11 İyun 2025 19:13
1042
COP29
A- A+
COP29 rəhbərliyi Brüsseldə keçirilən COP30-IEA yüksəksəviyyəli enerji dialoqu konfransında çıxış edib  

COP29 rəhbərliyi Brüsseldə keçirilən COP30-IEA yüksəksəviyyəli enerji dialoqu konfransında çıxış edib  


COP29-un rəhbəri və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə keçirilən COP30-IEA (Beynəlxalq Enerji Agentliyi) Avropa Komissiyası arasında yüksəksəviyyəli enerji dialoqu konfransında iştirak edir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxışı zamanı Muxtar Babayev ədalətli, nizamlı və bərabər enerji keçidinin təmin olunması, iqlim maliyyəsi öhdəliklərinin yerinə yetirilməsi və Milli Müəyyən Edilmiş Töhfələrin (NDC) gücləndirilməsinin vacibliyinə toxunub.

Muxtar Babayev ötən il Bakıda keçirilmiş COP29 konfransında əldə olunan əsas nəticələrə diqqət çəkərək bildirib ki, BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Təsirin Azaldılması üzrə İş Proqramı danışıqlarda çətinliklərlə üzləşsə də, Bakı sammitində böyük irəliləyişlərə nail olunub. Bu proqramın şəhərlər, binalar və şəhər sistemləri üzərində mühüm təsiri qeyd olunub. Bu istiqamətdə iş prosesinin davamı olaraq, Azərbaycan 2026-cı ildə Ümumdünya Şəhər Forumuna ev sahibliyi edəcək.

Muxtar Babayev, həmçinin COP29-un Qlobal Enerji Saxlancı və Şəbəkələri çərçivəsində elan olunan qlobal öhdəliklər barədə danışıb. Bunlar arasında 2030-cu ilə qədər enerji saxlanması gücünün 1500 giqavata çatdırılmasını və 2040-cı ilə qədər 80 milyon kilometrə yaxın enerji ötürmə şəbəkəsinin tikilməsini nəzərdə tutan “Qlobal Enerji Saxlama və Şəbəkələr üzrə Öhdəlik”, eləcə də “Yaşıl Enerji Zonaları və Dəhlizləri üzrə Öhdəlik” və “Hidrogen üzrə Bəyannamə” xüsusi yer tutur. Bu sənədləri 60-dan çox ölkə dəstəkləyib.

COP29-un rəhbəri çıxışında Bakıda qəbul edilən 300 milyard dollarlıq Bakı Maliyyə Məqsədinin tarixi nəticə olduğunu vurğulayıb. O, bəzi donor ölkələrin iqlim dəstəyi və yardım proqramlarını azaltmasından narahatlığını ifadə edərək bildirib ki, bu vədlər yerinə yetirilməzsə, qlobal etimada ciddi zərbə dəyəcək.

M.Babayev qeyd edib ki, təmiz inkişaf yollarını dəstəkləyən çevik və dayanıqlı maliyyə sisteminin yaradılması enerji keçidinin uğurla həyata keçirilməsi üçün əsas şərtdir. Bu məqsədlə Azərbaycan və Braziliya hökumətləri “Bakıdan Beləmə yol xəritəsi” üzərində birgə işləyir və yaxın günlərdə Bonn şəhərində bu istiqamətdə rəsmi məsləhətləşmələr keçiriləcək.

Çıxışının sonunda M.Babayev Azərbaycanın COP30 Sədrliyi ilə sıx əməkdaşlıq edərək, Beləmdə keçiriləcək növbəti COP-un “icra COP-u” olması üçün dəstəyini davam etdirəcəyini bildirib.

Qeyd edək ki, iyunun 13-də Azərbaycan və Avropa Komissiyası arasında yüksəksəviyyəli enerji dialoqunun üçüncü raundu Brüsseldə keçiriləcək. Danışıqlarda Azərbaycan tərəfini energetika naziri Pərviz Şahbazov, Avropa Komissiyasını isə Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen təmsil edəcək.

Xatırladaq ki, ötən il Beynəlxalq Enerji Agentliyi (BEA) və COP29-un sədrliyi birlikdə COP28-in nəticələrinin həyata keçirilməsini inkişaf etdirmək və COP29-a qədər enerji gündəmini formalaşdırmaq üçün nazirləri, texniki ekspertləri və əsas tərəfdaşları bir araya gətirən beş Yüksəksəviyyəli Enerji Keçid Dialoqu keçirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!