25 İyun 2025 12:31
6525
COP29
A- A+
COP29-un İqlim üzrə gənclər çempionu London İqlim Həftəsində İqlim Maliyyəsinə Əlçatanlığın Sürətləndirilməsi müzakirələrində iştirak edib  

COP29-un İqlim üzrə gənclər çempionu London İqlim Həftəsində İqlim Maliyyəsinə Əlçatanlığın Sürətləndirilməsi müzakirələrində iştirak edib  

COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova London İqlim Həftəsi çərçivəsində baş tutmuş “Commonwealth” Katibliyinin təşkilatçılığı ilə keçirilmiş “İqlim Maliyyəsinə Əlçatanlığın Sürətləndirilməsi: Dayanıqlı və Əhatəli bir-birinə bağlı bir Commonwealth üçün” mövzusunda dəyirmi masada iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbir “Commonwealth” İqlim Maliyyəsinə Əlçatanlıq Mərkəzinin (CCFAH) 10 illiyi münasibətilə təşkil olunub.

Tədbirdə əsas diqqət iqlimə qarşı həssas olan ölkələrin, xüsusilə Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlər (SIDS), qlobal iqlim maliyyəsindən daha effektiv şəkildə faydalanmasına yönəlib.

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 1970–2021-ci illər ərzində SIDS və digər iqlimə qarşı həssas ölkələr ümumilikdə 4,3 trilyon ABŞ dolları həcmində iqtisadi itki ilə üzləşiblər. Halbuki bu ölkələrin əldə edə bildiyi iqlim maliyyəsi kifayət qədər deyil – 2019-cu ildə SIDS cəmi 1,5 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi əldə edib.

COP29-da verilən yeni öhdəliyə əsasən, inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olanlara illik 300 milyard ABŞ dolları həcmində iqlim maliyyəsinin ayrılması və 2035-ci ilə qədər ümumilikdə 1,3 trilyon ABŞ dolları məbləğində ictimai və özəl vəsaitin səfərbər olunması nəzərdə tutulur.

CCFAH, 2015-ci ildə keçirilmiş Commonwealth Hökumət Başçılarının Zirvə Görüşünün qərarı ilə təsis olunub və 2016-cı ildən fəaliyyət göstərir. Bu təşəbbüs, üzv ölkələrin beynəlxalq iqlim maliyyəsinə çıxışda üzləşdikləri çətinlikləri aradan qaldırmağa yardım edir. 2025-ci ilin aprel ayına olan məlumata görə, CCFAH 21 ölkə və Afrika və Karib hövzəsi üzrə 104 layihəyə (43 adaptasiya, 12 mitigasiya, 49 isə hər iki istiqamət üzrə) ümumilikdə 485,68 milyon ABŞ dolları həcmində iqlim maliyyəsinin cəlb olunmasına dəstək verib. Eyni zamanda, mərkəz 3430-dan çox dövlət nümayəndəsini əhatə edən 152 tutumartırıcı tədbir keçirib.

Leyla Həsənova bildirib ki, CCFAH-nın 10 illiyi münasibətilə təşkil olunmuş bu mühüm tədbirdə təkcə keçmiş nailiyyətlərimizi qeyd etmək üçün deyil, eyni zamanda gələcək fəaliyyətlərimiz üçün yeni istiqamətlər müəyyənləşdirmək baxımından da vacib fürsətdir.

