10 Sentyabr 2024 08:15
919
İQTİSADİYYAT
A- A+
COP29-un "ekstremal görüş" yeri - Yaşıl Zona

COP29-un "ekstremal görüş" yeri - Yaşıl Zona

 

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), sadəcə, qlobal ekoloji tədbir deyil. O, həm də bəşəriyyəti rahatsız edən məsələlərin həlli üçün mühüm addımların atılacağı böyük toplantı olacaq. 
İqlim dəyişmələri bütün dünya üçün kifayət qədər həssas mövzu olduğundan COP29 "yaşıl enerji"yə keçidin sürətlənməsi üçün geniş debat və fəaliyyət platformasına çevriləcək. Bu o deməkdir ki, Azərbaycan iki həftə nəhəng bir vəzifəni çiyninə götürəcək. Həmin vəzifəni yerinə yetirmək üçün COP29 komandası ardıcıl olaraq Bakıda və regionlarda tədbirlər keçirir. Tədbirlərdə COP29-un əhəmiyyətini özündə əks etdirən mövzular müzakirə edilir, hazırlıqlardan söz açılır, vəzifələr müəyyənləşir, təklif və təşəbbüslər irəli sürülür.
Azərbaycanın  qısa müddətdə  COP19-la bağlı  hazırlıqları  beynəlxalq auditoriya və  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası səviyyəsində razılıqla qarşılanır, təqdir olunur. Bir neçə gün əvvəl COP29 sədrliyinin Bakı Qlobal İqlim Şəffaflığı Platformasını (BTP) işə salması  BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icra katibi Simon Stiell tərəfindən razılıqla qarşılanıb. Bu o deməkdir ki, Azərbaycan üzərinə düşən işin öhdəsindən bacarıqla gəlir, tərəflər arasında qarşılıqlı inam və etibar yaradır. 
İqlim şəffaflığı üzrə Bakı Qlobal Platforması Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Qlobal əhəmiyyətli bu platforma sübut edir ki, Azərbaycan artıq beynəlxalq məsələlərin həllində əsas ölkələrdən biridir və dünya bunu qəbul edir. Dünyada səhralaşmanın və  quraqlığın qarşısının alınması üçün yaşıllığın salınması, su ehtiyatlarından düzgün istifadə edilməsi mühüm şərtdir. Sudan təkrar istifadə, su hövzələrinin çirklənməsinin qarşısının alınması da hazırkı həssas dönəmdə çox vacib vəzifədir. Daha sonra istixana-qaz emissiyalarının tətbiq edilməsi üçün karbon tullantılarının atmosferə buraxılmasının həcmi azaldılmalıdır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən nəhəng sənaye müəssisələrinin sayı da azaldılmalı və "yaşıl texnologiya"ya üstünlük verilməlidir. Bu sadalananlar və sadalanmayan digər məsələlər həm bütövlükdə COP29-un, həm də  əlahiddə olaraq Bakı Qlobal İqlim Şəffaflığı Platformasının gündəliyindədir. 
Xeyli vaxt idi  ki, COP29 komandası texnoloji innovasiya və qlobal məzmun tərəfdaşlıqlarının birləşməsini əks etdirən Yaşıl Zona üzərində işləyirdi.  Artıq hazır olan Yaşıl Zona şəxsi görüş və konfrans meydançası kimi sifariş üçün əlçatandır. Məlumat üçün bildirək ki, Yaşıl Zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və rəsmi Mavi Zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələrək ünsiyyət qura biləcəyi məkandır. COP29 komandası  tərəfindən təşkil və idarə olunan Yaşıl Zona müxtəlif, həm də iştirakçıların öz baxışlarını bölüşə bilmələri üçün dinamik platformadır. Bu zona cari innovasiyaların, eləcə də iqlim dəyişmələri ilə mübarizə üzrə potensial həll variantlarının təqdim edilməsinə dair müzakirələr, panellər və əyani nümayişlər üçün mərkəz funksiyasını yerinə yetirir.  Qeyd edək ki, pavilyonlardan və sərgi stendlərindən ibarət,  ümumi sahəsi 36 min kvadratmetrdən çox olan Yaşıl Zona Tərəflər Konfransının rəsmi görüşlərinin keçiriləcəyi Mavi Zonadan cəmi bir neçə yüz metr aralıda yerləşir.
COP29 Əməliyyat Şirkətinin məlumatına görə, Yaşıl Zonada həm Azərbaycandan, həm də dünyanın müxtəlif ölkələrindən bizneslərin geniş çeşidini təmsil edən aparıcı özəl sektor nümayəndələrinin, yerli və beynəlxalq hökumət təşkilatlarının və QHT-lərin iqlim fəaliyyətləri ilə bağlı ən son məhsullar, həll variantları və layihə üzrə işlərin gedişi təqdim və nümayiş olunacaq. Bura nüfuzlu spikerlər, xüsusi seminarlar, sərgi zonaları, həmçinin yaradıcı şəxslər üçün ayrılmış studiyalar, şəbəkələşmə sahələri vasitəsi ilə həm gənclər, həm də digər iştirakçılar arasında əlaqələndirmənin gücləndirilməsinə xidmət edən innovativ "ekstremal görüş" yeri olacaq. Bunlardan başqa, ictimaiyyət iqlim liderlərini və tərəfdaşları dinləmək, iqlim söhbətinə öz səslərini vermək üçün Yaşıl Zonada iştirak etməyə dəvət ediləcəklər.
 
Züleyxa ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!