08 Sentyabr 2025 17:02
368
SİYASƏT
A- A+
Çinə səfər edəcək YAP nümayəndə heyəti ilə görüş keçirilib  

Çinə səfər edəcək YAP nümayəndə heyəti ilə görüş keçirilib  


Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın sentyabrın 9-17-də Çin Xalq Respublikasında (ÇXR) səfərdə olacaq nümayəndə heyəti ilə görüş keçirilib.

Partiyadan AZƏRTAC-a bildirilib ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin möhkəm dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və hərtərəfli strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. İki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşdirilməsi üçün etibarlı zəminin mövcud olduğunu diqqətə çatdıran Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin milli maraqlarına və müasir qlobal çağırışlara cavab verdiyini qeyd edib: “Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının (ÇKP) Baş katibi Si Cinpin arasında keçirilən görüşlər, aparılan yüksəksəviyyəli dialoq iki ölkə arasında əməkdaşlığın inkişafına ciddi təkan verir. Prezident İlham Əliyevin cari ilin aprel ayında Çinə dövlət səfəri və sentyabrın 1-də Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən görüş zamanı səsləndirdiyi fikirlər bir daha onu deməyə əsas verir ki, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi ölkələrimizin xarici siyasətinin mühüm istiqamətlərindəndir”.

YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, Azərbaycan beynəlxalq miqyasda sülh, təhlükəsizlik və işbirliyinin təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş qlobal təşəbbüsləri dəstəkləyir. Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən olduğunu xatırladan Tahir Budaqov qeyd edib ki, Azərbaycan bu təşəbbüsün reallaşması istiqamətində praktiki layihələr icra edir. Ölkələrimiz arasında əməkdaşlıq siyasi, iqtisadi-ticari, enerji və nəqliyyat-logistika sahələri ilə yanaşı, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını da əhatə edir.

Tahir Budaqov qeyd edib ki, qarşılıqlı səfərlər ölkələr və siyasi partiyalar arasında münasibətlərin mövcud durumunun dəyərləndirilməsi və əməkdaşlıq dairəsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan-Çin əlaqələrinin vacib tərkib hissəsi kimi YAP ilə ÇKP arasında münasibətlərin inkişafı xüsusi önəm daşıyır. Bu əməkdaşlıq çərçivəsində partiyalar arasında fəal siyasi dialoq mövcuddur və qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilir.

YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfər proqramının zəngin olduğunu diqqətə çatdıran Tahir Budaqov qeyd edib ki, bu səfər iki ölkənin hakim partiyaları arasında uğurlu əməkdaşlığın dərinləşdirilməsi, davamlı siyasi dialoqun təmin olunması, qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Görüşdə iştirak edən Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, Çin-Azərbaycan münasibətləri ardıcıl olaraq inkişaf edir. O, xüsusilə bir neçə gün öncə keçirilmiş yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakının önəmini diqqətə çatdırıb. Səfirin sözlərinə görə, qlobal geosiyasi vəziyyət hər iki ölkəyə əməkdaşlıq imkanlarını daha da genişləndirmək üçün əlverişli şərait yaradır. Son illərdə Azərbaycanla Çin arasında əlaqələr bütün sahələr üzrə yüksələn xətlə inkişaf edərək əməkdaşlığın dərinləşməsinə zəmin yaradıb. Azərbaycanın tranzit-logistika imkanları, neft-qaz sektorundakı zəngin təcrübəsi və bərpaolunan enerji sahəsində böyük potensialı Çinin xüsusi maraq dairəsindədir.

Səfir YAP nümayəndə heyətinə səfər zamanı Çində dövlət idarəetməsinin təkmilləşdirilməsi sahəsində yeniliklər və partiya quruculuğu təcrübəsi ilə ətraflı şəkildə tanış olmaq imkanının yaradılacağını da bildirib.

Səfərin uğurlu keçəcəyinə inamını ifadə edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov nümayəndə heyətinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!