Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), sadəcə, qlobal ekoloji tədbir deyil. O, həm də bəşəriyyəti rahatsız edən məsələlərin həlli üçün mühüm addımların atılacağı böyük toplantı olacaq.
İqlim dəyişmələri bütün dünya üçün kifayət qədər həssas mövzu olduğundan COP29 "yaşıl enerji"yə keçidin sürətlənməsi üçün geniş debat və fəaliyyət platformasına çevriləcək. Bu o deməkdir ki, Azərbaycan iki həftə nəhəng bir vəzifəni çiyninə götürəcək. Həmin vəzifəni yerinə yetirmək üçün COP29 komandası ardıcıl olaraq Bakıda və regionlarda tədbirlər keçirir. Tədbirlərdə COP29-un əhəmiyyətini özündə əks etdirən mövzular müzakirə edilir, hazırlıqlardan söz açılır, vəzifələr müəyyənləşir, təklif və təşəbbüslər irəli sürülür.
Azərbaycanın qısa müddətdə COP19-la bağlı hazırlıqları beynəlxalq auditoriya və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası səviyyəsində razılıqla qarşılanır, təqdir olunur. Bir neçə gün əvvəl COP29 sədrliyinin Bakı Qlobal İqlim Şəffaflığı Platformasını (BTP) işə salması BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icra katibi Simon Stiell tərəfindən razılıqla qarşılanıb. Bu o deməkdir ki, Azərbaycan üzərinə düşən işin öhdəsindən bacarıqla gəlir, tərəflər arasında qarşılıqlı inam və etibar yaradır.
İqlim şəffaflığı üzrə Bakı Qlobal Platforması Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Qlobal əhəmiyyətli bu platforma sübut edir ki, Azərbaycan artıq beynəlxalq məsələlərin həllində əsas ölkələrdən biridir və dünya bunu qəbul edir. Dünyada səhralaşmanın və quraqlığın qarşısının alınması üçün yaşıllığın salınması, su ehtiyatlarından düzgün istifadə edilməsi mühüm şərtdir. Sudan təkrar istifadə, su hövzələrinin çirklənməsinin qarşısının alınması da hazırkı həssas dönəmdə çox vacib vəzifədir. Daha sonra istixana-qaz emissiyalarının tətbiq edilməsi üçün karbon tullantılarının atmosferə buraxılmasının həcmi azaldılmalıdır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən nəhəng sənaye müəssisələrinin sayı da azaldılmalı və "yaşıl texnologiya"ya üstünlük verilməlidir. Bu sadalananlar və sadalanmayan digər məsələlər həm bütövlükdə COP29-un, həm də əlahiddə olaraq Bakı Qlobal İqlim Şəffaflığı Platformasının gündəliyindədir.
Xeyli vaxt idi ki, COP29 komandası texnoloji innovasiya və qlobal məzmun tərəfdaşlıqlarının birləşməsini əks etdirən Yaşıl Zona üzərində işləyirdi. Artıq hazır olan Yaşıl Zona şəxsi görüş və konfrans meydançası kimi sifariş üçün əlçatandır. Məlumat üçün bildirək ki, Yaşıl Zona müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və rəsmi Mavi Zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələrək ünsiyyət qura biləcəyi məkandır. COP29 komandası tərəfindən təşkil və idarə olunan Yaşıl Zona müxtəlif, həm də iştirakçıların öz baxışlarını bölüşə bilmələri üçün dinamik platformadır. Bu zona cari innovasiyaların, eləcə də iqlim dəyişmələri ilə mübarizə üzrə potensial həll variantlarının təqdim edilməsinə dair müzakirələr, panellər və əyani nümayişlər üçün mərkəz funksiyasını yerinə yetirir. Qeyd edək ki, pavilyonlardan və sərgi stendlərindən ibarət, ümumi sahəsi 36 min kvadratmetrdən çox olan Yaşıl Zona Tərəflər Konfransının rəsmi görüşlərinin keçiriləcəyi Mavi Zonadan cəmi bir neçə yüz metr aralıda yerləşir.
COP29 Əməliyyat Şirkətinin məlumatına görə, Yaşıl Zonada həm Azərbaycandan, həm də dünyanın müxtəlif ölkələrindən bizneslərin geniş çeşidini təmsil edən aparıcı özəl sektor nümayəndələrinin, yerli və beynəlxalq hökumət təşkilatlarının və QHT-lərin iqlim fəaliyyətləri ilə bağlı ən son məhsullar, həll variantları və layihə üzrə işlərin gedişi təqdim və nümayiş olunacaq. Bura nüfuzlu spikerlər, xüsusi seminarlar, sərgi zonaları, həmçinin yaradıcı şəxslər üçün ayrılmış studiyalar, şəbəkələşmə sahələri vasitəsi ilə həm gənclər, həm də digər iştirakçılar arasında əlaqələndirmənin gücləndirilməsinə xidmət edən innovativ "ekstremal görüş" yeri olacaq. Bunlardan başqa, ictimaiyyət iqlim liderlərini və tərəfdaşları dinləmək, iqlim söhbətinə öz səslərini vermək üçün Yaşıl Zonada iştirak etməyə dəvət ediləcəklər.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var
100 il əvvəl itkin düşmüş alpinistdən xəbər var
Maykl Jordanın əşyaları hərraca çıxarılır
Şəkər beyin sağlamlığı üçün yağlardan daha təhlükəlidir
Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium keçirilir
Şimali Koreyadan Rusiyaya əsgər göndərilir
Nazir: Hərbi gücümüzün və döyüş imkanımızın artırılması, peşəkar kadr hazırlığı başlıca məqsədimizdir
Tramp o şəxslərə ölüm cəzası istədi
Süni zəka modelləri Yerə ciddi zərər vura bilər
Bu ilin doqquz ayında 36,4 min şəxsə əlillik təyin olunub
ABŞ səfirliyindən xəbərdarlıq: Məscidlərdən uzaq durun
“Whatsapp”ın yeni funksiyası
Azərbaycan neftinin bahalaşması davam edir
İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə
“Boeing” işçilərini ixtisar edir
BMT Ümumdünya Köçəri Quşlar Günündə həyəcan təbili çalır
Ötən gün 48 cinayətin üstü açılıb
Dünya birjalarında neft ucuzlaşıb
İsveç və Danimarka qəzetlərində Azərbaycan səfirinin COP29-dakı təşəbbüslər haqqında məqalələri dərc olunub
Xəzər İbrahim: COP29 çərçivəsində ABŞ-la Azərbaycan arasında çox yaxşı əməkdaşlıq mövcuddur
Vaşinqtonda COP29 çərçivəsində yaşıl maliyyəyə həsr olunmuş konfrans keçirilib
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!