COP30 arasında körpü: Şamaxıda ikinci qeyri-rəsmi toplantı

COP29 və COP30 arasında körpü: Şamaxıda ikinci qeyri-rəsmi toplantı


İyulun 23-24-də Azərbaycanın təşkilatçılığı və ev sahibliyi ilə, eləcə də COP30 sədri kimi Braziliya ilə əməkdaşlıq çərçivəsində Şamaxıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) danışıqlar qruplarının sədrləri, eləcə də UNFCCC-yə tərəf olan bəzi dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərinin ikinci qeyri-rəsmi Şamaxı toplantısı keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə 34 ölkə və UNFCCC Katibliyindən 70-dən çox nümayəndə iştirak edib. Dövlətlər nazir, nazir müavini, prezidentlərin iqlim üzrə elçiləri, UNFCCC danışıqlar qruplarının və tərəf dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və digər yüksəksəviyyəli formatlarda təmsil olunub.

Keçən ilin iyul ayında eyni formatda keçirilmiş birinci Şamaxı toplantısının COP29-un qərarlarının qəbuluna verdiyi mühüm töhfə diqqətə alınaraq, eyni formatın cari ildə də davam etdirilməsinə qərar verilib. Builki Şamaxı toplantısının mövzusu da keçən il olduğu kimi iqlim danışıqlarının gündəliyində olan əsas istiqamətlərə və Azərbaycanla Braziliyaya COP29-da verilmiş birgə mandata uyğun olaraq iqlim maliyyəsinin 1,3 trilyon ABŞ dollarına qaldırılması ilə bağlı “Bakıdan Belemə 1,3 Trilyon Yol Xəritəsi” sənədinin hazırlanmasına fokuslanıb.

Bu çərçivədə toplantıda UNFCCC Köməkçi Orqanlarının Bonnda keçirilmiş 62-ci sessiyasının nəticələri, həmin müzakirələrdə qarşıya çıxan əsas çətinliklərin həlli yolları və bunların Braziliyada baş tutacaq COP30-da qərarların qəbuluna mümkün töhfəsinə dair qeyri-rəsmi fikir mübadiləsi aparılıb.

Tədbirdə iştirak edən bütün nümayəndələr aparılmış müzakirələri yüksək qiymətləndirib, nümayəndə heyətlərinin başçılarının qeyri-rəsmi Şamaxı toplantısının dayanıqlı platformaya çevrilməsinə geniş dəstək ifadə olunub.

Toplantının açılış mərasimində COP29-un Prezidenti, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və COP30-un baş danışıqçısı səfir Liliam Çaqas çıxış ediblər.

Tədbir COP29 və COP30-un baş danışıqçıları ilə yanaşı, Pakistanın iqlim dəyişmələri və ətraf mühitin koordinasiyası naziri Musadik Məsud Malik və UNFCCC-nin İcra üzrə Yardımçı Orqanının sədri Julia Qardinerin bağlanış çıxışları ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!