22 Noyabr 2024 08:05
128
CƏMİYYƏT
A- A+
"COP29-un nəcib missiyasından qürur duyuruq"

"COP29-un nəcib missiyasından qürur duyuruq"


Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti beynəlxalq miqyasda təqdir olunur


COP29-da iştirak etmək üçün Bakıda səfərdə olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş katibinin müavini Erik Manzi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) "Buzovna" Fizioterapiya Mərkəzində olub.

Mərkəzə baxış zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov qonağa məlumat verib ki, burada 90 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var. Bütün otaqlar zəruri məişət avadanlıqları ilə təchiz edilib. Eləcə də mərkəzdə ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahət guşələri yaradılıb. İkimərtəbəli müalicə korpusunun birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri, masaj otaqları yerləşir. Qapalı hovuz da müalicə olunanların istifadəsindədir. Həmçinin mərkəzin ərazisində geniş yaşıllaşdırma işləri aparılıb, gül-çiçək, dekorativ kol və ağaclar əkilib.

BHİK rəsmisi yaşayış otaqlarına, müalicə və müayinə kabinetlərinə baxıb, yaradılmış şəraitlə tanış olub. Həkimlərlə söhbət edən qonağa mərkəzin iş prinsipi, göstərilən xidmətlər, prosedur qaydaları, qidalanma haqqında məlumat verilib. Həmçinin bildirilib ki, COP29 tədbirlərinə qatılan xarici qonaqların yerləşdikləri məkanların arasında "Buzovna" Fizioterapiya Mərkəzi də var. Qonaqların burada qalmaları və istirahəti üçün bütün zəruri tədbirlər görülüb, eyni zamanda "AHİK könüllüləri" proqramının iştirakçıları onların rahat işləməsi üçün hər cür dəstək verirlər.

Erik Manziyə "AHİK könüllüləri" proqramı haqqında da məlumat verilib. Bildirilib ki, AHİK-in yeni layihəsi olan könüllük proqramı həmkarlar ittifaqlarının fəaliyyətinin təbliği, nüfuzunun artırılması və sıralarının genişlənməsi məqsədini daşıyır. Könüllülərlə söhbətləşən BHİK rəsmisinin diqqətinə çatdırılıb ki, onlar AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələridir. Bu layihə onların bilik və bacarıqlarının artırılması, istedadlarını nümayiş etdirmələri, təcrübə qazanmaları və sosiallaşmaları üçün olduqca mühüm fürsətdir. Həm də onlar COP29 tədbirinin keçirilməsinə, iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək vermək üçün buradadırlar və bu nəcib missiyadan qürur duyurlar.

Erik Manzi Bakı şəhəri və iştirakçısı olduğu COP29 haqqında təəssüratlarını bölüşüb, tədbirin yüksək səviyyədə təşkil olunmasından, azərbaycanlıların qonaqpərvərliyindən razılığını ifadə edib.

Qeyd edək ki, BHİK Baş katibinin müavini Erik Manzi konfederasiya sədri Sahib Məmmədovla birgə Bakının tarixi məkanlarında da olub.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Musa Usman Mdamba: COP29-dan gözləntimiz odur ki, qəbul olunan qərarlar tezliklə reallaşsın  

14:44
22 Noyabr

İstanbulda yaşıl enerji təchizatı məsələləri müzakirə edilib  

14:42
22 Noyabr

Qvineya rəsmisi: COP29-un təşkilati işləri çox yüksək səviyyədə aparılıb  

14:41
22 Noyabr

Kyodo: Yaponiyada “Asiya NATO-su” ideyası müzakirə ediləcək

14:40
22 Noyabr

Media nümayəndələri “Qazax" əlahiddə sərhəd diviziyasında olublar  

14:39
22 Noyabr

Namibiyalı fəal: Şimal liderləri inadkarlığı buraxsınlar və haqqımız olan iqlim maliyyəsini təmin etsinlər  

14:37
22 Noyabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Dövlət Komitəsində olublar  

14:35
22 Noyabr

Afrikalı nümayəndə: COP29 digər ölkələrlə əməkdaşlıq edə biləcəyimiz mühüm konfransdır  

14:13
22 Noyabr

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib  

14:08
22 Noyabr

“Irrigo – dayanıqlı kənd təsərrüfatı ekosistemi” COP29-da təqdim edilib

13:54
22 Noyabr

Sabah hava şəraiti əsasən yağmursuz olacaq  

13:47
22 Noyabr

Azərbaycan Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci plenar sessiyasında təmsil olunacaq  

13:32
22 Noyabr

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!