22 Noyabr 2024 08:45
143
CƏMİYYƏT
A- A+
COP29 tədbirləri bəşəriyyət üçün əhəmiyyətli məsələlərin müzakirəsi ilə yadda qaldı

COP29 tədbirləri bəşəriyyət üçün əhəmiyyətli məsələlərin müzakirəsi ilə yadda qaldı


Tədbirin məqsədi bütün dünya üçün olduqca əhəmiyyətlidir. 1995-ci ildən başlayaraq hər il təşkil olunan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransınıın sessiyalarında (COP) dünyada iqlim dəyişmələri ilə mübarizədə irəliləyişlərin olduğu bildirilir.

Hazırda iqlim dəyişikliyinin fəsadlarının bəşəriyyətin gələcəyi üçün təhdidə çevrildiyi bir vaxtda bu beynəlxalq tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. 

Belə bir vaxtda bu vacib beynəlxalq tədbirin növbəti sessiyasının keçirilməsi üçün ev sahibi seçilməsində Azərbaycanın iqlim dəyişmələrinə həssas yanaşması, özünün "yaşıl gündəliy"i ilə qlobal səylərə töhfə verməsi mühüm rol oynadı. Ölkəmizə qarşı təzyiqlərə baxmayaraq, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Dubayda keçirilən 28-ci Konfransında 2024-cü ildə 29-cu sessiyasının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edildi.

Prezident İlham Əliyev ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə vurğuladı ki, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır: "Yaşıl enerji növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək", - dövlətimizin başçısı demişdir.

Qeyd etdiyimiz kimi, çox mötəbər bir tədbirin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarı beynəlxalq ictimaiyyət tərəfindən dövlətimizə böyük etimadın, həmçinin iqlim dəyişmələrinin qarşısının alınması işinə ölkəmizin töhfəsinin təqdir edilməsinin bariz nümunəsi oldu.

Beləliklə Prezident İlham Əliyevin sərəncamı ilə elan olunmuş "Yaşıl dünya naminə həmrəylik ili"nin  - 2024-cü ilin noyabrında Azərbaycanın tarixinə yeni, əlamətdar günlər yazıldı. 

Noyabrın 4-dən 10-dək konfransa hazırlıq mərhələsində COP29 sədrliyinin təşəbbüsü ilə müxtəlif mövzularda danışıqlar aparıldı, kiçikhəcmli konfranslar, sessiyalar təşkil edildi. Noyabrın 11-i COP29-un açılış mərasimi keçirildi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası elə ilk gündən başlayaraq yüksək təşkilatçılığı ilə diqqəti cəlb etdi və təqdir olundu.

Geniş iştirakçı auditoriyasının bir araya gəlməsinə şərait yaradan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində təsdiq edilmiş Fəaliyyət Gündəliyi əsasında dünyanın ən aktual iqlim problemləri, həmçinin unudulmuş prioritetləri gündəmə gətirilir. İqlim sahəsində dünyanı gözləyən təhlükələr, qlobal problemlər, onların qarşısının alınması yolları, "yaşıl enerji"yə keçid və digər mühüm məsələlər müxtəlif panellər üzrə müzakirələrin mövzusu oldu. 

Noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi. Açılış mərasimində çıxış edən dövlətimziin başçısı İlham Əliyev qeyd etdi ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil: "Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib".

Prezident İlham Əliyev çıxışında diqqətə çatdırdı ki, bu cür tədbirlər, həqiqətən də, həssas qruplardan və icmalardan olan, iqlim dəyişmələrindən əziyyət çəkən insanların səsini çatdırmaq üçün yaxşı fürsətdir: "Tam əminliklə deyə bilərəm ki, hər birimiz ümidlərimizi reallaşdırmaq və daha nikbin bir gələcək üçün çalışmaqda davam edəcəyik".

Bu mötəbər tədbirin Fəaliyyət Gündəliyi çox zəngindir, iqlim sahəsində COP29 sədrliyinin bütün əsas istiqamətlər üzrə irəliləmək səylərini əks etdirir. Fəaliyyət Gündəliyi enerji, maliyyə, kənd təsərrüfatı, şəhərlər, insan inkişafı, o cümlədən iqlim və sülhün qarşılıqlı əlaqəsi kimi bir sıra əsas prioritetləri əhatə edir.

COP29-un gündəlik tematik proqramı əsasında noyabrın 14-də Maliyyə, İnvestisiya və Ticarət Günü, noyabrın 15-də Enerji, Sülh, Yardım və Bərpa Günü, noyabrın 16-da Elm, Texnologiya və İnnovasiya Rəqəmsallaşma Günü, noyabrın 17-si COP29-da istirahət günü oldu.

