COP29 Azərbaycanda turizmin inkişafına da təkan verəcək
Azərbaycanda turizm sənayesi qeyri-neft sektorunun əsas istiqamətlərindən sayılır. Baxmayaraq ki, COVID-19 pandemiyası bu sahənin inkişafını bir qədər zəiflətmişdi, amma həmin bəla çəkiləndən sonra o, sürətlə dirçəlməyə başladı. Ölkəmizə yenidən təkcə Avropa və körfəz ölkələrindən deyil, Hindistan, Pakistan, Banqladeş, Türkiyə, Rusiya, Ukrayna, İrandan turistlər axın etdilər.
Turizm ölkə iqtisadiyyatının inkişafında, Azərbaycanın regional və beynəlxalq turizm bazarında xüsusi mərkəzlərdən birinə çevrilməsində, müsbət imicinin formalaşmasında, ölkə daxilində isə məşğulluğun təmin olunmasında, eləcə də biznes mühitinin genişlənməsində mühüm rol oynayır. Bu baxımdan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) da turizm sektoruna təsirsiz ötüşməyəcək. Çünki COP29 kimi beynəlxalq səviyyəli, sanballı və nüfuzlu tədbirlər əsasən müasir infrastruktura malik olan sabit və təhlükəsiz ölkələrdə keçirilir. Elə turizm sektorunun tələb etdiyi əsas meyarlar da bunlardır. Azərbaycan noyabrda 70-80 min xarici qonağı ən yüksək səviyyədə qarşılamalı, onların xidmətində durmalı və xoş təəssüratla öz ölkələrinə dönmələrini təmin etməlidir. Əgər ölkəmiz bunu bacaracaqsa (və heç kim buna şübhə etmir), bu həm də turizm infrastrukturu hesabına olacaq.
COP29 tədbirləri başa çatandan sonra Azərbaycanda ekoloji turizmin inkişafında böyük sıçrayış olacağı qaçılmazdır. Ekoloji turizm isə dünyada turizm növləri arasında ilk sıradadır. Bu sahənin ekspertlərinin dediyinə görə, turizm potensialı geniş olan Azərbaycanın ildə 5 milyondan çox turisti qəbul etmək üçün imkanı var. Faktlara müraciət edək: bu gün ölkəmizdə irili-xırdalı təxminən 800 hotel fəaliyyət göstərir. Təkcə keçən il onlar 187 ölkədən 2 milyondan çox əcnəbi qonaq qəbul ediblər ki, bu da 2022-ci illə müqayisədə 30,2 faiz çoxdur.
Turizm agentlikləri COP29-dan dolayı Bakıya gələn xaricilərin hotellərə yerləşdirilməsi, istirahətlərinin təşkili, paytaxtımızla tanışlıq kimi məsələləri diqqətdə saxlamaq üçün indidən fəaliyyətə başlayıblar. Onlar bilirlər ki, Bakı 11-24 noyabrda dünyanın ekoloji mərkəzi olacaq və hər kəsin gözü Azərbaycana dikiləcək. Bəşəriyyətin başı üstünü iqlim dəyişikliyindən dolayı alan fəlakətlərdən xilas yollarının müzakirə ediləcəyi həmin günlər Azərbaycan qonaq-qara sarıdan korluq çəkməyəcək.
Dünyanı yaşıllaşdırmağın, bəşəriyyəti xilas etməyin bir yolu da ekoturizmdən keçir. Ekoloji turizm dayanıqlı olmaqla ətraf mühitə qayğını və diqqəti özündə ehtiva edir. Bu növ turizmin digərlərdən fərqi ətraf mühitin qorunmasının hədəflənməsi, təbiətdən zövq almağa şərait yaratmasıdır. COP29-un da fəaliyyət növlərindən biri elə budur. Ekoturizm və COP29 eyni məqsədə xidmət etdiyi üçün Azərbaycanın turizm sənayesi bu istiqaməti nəzərə alır.
Qarabağın və Şərqi Zəngəzurun "yaşıl enerji" zonası elan edilməsi bu işdə turizmin əlindən tutur. Beynəlxalq tədbirin iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər edərkən bütün mənzərəni öz gözləri ilə görəcək, ermənilərin viran qoyduğu yurd yerlərinin necə dəyişdiyinə şahid olacaqlar. Regionlara üz tutan əcnəbilərə bələdçilik edəcək yerli turizm operatorlarının nümayəndələri qlobal tədbirin nahaqdan Azərbaycanda keçirilmədiyini hər kəsə göstərəcəklər. Yeri gəlmişkən, bu gün bizim bələdçilər beynəlxalq standartlar səviyyəsində 27 dildə fəaliyyət göstərə bilirlər. Bununla belə, təlimsiz və təhsilsiz bələdçilər də var və onlar üçün COP29-un başlayacağı vaxta kimi xüsusi kurslar keçiriləcək. Bir sözlə, Azərbaycanın tanıdılması COP29 günlərində turizm sektorunun birnömrəli vəzifəsinə çevriləcək.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Elçin ƏMİRBƏYOV: "Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcə...
02 May
Beynəlxalq yollar Azərbaycanda kəsişir
02 May
Əsl dost həm də şad gündə tanınır
02 May
İqtisadiyyatın elmi inkişafına sanballı töhfə
02 May
Azərbaycan Heydər Əliyevin arzuladığı zirvəyə yüksəlib
02 May
Azərbaycan mədəniyyətlərarası dialoqa xüsusi önəm verir
02 May
Hörmət və ehtiramın əlaməti
02 May
Ölkəmiz bəşəriyyətin gələcəyinə böyük töhfələr verir
02 May
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ...
02 May
"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ...
02 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!