12 May 2022 16:04
658
DÜNYA
A- A+

Çində uçuş zolağından çıxan təyyarənin mümkün yanma səbəbi açıqlanıb  

 

Çində uçuş zolağından kənara çıxan təyyarənin yerə dəyən mühərrikin zədələnməsi səbəbindən yanması ehtimal olunur.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Çinin Mülki Aviasiya İdarəsi məlumat yayıb. “Hərəkət zamanı təyyarədə problemlər aşkarlanıb və təlimata uyğun olaraq uçuş dayandırılıb. Zolaqdan çıxan zaman mühərrik yerə çırpılıb və alovlanmağa başlayıb”, - deyə sənəddə qeyd olunur.

Təyyarənin sərnişinlərdən birinin sözlərinə görə, hadisə nəticəsində əvvəlcə mühərrik alovlanıb, sonra yanacaq sızması səbəbindən sol qanad və gövdənin bir hissəsi alışıb.

Hadisənin səbəbləri ilə bağlı ilkin təhqiqata başlanılıb.

Xatırladaq ki, mayın 12-də yerli vaxtla saat 08:09-da Çunçin şəhərindən Tibet Muxtar Rayonunun Nyinqçi şəhərinə uçuş həyata keçirməli olan“Tibet Airlines” aviakompaniyasına məxsus sərnişin təyyarəsi havaya qalxarkən hava limanının uçuş zolağından kənara çıxaraq yanıb. Qəza zamanı təyyarənin göyərtəsindəki 122 nəfər (113 sərnişin və 9 ekipaj üzvü) təxliyə edilib. Hadisə nəticəsində azı 40 nəfər xəsarət alıb.

Bu, cari ildə Çində qeydə alınan ikinci təyyarə qəzasıdır. Martın 21-də “China Eastern Airlines” aviakompaniyasına məxsus “Boeing 737” təyyarəsi dağlıq ərazidə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin göyərtəsindəki 132 nəfərin hamısı həlak olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video