26 Yanvar 2023 00:37
1116
Oxucu məktubları
A- A+
Ciddi tədbirlər görülmüşdür

Ciddi tədbirlər görülmüşdür

 

Sizin Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani və Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsində sanitar norma və qaydalara əməl etmədən ət satışı və ictimai iaşə obyektlərinin fəaliyyət göstərməsi ilə bağlı məktubunuza Qida Təhlükəsizliyi Agentliyində aidiyyəti üzrə  baxılmışdır.
Məktubda qeyd olunan məsələlərin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin, Yasamal Rayon Polis Şöbəsinin və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə adıçəkilən ünvanda nəzarət tədbirləri həyata keçirilmişdir. Aparılan nəzarət tədbiri zamanı qeyd edilən ünvanda qanunsuz fəaliyyət göstərən 25 təsərrüfat subyekti (obyekti) müəyyən olunmuşdur ki, onlardan 23-ü ictimai iaşə xidməti göstərən obyekt, 1-i ət satışı, 1-i isə qanunsuz heyvan kəsimi məntəqəsi olduğu məlum olmuşdur. Onların qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyekt olaraq qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimini və baytarlıq sənədləri ilə müşayiət edilməyən ət və ət məhsullarının satışını həyata keçirdikləri müəyyən edilmişdir.
Aşkar olunmuş nöqsanlarla bağlı həmin obyektlərin vəzifəli şəxsləri - İsmayılov Ədil Sərhəd oğlu, İmanov Mail İslam oğlu, Şirinov Kamran Səfər oğlu, Abdullayev Bəhruz Feruz oğlu, Əliyev Şahsuvar Mahir oğlu, Axundov Arif Fərhad oğlu,  Abdullayev Firuz Yahya oğlu, Sadıqov Cəmaləddin Cəlil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilmiş və icrası məcburi olan göstərişlər verilmişdir.
Məlumat üçün bildiririk ki, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən qanunsuz fəaliyyət göstərən ticarət obyektlərinin sökülməsi və heyvan kəsimi üçün istifadə olunan sadə taxta və polietilendən istifadə edilərək quraşdırılmış konstruksiya qurğularının qısa müddət ərzində yığışdırılması həmin şəxslərdən tələb edilmişdir.
Əlavə olaraq bildiririk ki, adıçəkilən obyektlərin fəaliyyəti agentlik tərəfindən nəzarətdə saxlanılacaqdır.

Zəkiyyə MUSTAFAYEVA,
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!