Tədbirin məqsədləri çoxşaxəlidir və hər biri Commonwealth ailəsi üçün aktual və strateji əhəmiyyət daşıyır: İrəliləyiş və Təsirin Qeyd Olunması – CCFAH-nın son on ildə iqlim maliyyəsinə çıxışın asanlaşdırılması sahəsində əldə etdiyi nəticələri, xüsusilə adaptasiya və mitigasiya sahələrindəki uğurları bölüşmək üçün bu platforma əhəmiyyətlidir. Həmçinin Strateji Tərəfdaşlıqların Dərinləşdirilməsi – Donor qurumlarla, beynəlxalq maliyyə institutları və özəl sektorla əməkdaşlığımızı daha da gücləndirmək, maliyyə axınlarının koordinasiyasını təmin etmək əsas prioritetlərimizdəndir. Bilgi Mübadiləsi və Gələcəyə Baxış – Üzv ölkələr arasında təcrübə və biliklərin paylaşılması, yeni maliyyələşdirmə modellərinin və alətlərinin müzakirəsi, qarşılıqlı öyrənmənin gücləndirilməsi məqsədimizdir. Təbliğat və Görünürlüyün Artırılması – CCFAH-nın fəaliyyəti və üzv ölkələrdə yaradılmış real təsirlər, lokal uğurlar vasitəsilə daha geniş şəkildə təqdim olunmalı və diqqət mərkəzinə çəkilməlidir. Maliyyələşdirici Tərəflərlə Uğurlu Uyğunlaşma – Donorların tematik maraqları, risk yanaşmaları və maliyyələşdirmə prinsiplərinin CCFAH-nın layihə portfeli ilə uyğunlaşdırılması, daha səmərəli əməkdaşlıq üçün vacibdir. Əməkdaşlıq Şəbəkələrinin Gücləndirilməsi – Ənənəvi və innovativ maliyyə mənbələrinin səfərbər edilməsi üçün üzv ölkələr və maliyyə qurumları arasında etimada əsaslanan əlaqələrin qurulması zəruridir.

Leyla Həsənova qeyd edib ki, bu platforma həmrəylik və qarşılıqlı öhdəlik ruhunda əməkdaşlığımızı daha da dərinləşdirməyə imkan yaradacaq.

Tədbir “Commonwealth” ölkələri arasında iqlim maliyyəsi sahəsində əməkdaşlığın və bilik mübadiləsinin yeni mərhələyə keçidini təşviq edən mühüm platforma kimi qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər  

22:58
11 May

Nigeriyada silahlı hücum nəticəsində 30 nəfər ölüb

22:23
11 May

Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub  

21:43
11 May

 WUF13 öncəsi mühüm tədbir: “Eco-Art” Festivalı

21:06
11 May

BMT: Sudanda PUA zərbələri nəticəsində azı 880 mülki şəxs həlak olub  

20:21
11 May

Dünya mediası Prezident İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır 

20:08
11 May

Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığa dair fikir mübadiləsi aparılıb  

19:35
11 May

Ukrayna Prezidenti Vladimir Putinlə görüşün formatının ABŞ ilə müzakirə olunduğunu bildirib  

19:03
11 May

Litva Hərbi Akademiyasının nümayəndə heyəti Bakıdadır

18:53
11 May

Ulu Öndərin əziz xatirəsi Heydər Əliyev zirvəsində anılıb  

18:37
11 May

Pakistan mənbələri Tehranın Vaşinqtona cavabının detallarını açıqlayıblar  

18:13
11 May

Rumıniya Aİ-də doğum səviyyəsinin ən çox azaldığı ölkə olub

17:48
11 May

Makron Fransa və Britaniya hərbçilərinin Hörmüz boğazına yerləşdirilməsi ilə bağlı iddiaları təkzib edib  

17:38
11 May

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib  

17:29
11 May

Sahib Ələkbərov: "Bakı–Xankəndi" velosiped yarışı çox cəlbedicidir  

17:21
11 May

Azərbaycan atıcılarından Avropa çempionatında iki gümüş medal

16:57
11 May

Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı seçilib

16:49
11 May

Aİ ukraynalı uşaqların qanunsuz deportasiyasına qarşı yeni sanksiyalar tətbiq edib

16:33
11 May

İzmirdə Heydər Əliyev liseyində Ulu Öndərin xatirəsi anılıb

15:41
11 May

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

15:31
11 May

Olimpiya çempionu: "Bakı–Xankəndi" beynəlxalq velosiped yarışının kateqoriyası yüksəldilməlidir

15:09
11 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!