Noyabrın 18-də İnsan kapitalı, Uşaqlar və Gənclər, Sağlamlıq, Təhsil Günü, 19-da Qida, Kənd təsərrüfatı və Su Günü, 20-də Urbanizasiya, Nəqliyyat, Turizm Günü, 21-də Təbiət və Biomüxtəliflik, Yerli xalqlar, Gender Bərabərliyi, Okeanlar və Sahil Zonaları Günü keçirilməsi planlaşdırıldı. Noyabrın 22-də də müzakirələr aparılacaq.

COP29 çərçivəsində təşkil olunan panel müzakirələri fikir mübadilələri, səmərəli təkliflərlə yadda qaldı.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası COP tarixində bir sıra ilklərlə də əlamətdar oldu. Onlardan biri noyabrın 16-da COP29 çərçivəsində Rəqəmsallaşma Günü keçirilməsi oldu. İqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların əvəzolunmaz roluna dair müzakirələrə əlavə təkan verən bu günün məqsədi rəqəmsallaşma istiqamətində birgə fəaliyyəti təşviq etməkdir.

COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olundu. Bəyannamənin qəbulu ilə tərəflər ümumi 8 məqsədi təsdiq etdilər. Bunlar iqlim fəaliyyəti üçün rəqəmsal texnologiyalar və alətlərdən istifadə, dayanıqlı rəqəmsal infrastrukturun qurulması, rəqəmsallaşmanın iqlimə təsirinin azaldılması, rəqəmsal inklüzivlik və savadlılığın təşviqi, məlumata əsaslanan qərar qəbulu, davamlı innovasiyaların təşviqi, davamlı istehlakçı təcrübələrinin təşviqi və ən yaxşı təcrübələrin paylaşılmasının asanlaşdırılmasıdır.

Noyabrın 21-də isə COP29 çərçivəsində ilk dəfə olaraq Su üzrə İqlim Fəaliyyəti Bəyannaməsi qəbul edildi. Bəyannaməni COP29-un prezidenti Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının icraçı direktoru İnger Andersen imzaladılar.

Diqqətə çatdıraq ki, "Bakı Su Dialoqu" platforması iqlim dəyişikliyi, biomüxtəlifliliyin azalması, çirklənmə və səhralaşma ilə mübarizədə qlobal əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Qəbul edilən Su Bəyannaməsi bu istiqamətdə yeni tərəfdaşlıqların qurulmasına və siyasət tədbirlərinin gücləndirilməsinə töhfə verəcək.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna Prezidenti 34 nəfəri dövlət mükafatlarından məhrum edib  

14:48
22 Noyabr

V. Matviyenko yenidən MDB Ölkələri Parlamentlərarası Assambleyası Şurasının sədri seçilib  

14:46
22 Noyabr

Əfqanıstanda silahlı hücum nəticəsində 10 nəfər həlak olub  

14:45
22 Noyabr

Musa Usman Mdamba: COP29-dan gözləntimiz odur ki, qəbul olunan qərarlar tezliklə reallaşsın  

14:44
22 Noyabr

İstanbulda yaşıl enerji təchizatı məsələləri müzakirə edilib  

14:42
22 Noyabr

Qvineya rəsmisi: COP29-un təşkilati işləri çox yüksək səviyyədə aparılıb  

14:41
22 Noyabr

Kyodo: Yaponiyada “Asiya NATO-su” ideyası müzakirə ediləcək

14:40
22 Noyabr

Media nümayəndələri “Qazax" əlahiddə sərhəd diviziyasında olublar  

14:39
22 Noyabr

Namibiyalı fəal: Şimal liderləri inadkarlığı buraxsınlar və haqqımız olan iqlim maliyyəsini təmin etsinlər  

14:37
22 Noyabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Dövlət Komitəsində olublar  

14:35
22 Noyabr

Afrikalı nümayəndə: COP29 digər ölkələrlə əməkdaşlıq edə biləcəyimiz mühüm konfransdır  

14:13
22 Noyabr

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib  

14:08
22 Noyabr

“Irrigo – dayanıqlı kənd təsərrüfatı ekosistemi” COP29-da təqdim edilib

13:54
22 Noyabr

Sabah hava şəraiti əsasən yağmursuz olacaq  

13:47
22 Noyabr

Azərbaycan Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci plenar sessiyasında təmsil olunacaq  

13:32
22 Noyabr

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!